Qaynar xəbər portalı

Kitab dünyası


XAQANİ H., Şeirlər


Bölmə Bölmə: Ədəbiyyat | Göndər Göndər | Çap et Çap et | 942 oxunma

Xaqani H.Kölgənin ölümüdür qaranlıq

bir axşamın qaralamasıdır fevral, oxunmur
və sürünərək yavaşa səbəb olub mart
sarıyla hesablaşmışıq
ilk ağlayışım sevmədiyim meyvədə getdi
-almada
qızdırmalı uşağın üzü qaldı sarıya

o qadının səsində sirli nəsə var
yağışı ağlamaq üçün gözləyənlərdəndi
son dəfə açanda pəncərəsini
ucsuz-bucaqsız ölüb gələcək zaman
yol verməməliyik misraya,
misrada çoxala bilər
o qadında sirli nəsə var, güldü
günün hər vaxtına düşmür bu açar
sevincin kilidinə ümidin qandalına düşmür
sübhlə köməkləşib almışıq qəddardan
günün hər vaxtına düşmür

məqsədim təzədən razılaşmaqdır dünyayla
uşaqların təkcə üzləri görür sabahı,
ayaqları görmür
göndərilməyən məktubları o uşaq yazıb
bəlkə də uşağın əlindən tutub o qadın yazıb
elə indicə harasa getməliyəm
gecikirəm özümə, ünvanımı dəyişməliyəm
məqsədim təzədən razılaşmaqdı dünyayla
uşaqların üzləri görür sabahı
ayaqları görmür

Fevral’2007

Cabbar

hara getsə alnı çıxır qabağına
hara baxsa odur, hara baxsalar o…
avtobusların marşrutu eyni yöndədir-
evindən alnına doğru
sevincinin bitdiyi yerdir birdən
(əllərinin arasında)
bir gün
həyatla mübarizəsində Cabbar
həyatın tərəfinə keçir alnına qarşı…
hamıdan əvvəl alnı xəbər verir ölümünü
dənizin səthində üzən yekəpər alnı

May’ 2006
Uzağın yaxını, yaxının uzağı
( lövhədə yazılaraq öyrədilir )

uzağın öz yaxını var
yaxının öz uzağı
bəzən
dişlək vurub qoyduğun
bir dilim çörəkdədir,
yarısını içdiyin
bir fincan çaydadır uzaq-
çörəyin dişləyində
çayın yarımlığında…
bəzən
Barabın qollarından açılan
qandallardadır yaxın-
qolların azad qalınlığında…

Mart’ 2004

Böyüməyə Prolegomena

bu uşaq böyüyəcək əlbəttə
bu üzü çilli oğlan uşağı…
harasıyla baxacaqsa qadına
baxışları orasına gedəcək qadının
və sonra
harasıyla gedəcəksə qadına
orasına çatacaq qadının
sonunda,
harasında itəcəksə qadının
orasında çürüyəcək torpağın

İyun’ 2006
Anti-inkvizisiya

kirayənişindilər gələcəyin içində
yığılan dünənlərini satırlar, ətlərini yox
ən çox onların haqqıdır ana olmaq
uşaqlardan danışanda
ən çox onlar uşaqlaşırlar

Avqust’ 2006
Üzüm bağında salxım

ölən kimi üzündəki göyərçin dondu
və ölən kimi dedi ki, göyərçin dondu
günəşə baxırdı sabahı görsün
döşlərinin giləsində öldü, qara üzüm dondu
nə Annabel Li nə Şarlotta Korde
döşlərini götürüb getdi
üzüm bağında salxımdır,
qəhvəyidir bütün öpülən yerlərində

( bu qış ağır keçəcək
şəhərin divarlarından bilinir
yarımçıq bir mətn var rəngində
yarısı yazılmamış bir dəniz
yarısı pozulmuş bir günəş
yarısı oxunmamış bir qadın var )

sən ölümündə dənizə oxşadın
eyni susqunluq eyni məhsuldar təbəssüm
bu şəhərdə bu sudan danışmayaq
axtardığın şəhəri lala aparıblar,
səsini kora veriblər axtardığın şəhərin
ağzının içini susdurublar çörəklə,
suya çəkilməmiş bir gülüşlə
yamayıblar gözünün içini.

