Seymur Baycan, Şeirlər
Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 11 Kasım, 2007 dünən Milli Parkda
bayram gəzintisinə çıxmıs adamları
arıq və sısqa gördüm
məndən olsaydı onlara Sabir adına texnikumda
idmandan dərs deyərdim
əllərinizi açın
ayaqlarınızı aralayın
belinizi bükməyin
sinənizi qabağa verin
it uşağı it udduğunuz hava
içdiyiniz su da
sizə haramdır
lənətə gələsiniz
qabağa baxın, qabağa
bir, iki, üç
bir, iki, üç
dərindən nəfəs alın
bir daha
bir daha
Evin tək oğlu
– sən onu Rusetə elə göndərirsən
heç Kərim Kərimov Yuri Qaqarini
kosmosa belə göndərməmişdi
Solçu gəncin mahnısı
31 mart. Soyqırım günü
əlimdə pencək
bulvarda üşüyən qız axtarırdım
çiyninə atmağa
hamının əynində
dublyonka vardı
Muzeydə
– Mən elə bildim bu ətir qabıdır
– Yox, o divar tərəzisidir
Bizim qiymətimiz
10 qəpiklik keks
Toyuğun bir budu
Yarımçıq kolbasa
nerjavik pomidor
– Orda şokolad da var
– Onu hec qarışqalar da yemir
Ehsan
Kişilər itə də tamah salır
atam balası
toyuq,
ördək,
keçi sevən
amma hər kişinin
öləndə kəsilməyə
qara bir inəyə
ehtiyacı var
Ömür
bu yol nə uzun çəkdi
bu mahnı nə çox çəkdi
mən nə qədər siqaret çəkdim
Selcan
şir qızı parçaladı
qarnından nar dənəsi düşdü
nar dənəsinin içindən də
türk qızı
Dörd müqəddəs kitab
– O qələmlərin heç biri yazmır
– hərflərin izi düşdü bəsdir
Bizi birləşdirən dəyər
dünən Şəhidlər Xiyabanında
dəbdən düşmüş qəbirlərin arasında
gəzəndı
ondan mənə
boş mesaj gəldi:
+994557428363. Yes.
Alo, alo
Yenə nə olub?
…heç
…uşaqdır telefonla oynayır
Hərbi həkimin tribunalda çıxışı
mənim heç nəyim yox idi
telefonumda konturum
metro kartımda balansım
üçünçü sinifdə oxuyan oğlum
yodum
bintim
spirtim
hətta sonda ölən ümidim
PS.
şeirləri ayıq başla oxumaq
qadağandır!



(5 səs, hardasa: 4,20 ilə 5 arası)

Yüklənir...
Ay can, ay can,
Seymur Baycan…
Əlaya yaxın proza damcıları: mənə Fikrət Qocanın son yaradıcılıq nümunələrini xatırlatdı – liftde hamile qadın məsələsi…
Maraqlıydı… Xoşuma gələnləru oldu də oldu içində, heç nə anlamadığım da… Hər halda, sonadək oxuya bildim, bu az şey deyil ki…
yazidan 1 parca it ushagi it uddugunuz hava icdiyiniz su da size haramdir lenete gelesiniz
Gözəldir.
Seymur, ellerine saglik…
Ne yazirsansa hamisi gozeldir…
3 defe oxudum ve bir daha emin oldum ki, bu Baycan bosh fincandan basqa bir sey deyil..
Elmin de onun qulpu..
Seymur, sizin her weye qeribe bir qinaginiz var e… Eslinde bilmirem nece izah edim, ama nese o giley xususi hiss olunur- bunu demeliyem. Bir az da ele yazirsiz ki, guya butun bunlarin size dexli yoxdu, ele-bele de buralardan kecirdiz, gorduz ve dediz…
Azərbaycan ədəbiyyatındakı ən primitiv qrafomanlardan tutmuş, bütləşdirilmiş canlı klassiklərə qədər kimin nə istədiyini, hansı mərama qulluq elədiyini müəyyən qədər anlamaq mümkündür …Ancaq ikicə nəfərin- Seymur Baycanın, bir də Qəşəm Nəcəfzadənin bu ədəbiyyat balası ölmüşdən nə istədikləri hələ də cavabsız bir müəmmadır…
yaxsidir.Xosuma gelenleri oldu.
