Qaynar xəbər portalı

İlqar Fəhmi“İslamdan imtina etməkçün gərək əvvəlcə müsəlman olasan”

Şair, yazıçı və tərcüməçi İlqar Fəhmini ədəbi aləmdə tanımayan yəqin ki, azdır. Onu tanımayanlar üçün qeyd etmək istərdim ki, İlqar Fəhmi Azərbaycan Yazıçılar Birliyinin (AYB) Tərcümə seksiyasının rəhbəri və «Ulduz» jurnalının şöbə müdiridir. 1995-ci ildən bədii yaradıcılıqla məşğuldur. Yaradıcılığa qəzəllə gəlib. İndiyə qədər “Sənli sözüm gəldi sənə”, “Ölüm gözəldi, yoxsa sən”, “Aktrisa” kitabları çıxıb. Bu yaxınlarda isə İlqar Fəhminin yeni kitabı- “Bakı tarixindən kollaj” bədii-estetik romanı işıq üzü görüb. Qeyd edək ki, fraqmentar roman üslubunda yazılan əsər Bakı tarixinə və onun mədəni irsinə subyektiv bir baxışı əks etdirir. Elə buna görə də İlqar Fəhmini tapıb, ondan sonuncu romanı və bəzi şeylər haqqında müsahibə aldıq.

- İlqar, dünyanın qloballaşdığı bir dövrdə Bakını ayırmaq nəyə lazımdır?

- Hər bir sənətkar üçün özünü ifadə etməyə müəyyən obrazlar, simvollar lazımdır. Davamı…


Afaq MəsudYazıçı Afaq Məsud, bəstəkar Vaqif Gərayzadə və tanınmış tərcüməçi-şair Yusif Savalan Vyananın Mədəni Əlaqələr təşkilatının dəvəti ilə Avstriyanın paytaxtı Vyanaya yola düşüblər.
Orada bir sıra tədbirlərlə yanaşı, noyabrın 13-də yazıçının yaradıcılığından bəhs edəcək ədəbi verilişdə A.Məsudun “Dahi” və “Sərçələr” hekayələri alman dilində səsləndiriləcək, dinləyicilərlə yazıçı arasında canlı bağlantılar təşkil olunacaq. Həmçinin bəstəkar Vaqif Gərayzadənin əsərləri öz ifasında səsləndiriləcək.


Ramiz RövşənRamiz Rövşən: “Yenidən “suya baş vurub” yaradıcılıqla ciddi məşğul olmağı düşünürəm”

Şair Ramiz Rövşənin yaradıcılığı Güneydəki soydaşlarımızın da diqqət mərkəzindədir. Xəbər aldıq ki, şairin “Göy üzü daş saxlamaz” adlı kitabı İranda Azərbaycan dilində çap olunan “Yaşmaq” ədəbi-bədii jurnalının təşəbbüsü ilə nəşr edilib. Müəllifin məlumatına görə, Azərbaycan dilində, lakin ərəb qrafikası ilə çap olunan kitabın rəssamı Ərdəkir Rüstəm olub. Öyrəndik ki, iki min nüsxədə nəşr olunan kitab İranda geniş oxucu kütləsi üçün nəzərdə tutulub. R.Rövşən bildirib ki, İranda Azərbaycanın müasir şair və yazıçılarının əsərlərinə maraq böyük olduğundan bu səpkili nəşrlərin çapı davamlı şəkil alacaq.
Ədiblə söhbət zamanı başqa məqamlara da toxunmağa çalışdıq. Yaradıcılığının erkən dövrünə nəzər yetirən şair belə deyir: Davamı…