günəşə baxırdı təzə şəhər doğulsun
və şəhər danışsın eşitsin görsün
döşlərini götürüb getdi, üzüm bağında salxımdır
qəhvəyidir öpülən yerlərində

Yanvar’2007

Daş, eşşək, kral

oğlu eşşəyə ata deyəndə
kral başa düşdü eşşəyə oxşadığını
kim bilir neçə dəfə
atasını göstərib “heykəl” demişdi uşaq
getdikcə daşlaşdığını anlamamışdı kral

Oktyabr’ 2006

Natürmort sevgi

qayıtmasan yaxşıdır
mətbəximdə qab-qacaq çirklənəcək qayıtsan
son dəfə necə yuyub qoymusan
eləcə tərtəmiz qalıb hamısı
yəqin ki başa düşdün
yataq otağından mətbəxə keçirtmişəm
evimin paytaxtını
bədən üzvlərimin səs çoxluğuyla

İyul 2005






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (6 səs, təxmini: 4.17 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Şənbə, Noyabr 3rd, 2007 tarixində 01:17 radələrində Ədəbiyyat bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

39 şərh var


  1. Çılğın adlı istifadəçi, Noyabr 3, 2007 tarixində, saat 01:47 yazıb:

    Cox skucno weirlerdi… Felsefenin coxlugundan ureyim sixildi… Ama belke de vaxti deyildi oxumagin.. Neyse…


  2. aynure adlı istifadəçi, Noyabr 3, 2007 tarixində, saat 14:30 yazıb:

    Mene Xaqani Hasin heyat ve yaradiciligini bilmek maraqli olardi. Mumkunse informasiya yerleshdirin ve yaxud da belke ozu bunu oxuyur, onunla elaqem olsun isteyerdim, bir -iki sualim var uzum baginda salxim xoshuma geldi teshekkur edirem


  3. Ryabina adlı istifadəçi, Noyabr 3, 2007 tarixində, saat 16:00 yazıb:

    oooo!!!
    Kimi görürəm?!.
    Dekonstruksiya lazımdır…?
    Hansından başlayaq…?


  4. Fuad adlı istifadəçi, Noyabr 3, 2007 tarixində, saat 20:00 yazıb:

    Oxudum.
    Ellamelikdir, Cilgin, felsefe deyil. Isteyib ki, oxucuya “baxin, men nece mudrikem” mesaji otursun ve oxucu “pah, ne derin” desin. Indiki genc shairler sadeni qoyub suni murekkeblik yaradirlar ki, daha menali, daha agilli gorunsunler… Gucenerek yazildigi hiss edilir. Ilham eseri deyiller.


  5. victoria adlı istifadəçi, Noyabr 3, 2007 tarixində, saat 20:45 yazıb:

    fuad bey,size muraciet edirem.eslinde bele sairlerdir sade yazan.cox bezemeye ehtiyac gormurler.sadece biz o xalqlardaniq ki esitdiyimiz serlerin,mahnilarin sozlerinin cox bayagi murekkebliyine oyresmisik.bu sebebden sade olan bir sey bize deyisik gelir ve ele basa dusuruk ki bu murekkeb demekdir.dogrudur felsefi fikirler var ve hec de urek sixmir ve bulandirmir.serleri yazan ve bize oxumaga imkan verenlere tesekkurumu bildirirem


  6. Rəbiqə adlı istifadəçi, Noyabr 3, 2007 tarixində, saat 21:21 yazıb:

    Vallah, axiradek oxuya bilmedim… hech ne de anlamadim… ele bil ne dexli var rubrikasiydi mene gore///


  7. zaur adlı istifadəçi, Noyabr 4, 2007 tarixində, saat 01:18 yazıb:

    Cox sevinirem ki,hormetli Xeqani Hasin yeniden ses soragini esidirik.
    Azerbaycanda nadir insanlardan biridir Xeqani ,ozu Azerbaycanda yasamasada.
    YEniden onun serlerini oxumaq cox sevindiricidir.Beyendim,her zamanki kimidir.


  8. Seyidsasha adlı istifadəçi, Noyabr 4, 2007 tarixində, saat 23:38 yazıb:

    Bunlar tercumedir..