P.S.-si əvvəldə qoyaydınız də… day keçdi…day gecdi…
Nömrəni yaddaşa salmaq lazımdır, Seymur bəy, bir gün unutmaqdan qorxmursunuzmu? Bəlkə də artıq unutmusunuz…
Nəsriniz daha duzludur…
Eslinde, chox gozel ichkidir, amma bir-iki qusuru var… Iki bokali qurtarana qeder 2 defe tualete getmeli oluruq… belke de, ona gore deyibler ki, bir bokal piveni qetiyyen satin ala bilmezsen, ancaq kiraye goture bilersen…
Qardash, ne oldu bizim iki dene hamburger…?
Seymur nəsrin daha yaxsidir
Sevirəm gözəllikləri
Sevirəm gözəllikləri
Səhərin mehini,gecənin rəngini.
Hər sabah eyvanımda
Kiçik-kiçik quşların
Zövq oxşayan səslərini.
Sevirəm gözəllikləri
Kim deyir ki,qaranlıqdır gecələr,
O gecə ki,göy üzündə sonsuz ulduz,
Səpələnmiş bir ovuc duz.
Sevirəm gözəllikləri.
Eyvanımda tez-tez açan çiçəkləri,gülləri,
Hər səhər o güllərə asta-asta su tökməyi.
Sevirem gözəllikləri.
Dağ başında uzaq kənddə,
Lap balaca taxta evdə
Nəvəsinə sevə-sevə nağıl deyən nənələri.
Xumarlanıb yuxulayan nəvələri.
Sevirəm gözəllikləri.
Yağış yağır bir sel kimi,
Elə bil ki,göyə qalxmış okeanlar yerə enir.
Bu yağışda islanmış,
Sevgililər dolaşan
Daş döşəmə küçələri.
Sevirəm gözəllikləri.
Bu gözəl mənzərəni pəncərədən izləməyi,
Nəfəsimlə buza dönmüş pəncərəni tərlətməyi,
Səhər-səhər harayasa tələsən insanları,
Buxarlanan nəfəsləri.
Sevirəm gözəllikləri.
Qar yağanda insanlardan uzaqlaşan,
Bir-birini sevə-sevə qara basan,
Bir-birinən möhkəm tutan
O əlcəksiz əlləri
Sevirəm gözəllikləri.
Səhər-səhər insafsizca biçilən
Göy otların iyisini,
Dağlarakı çobanların tütəyinin səsini
Quzu mələşməsini.
Sevirəm gözəllikləri,
Sökülən dan yerini,
Qürub eden günəşi,
Ayaq açan körpələrin yerişini
Sevirem gözəllikləri,
Kəndləri birləşdirən
Ucsuz-bucaqsız yolları,
Çoxlarına ümid olan sabahı,
Uca varlıq Allahı
Sevirəm gözəllikləri!!!
Nələri sevmirəm ki?
Seymur, bunlar şeirdi qaqa? Yoxsa——————?
Cənab we are left ring.
Seymurun nəsri deyəndə nəyi nəzərdə tutursan?
Əgər 2 romanın deyirsənsə, orda nəsrdən əsər-əlamət yoxdur. Başdan-ayağa bədii publisistkadır.
Vəssalam.
Kulturistlə razıyam janr məsələsində.
Bir kopukluk sherler deyildi.menim 8-ci sinifde guleshci olan ve elme nifret eden qardashim ondan yaxshi sherler yazir.Seymur Baycan kimi shexsler cox gelib-gedib bu memlekete amma onlarin hec biri tarixde qalmayib cunki onlar tarix nedi hec vaxt basha dushmeyibler…