  9. Admin adlı istifadəçi, Noyabr 5, 2007 tarixində, saat 01:03 yazıb:

    Sevdiyim çağdaş türk şairlərindən biri Küçük İsgəndər müsahibələrinin birində deyir: “Mən istəyirəm ki, heç bir şey bilməyim. Özüm verdiyim adlarla şeir yazım, TÜTÜN, QƏLƏM, EŞQ kimi sözlərlə şeir yazmaq artıq məni bezdirib. İstərdim ki, özüm YENİ sözlər tapım və o sözlərlə tamamlanmış şeirlər yazım. Başqasının tapdığı SÖZLƏR və QRAMATİKA ilə şeir yazmaq məni usandırıb”.

    Mənə görə, gerçək bir şairin “gerçək bir şeir necə yazılır?” sualına verə biləcəyi ən yaxşı cavablardan biridir bu.
    Xaqaninin şeirlərinə də bu məqamdan yanaşın bir az. Vərdiş elədiyiniz şeir qramatikası, ŞEİR DİLİ deyil bu. Burada anlamlar SİZİN istədiyiniz kimi yox, XƏQANİNİN istədiyi, gördüyü və anlatmaq istədiyi dildə danışır. Şeirin bir ZƏKA OYUNU olması da qorxuducu deyil. Şeir yalnız hisslərdən ibarət deyil ki. Zəkadan, DİLdən oluşan şeirlər də var.
    XX əsrdə şeir tarixinə imza atmış bütün şairlərə- Nezvala, Tomas Eliota, Brodskiyə və bir də 70-lərdən sonra Şərqi Avropa poeziyasına göz yetirdikdə şeirdə necə fərqli və geniş üfüqlər açıldığını görmüş oluruq. Oysa biz hələ də su kimi rahat içə biləcəyimiz şeirlər arayırıq. Azacıq fərqli şeir görən kimi beynimiz zorlanır və dərhal içimizdə “qırmızı işıq” yanır. Hər gerçək şair fərqli bir sivilizasiyadır. Bu sivilizasiya ilə toqquşmaq yox, onu anlamağa çalışmalıyıq. Ayrıca bir az da beynimiz zorlansın qoy. Yetər ki, bayatı oxuduq, yetər ki beyin hüceyrələrimiz yatdı, bir az da sözlərin, kəlimələrin labirintində özünü və dil tapmalıolduğu KƏNAR SİVİLİZASİYAnı arasın qoy.
    Xəqani, təbriklər şeirlərinə görə!

    Hörmətlə Zahir Ezemet


  10. Çılğın adlı istifadəçi, Noyabr 5, 2007 tarixində, saat 02:06 yazıb:

    Yox, Zair, ozum bir yaradici kimi razi deyilem fikirlerinle. Weir felsefe deyil, agil iwi deyil. Weir hissin ifadesidir. Weir insani duwundurmemelidir. Duwunmek ucun nesr var. IStediyin qeder oxu ve duwun. Weir olsa-olsa insani hissleri barede duwundurmelidir. Muasir zaman her weyi sozun heqiqi menasinda kawa-malawa eliyib. Her weyi oz adiyla cagirmaq lazimdi. Yuxaridakilar felsefi, agilli, yorucu, axiciolmayan, insani, agli, duwunceni zorlayan metnlerdir. Duzdur, weir hem de zovq meselesidir deye bilersen. Amma her halda bir weyi qeyd etmeyi vacib bilirem. XVII esrde edebiyatda yaranan bir uslub vardi ki, buna HIKEMI WIIR deyirdiler, bu metnler ora daxildir ve eyni zamanda hemin dovrde Hindistanda ortaya cixib Efqanistan, Iran, Turkiye ve Azerbaycan bolgelerinde geniw yayilan SEBKI_HINDI`ni xatirladir. Ister yeni soz arayiwi, ister iwlenmemiw tezad ve diger ifade vasiteleri baximindan, ister orijinalliga can atmaqla anlawilmayan meqamlara yeri oldu-olmadi baw vurmalariyla 100/100 SEBKI-HINDI`dir. Bu uslubun kicik bir arawdirmacisi kimi bu metnleri ozunu zorlayaraq YENI edebiyyat ortaya cixarmaga cehd eden XVII esr numunelerinin davami hesab edirem ve eslinde yeni olmayan bir weyi yeni kimi teqdim etmeyi de eski edebiyyatdan xebersizlik kimi deyerlendirirem.
    Sen menimle razilawmaya da bilersen, ama genc filoloq kimi yanawmami ortaya qoymaga axir ki qerar verdim. Bu defe wexsi munasibetden cox-cox uzaq…:)))


  11. Qəşəm Nəcəfzadə adlı istifadəçi, Noyabr 5, 2007 tarixində, saat 09:55 yazıb:

    Maraqlı şeirlərdi.Mən Admin adlı istifadəçinim dedikləri ilə tam razıyam. o bu şeirlər haqqında hər şeyi deyib, özü də düz deyib. Mənə ancaq Xəqanini təbrik etmək qalır. Təbrik edirəm!


  12. TURAN adlı istifadəçi, Noyabr 5, 2007 tarixində, saat 12:59 yazıb:

    Bu sheirleri sevmek ucun cox oxumaq,sevib daha sonra unutmaq lazimdir.


  13. Şahanə adlı istifadəçi, Noyabr 5, 2007 tarixində, saat 14:48 yazıb:

    Böyüməyə Prolegomena-nı başa düşdüm… Natürmort sevgi də könlümcə oldu…Bəyəndim də…

    Admin də çox gözəl şeylər yazmış. Şeirlərdən daha gözəl və daha aydın!
    Amma mən mənasız şeylər üzərində beynimi yoracaq qədər güclü əsəblərə malik olmadığımdan Adminin söylədiklərini yapammıyacam!

    Xaqani bəyin gözəl, fərqli mən deyərdim, MƏNAlı şeirlərini oxuduğumdan bunlar mənə qətiyyən təsir göstərmədi.

    Tamam, qafiyəni də göndərdik Allahın rəhmətinə, şeirin daxili ritmini də. Bəs MƏNA? O da bizə, şeirə, ədəbiyyata lazım deyil???

    Bəlkə məsələ “çay necə axır?” məsələsidir, hə?

    Mən hamının qarşısında and içirəm ki, bir oturuma ən azı bu qədər “məna yükü”nə malik cızma-qaralar edə bilərəm! Hələ ömrümdə özümə belə inamlı olmamışdım!

    Şeirlərin mənalı, yox-yox, fəlsəfi olması barədə elə inamlı danışırsınız ki, matım-qutum quruyur vallah…

    Hələ bir az da əsəbləşdim yüngülcənə…


  14. Rəbiqə adlı istifadəçi, Noyabr 6, 2007 tarixində, saat 01:20 yazıb:

    Shahane, ne yaxshi sen varsan eee. Demek istediyimin ekseriyyetini dedin…


  15. aya apa adlı istifadəçi, Noyabr 6, 2007 tarixində, saat 01:51 yazıb:

    nece aydin ve gozel sherler, ardinca ne anlashilmaz sherhler…
    bu misralarin arasinda ADAM yashayir. “Yol vermemeliyik misraya…”
    …yoxsa ən axirda misralara baxan bashqaları güzgü qabagında kimi bitlenecek və s. və ilaxır


  16. Emin adlı istifadəçi, Noyabr 6, 2007 tarixində, saat 02:22 yazıb:

    cool!!!


  17. Aslan adlı istifadəçi, Noyabr 6, 2007 tarixində, saat 11:51 yazıb:

    Şeirləri və şərhləri oxudum. Əvvəlcə münasibət bildirmək istəmirdim, olmadı. Belə olmur axı, adam durur hissiz, duyğusuz, həyəcandan uzaq cümlələri alt-alta düzür, hələ bunları şeir adlandırmaqdan da çəkinmir, bizsə tərifləyirik. Şahanə yüzə-yüz haqlıdır, “çay necə axır?” məsələsidir. Müəllif yəqin bu metodun nə dərəcədə işə yaradığını sınamaq istəyib, sınayıb da, ən qəribəsi də, metod yenə də işə yarayıb. Orasını da deyim ki, bəzi şərhlər şeirlərdən də qəribədir. “Weir felsefe deyil, agil iwi deyil. Weir hissin ifadesidir. Weir insani duwundurmemelidir. Duwunmek ucun nesr var. IStediyin qeder oxu ve duwun. Weir olsa-olsa insani hissleri barede duwundurmelidir”. Özü də şair olan birisi necə olur ki, belə bəsit, dayaz fikirlər yürüdə bilir? Şeirdə fəlsəsfə də olmalıdı, ağılın, idrakın da işidir, lnsanı düşündürməli, təsirləndirməlidir! “düşündürməməlidir, olsa-olsa insani hissləri barədə düşündürməlidir” nə deməkdir? Əyər düşündürməyəcəksə, ağılın işi deyilsə, onda niyə yazırsınız, cəfəng işlə məşğul olmağa dəyərmi? Bu sarıdan şeirlə nəsr arasında səbhəddi kim çəkib? Yazanda məsuliyyət hiss eləmək lazımdı axı! Amma söhbət bu şeirlərdən gedirsə, bu şeirlərdə nə fəlsəfə var, nə də üzərində düşünüləsi məqamlar. Çox təəssüflənirəm ki, hər sahədə yeniliyin nə olduğunu başa düşmədiyimiz kimi, ədəbiyyatda da başa düşmədik.


  18. Çılğın adlı istifadəçi, Noyabr 6, 2007 tarixində, saat 12:15 yazıb:

    Aslan bey, weirde felsefe almada demir, sudde su kimi olmali. “Ozu de yazar olan biri” duwunur ki, hissleri ifade etmek cefeng iwi deil. Ve burda da weire munasibet bildirmek lazimdi, werhlere werh yazmaq yox!


  19. qeza xidmeti adlı istifadəçi, Noyabr 6, 2007 tarixində, saat 13:43 yazıb:

    men isterdim ki qeshem de zahir de bu sheirlerde ne basha dushubler izah etsinler
    KRAL LURTDU.


  20. qeza xidmeti adlı istifadəçi, Noyabr 6, 2007 tarixində, saat 13:48 yazıb:

    Indi bir hemoseksual-kuchuk isgenderi deyirem-bir soz deyib deye bu sheirlerizoren basha dushmeliyik,eceb ishdir


  21. pishik adlı istifadəçi, Noyabr 6, 2007 tarixində, saat 15:59 yazıb:

    demokraside zor olmaz!(qeza xidmeti). amma insan ozunu sorlamagi bacarmlidi.
    menim ucun esl antidepresant oldu…
    tesekkurler Xaqani muellime…


  22. abbas adlı istifadəçi, Noyabr 6, 2007 tarixində, saat 21:33 yazıb:

    Salvador Dalinin “Elephant” eserini tehlil etmeliydim, amma anlaya bilmirdim ciddi bir shey. Surrealizm And Photography masteri olan bir qiz mene bir meslehet verdi: “Hec vaxt surrealist eserlere ciddi bir mena cixartmag ucun baxma, alinmayacaq. Eks teqdirde yanlish anlamlar olacaq. Nece et? Esere qisa nezer sal, unut. Qisa nezer sal, unut, dushunme cox. Bir de, bir de, bir de… Ve her defe qisa nezer salarken qazandigin muxtelif anlamlari bir araya getir, demeli Dali bunu demek isteyib uzun ayaqli FIL-de”
    Ushaqlar, xususi ile de edebiyyatla meshgul olmaqla vaxtini keciren dostlar size bir soz deyim incimeyin, bir az mutalie edin.

    Xeqani mellim, ela eserlerdi.

    “sahil baginda tir-tir titreyen qocayam
    ne sen varsan, ne yekeqarin polisler
    Ne de ki, icinde prezervativ olan Tuborg!”


  23. e110365 adlı istifadəçi, Noyabr 6, 2007 tarixində, saat 21:55 yazıb:

    Şeirlərin hissdən, duyğudan, həyəcandan uzaq olduğunu söyləyənlər çox yanılırlar. Şeirlərdə dəhşətli bir kədər var…


  24. Seyid Ramin adlı istifadəçi, Noyabr 6, 2007 tarixində, saat 23:02 yazıb:

    Bu yazılar şeirdən başqa hər şeyə oxşayır!


  25. Rəbiqə adlı istifadəçi, Noyabr 7, 2007 tarixində, saat 01:18 yazıb:

    Etirazim var… Absrakt sheir olmaz dostlar… o zaman bosh vereqi oqyiun ve tehlil edin ki ashair ne gozle yazib (yazmaq isteyib)…
    Xaqani beyin xoshuma gelen sheirleri olub.. amma bunlar yox…


  26. MANIS adlı istifadəçi, Noyabr 7, 2007 tarixində, saat 16:20 yazıb:

    Bu şeirlərinin bir neçəsinin ilk oxucularından biriyəm. Elə ilk dəfədən də çox bəyənmişəm.
    Dostlar, şeir var ki, hissləri tərpədir - ani bir ləzzət duyğusu verir - “bəh-bəh” deyirsən… 3 dəqiqə sonra isə yanındakının “hə, dur gedək, bizi gözləyirlər” sözündən - şeirləri dinlədiyin, oxuduğun zamandan cəmi 1-2 dəqiqə keçmiş şeir bir dəfə də yadına düşür - “əclaf yaxşı deyib a” deyirsən, BİTİR! (Uzaqbaşı növbəti dəfə, haradasa o şeiri eşitdiyin zaman, yanındakılara “hə, bu şeiri eşitmişəm, yaxşı şeirdir” deyirsən”)
    Xaqaninin şeiri də, yazıları da (əslində bizi aldadan) hisslərimizə deyil, beyinlərimizə ünvanlayıb. Bunlar AKADEMİK LİTERATUR`dur.
    Bu şeirlər (şeiri tamadaların ifasında dinləməyi sevən) kütlə üçün deyil.
    Bunlar - geniş auditoriyaya ünvanlanmayıb, akademik musiqi kimidir, öz kiçik - amma intellektual auditoriyası var. Bunlar kitç deyil, bahalı sənətdir! Bunu oxumaqdan əvvəl özünüzə “incəsənət, kultura nədir?” sualı verməlisiniz, özünüz üçün onun cavabını tapmalısınız.
    Xaqaninin şeirini oxumaq üçün hazırlıqlı olmalısınız, dostlar. Bunun üçün xüsusi zaman ayırmalısınız, paralel olaraq başqa saytlara baxmamalısınız, musiqi dinləməməlisiniz.
    Bunu nə mən tələb edirəm, nə də (yəqin ki,) Xaqani.
    Bunu yüksək incəsənət tələb edir: musiqidə də, rəssamlıqda da, literaturda da bu belədir.


  27. Harmoniya adlı istifadəçi, Noyabr 7, 2007 tarixində, saat 22:29 yazıb:

    Hörmətli ədəbiyyat sevərlər.
    Bu günlərdə gənc istedadlı yazar, şair və tərcüməçi İlqar Fəhminin “Bakı tarixindən kollaj” bədii-publisistik romanı çapdan çıxmışdır. Roman Bakı tarixinə, etnoqrafiyasına, mədəni irsinə özünəməxsus, subyektiv bir baxışı əks etdirir. Son dərəcə marağlı olan əsər fraqmentar roman üslubunda yazılıb. “Harmoniya Kitab” sizə “Bakı tarixindən kollaj” kitabının elektron versiyasını təqdim edir. Bunun üçün siz http://www.ilqarfehmi.tk ünvanına daxil olub, kitabxana bölməsindən “Bakı tarixindən kollaj” kitabını yükləyə bilərsiniz.

    Kitabı əldə etməyə tələsin!

    ——————-

    Harmoniya Kitab


  28. aya apa adlı istifadəçi, Noyabr 8, 2007 tarixində, saat 00:55 yazıb:

    sheir tekce sevib yas tutmaq, sozle zer atib tas tutmaq, mizqlet sozlerden cinas tutmaq, axirda da pas tutmaq deyilmish teessuf. ve min teessuf.
    eziz oxucular, mence probleminiz sheri rahat oxuya bilmemeyinizdi. felsefe axtarmaq ve tapmaq lazim deyil. Rehman muellim (Bedelov) telebelerine filme baxmagi oyredende haqqli idi.
    mence bezen felsefe xaqaniye sher yazmaga mane olur da, ama bu cuzidi.


  29. Aslan adlı istifadəçi, Noyabr 8, 2007 tarixində, saat 00:58 yazıb:

    Əziz Çılğın! Yazdıqlarımın xətrinizə dəyəcəyini güman eləməzdim, mən cadəcə heç vaxt barışa bilmədiyim məqamların üzərindən sükutla keçə bilmədim. İndiki kimi. Əsla və əsla şeirdə fəlsəfə almada dəmir, süddə cu kimi olmalı deyil. Kimsə şeirdə fəlsəfənin, fikir, məna, düşüncə yükünün nə qədər olduğunu müəyyən eləyə bilməyib, bilməz də. Heç məsələnin texniki tərəfi də uyğun gəlmir axı, almada dəmirin miqdarı milliqramlarla ölçülür, südün isə 95-dən çoxu sudur. Siz deyən kimidisə, hansı düzdür? Burda ancaq şeirlərə münasibət bildirmək lazımdı, şərhlərə yox, qaydasını kim qoyub? Hər kəsin öz fikri var, hər kəs də digərlərinin fikirlərinə hörmətlə yanaşmalıdır, mən də düşüncə özgürlüyünə hörmət eləyən birisi kimi Sizin fikirlərinizə hörmətlə yanaşıram, ancaq bu o anlama gəlmir ki, Sizin fikirlərinizə münasibət bildirə bilmərəm. Bu qədər, sonda yalnız onu əlavə eləyim ki, insanı düşündürməyəcək bütün işlər cəfəngiyyatdır. Şeirin insanı düşündürməməli olduğunu isə Siz yazmışdınız.
    Salvador Dalini oxuyub cidi bir şey anlamayan, sonda əcaib bir reseptlə nəhayət oxuyub bir şey anlaya bilən Abbas da bizə mütailə eləməyi məsləhət görür. Yalnız onu deyə bilərəm bizlər S.Dalini indi yox, illər öncəsi oxumuşuq, hər halda bir şey anlaya bilmişik, özü də reseptsiz. Yalnız onu deyə bilərəm, şeir yüz illər bundan öncə daşıdığı funksiyaları, indi də daşıyır, yeniləşmə, modernləşmə naminə şeirə ucuz parnoelementlər, düşüncə yükü olmayan, gərginliyi 0-ra bərabər olan söz birləşmələrini transfer edənlər yanılırlar. Yəni vaxtı ilə şeir ekzotik insanın ekzotik düşüncələrinin ifadəsiydisə, indi də modern insanın modern düşüncələrinin ifadəsi olmalıdı, amma modern insanın işi-gücü, fikri-zikri belə şeylər deyil axı. Qərb bu etapları haçan keçib? Bununla heç də onu demək istəmirəm ki, qərb bizim üçün etalon olmalıdı, əksinə, qloballaşmanın, kommersiyanın qərbdə ədəbiyyatın inkişafına son qoyduğunu düşünürəm.
    e110365 adlı qardaşımız isə yanıldığımız qənaətindədir, həm də elə belə yox, çox yanılırmışıq. Şeirlərdə dəhşətli kədər var imiş. Subyektiv fikirləri bir tərəfə qoy, səmimi yaz, doğrudanmı bu şeirlərdə kədər var? Harasında var, onu da yazsan sənə minnətdar olaram. Qoy heç olmaya özüm üçün aydınlaşdırım, nə olub, nələr baş verməkdədir, necə olur ki, dəhşətli kədəri belə hiss edə, duya bilmirəm?


  30. antixrist adlı istifadəçi, Noyabr 8, 2007 tarixində, saat 02:14 yazıb:

    xaqani muellim..
    teshekkur edirem..
    4oxdandir sizi axtarirdim ve nehayet tapdim..
    muellim yazin..sizi oxumaq meni ve hele de, yashayan bir-iki telebenizi yashadir..


  31. Ryabina adlı istifadəçi, Noyabr 8, 2007 tarixində, saat 11:54 yazıb:

    Aslan bəy, xoş gördük…əsəbləşməyin, heç nəyi də ürəyinizə salmayın, zira bu küçələrdə-dalanlarda elə şeylər səpələnməkdə ki, onları yığıb ürəyə salmaq yox, üstü təbaşir və kömür yazılarıyla dolu dəmir çənlərə tökmək lazımdır…heyif ki, ədəbiyyatımızın da, publisistikamızın da küçə və dalanları üfunətlə öyünüb özünü postmodernist sayaraq əslində ögüməkdən gözləri bərələ qalmaqda artıq…Deyəsən çox fəlsəfi yanaşdım…dəyərdimi…?
    Məncə də yox…
    Dəhşətli kədəri yaşamasan, heç yerdə, heç nədə, heç kəsdə duya bilməzsən onu, deyilmi…?
    Aslan bəy, məncə siz özününz kədərdən, həm də dəhşətli kədərdən yoğrulmuş bir insansınız…Nədəsə, hardasa, kimdəsə kədər duya bilmirsinizsə, demək həmin nədəsə, həmin hardasa, həmin kimdəsə sadəcə o kədər yoxdur…Həm də dəhşətli kədər…Ay Allah, bu romantik payızın kədərli yağışlarına qarışdığım bir zamanda məni güldürməsinlər bunlar…-))


  32. Çılğın adlı istifadəçi, Noyabr 8, 2007 tarixində, saat 16:12 yazıb:

    Aslan bey, esla sizi xetrime deymiw hesab etmirem. Ele olsaydi adinizi bele cekib birbawa size muraciet eden werh yazmazdim. Men de hami kimi munasibetimi bildirdim. Indi meni dar agacina assalar da, menimcun weir hissden ibaretdir deyeceyem. Bu menim tekce prinsipialligim deyil, men weiri hiss etmiremse, o mene xow gelmir. Ve burada Xeqani HAs`la da qesdi-qerezliyim yoxdu ki, ne ise qeyri-semimiyyetim duyulsun. Eslinde Almaforumda onun bir nece weiri xowuma da gelmiwdi.
    Manisin da dedikleriyle hardasa raziyam, hardasa yox. Men kutlenin de zovqunu dawiyan biri deilem. Mene HISS lazimdi, dostlar HISS! Ama bu o demek deyil ki, mehz bu weirler o ehtiyaci odemelidir.
    Ne ise yoruldum… Baglandi bu movzu!


  33. Abbas Atilay adlı istifadəçi, Noyabr 8, 2007 tarixində, saat 18:44 yazıb:

    Her deyilen akademik fikir
    Metbex mubahiselerinin “Girish”idir!


  34. scorpion adlı istifadəçi, Noyabr 9, 2007 tarixində, saat 02:22 yazıb:

    Qəribədir ki, boş və mənasız şeylər bizdə daha çox mübahisə yaradır. Bir belə adam işini gücünü atıb bu mənasızlığa palaz-palaz şərhlər yazırlar… Mən bu şeirlərdən bircə şey anladım ki, bu qardaşın problemi var, özü də çox ciddi…


  35. elman adlı istifadəçi, Noyabr 9, 2007 tarixində, saat 10:34 yazıb:

    Şeir, şeir dediyin,
    Saqqızdır çeynədiyin…


  36. Qəşəm Nəcəfzadə adlı istifadəçi, Noyabr 9, 2007 tarixində, saat 11:58 yazıb:

    Scorpion, bu bu şeirləri sənin anlamağın üçün düz 50 il vaxt lazım gələcək.


  37. zuzu adlı istifadəçi, Noyabr 9, 2007 tarixində, saat 15:55 yazıb:

    XAQANI HASIN bir cox serleri kimi bunlar da gozel serlerdi


  38. scorpion adlı istifadəçi, Noyabr 9, 2007 tarixində, saat 16:34 yazıb:

    Tamamilə doğru buyurursunuz Qəşəm müəllim, bu cür sintetik şeyləri ancaq sintetik düşüncəyə və beyinə malik insanlar daha tez qavrayırlar…


  39. rauf adlı istifadəçi, Noyabr 15, 2007 tarixində, saat 02:33 yazıb:

    Butun sheirleriniz kimi bu sheirleriniz de cox mukemmeldir!
    Chox tebrik edirem ona gore ki,bu defe de kutle ucun cox sixici geldi,bu da tebiidir cunki, bu yazilanlar kutle ucun deyil!Amma men bu milleti qinamiram insanlar ne qeder Reqsanelere qulaq asar?!qafiyeden cixa bilmirik,hetta heyatimiz qafiyeye donub,reklamlarimiz sade dilden qafiyeye,adlarimiz qafiye ile qoyulur,atalar sozleri qafiye, bir sozle qafiye icinde boguluruq,az qala ashiqlar kimi bazarda,evde…yolda da qafiye ile seslenek bir birimize.Ama deyen yoxdur ki,qafiye hara atalar sozu har,yeni atalar sozu ki,sheir deyil!Amma olmaz o muqeddeslere bir shey demek bize dushmez,biz ancaq bu gune qeder oxudugu kitablarin agirliginin Az.kutlesinden daha agir oldugu adama qarshi oz fikrimizi bildire bilerik!Bir de hec kim fikirleshmesin ki,men ali tehsil almisham ve men kutle deyilem,buna qalsa Az-nin 99%’i kutle deyil.
    Mene ele gelir ki,Xaqani muellim kifayet qeder oz oxucularini tapib.Sizden istediyimiz yeni yeni yazilar ve sheirlerdir.

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: