ANA DİLİNDƏ İLK NƏŞR AZƏRBAYCANA GƏTİRİLİB
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 14 Kasım, 2007Məmməd Adilov qədim nümunə üzərində tədqiqat işi aparır
Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, filologiya elmləri doktoru Məmməd Adilov Türkiyədə ezamiyyətdə olarkən Mustafa Zəririn “Sirətün-Nəbi” kitabını aşkar edərək surətini ölkəmizə gətirib.Qeyd edək ki, Azərbaycan dilində ilk nəşr və tərcümə əsəri olan bu kitab həm də türkdilli xalqların ədəbiyyatında Məhəmməd peyğəmbərin həyatından bəhs edən ilk dini dastan nümunəsidir. Əlyazmalar İnstitutunun direktor müavini Paşa Əlioğlu bildirib ki, Mustafa Zərir Misirdə olduğu müddətdə VIII əsrdə yaşamış ərəb alimi İbn İshaqın “Kitabi-sirətür-Rəsulallah” əsərini “Sirətün-Nəbi” adı ilə Azərbaycan dilinə həm nəsr, həm də nəzmlə tərcümə edib. Şair bu ağır işi 1380-ci ilə tamamlaya bilib. Dilçilik tarixi ilə məşğul olan alimlərimiz üçün qiymətli mənbə olan kitabın əhəmiyyəti onun təmiz Azərbaycan dilində nəsrlə yazılmasıdır.
Öyrəndik ki, hazırda Milli Elmlər Akademiyasının Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, filologiya elmləri doktoru M.Adilov qədim ədəbi nümunə üzərində tədqiqat işi aparır. O bildirib ki, Azərbaycan dili tarixinin bu günədək orta əsrlərə aid nəzm nümunələri əsasında tədqiq olunduğunu nəzərə alsaq, nəsr əsəri üzərində aparılan tədqiqat dilçilik tariximiz üçün əhəmiyyət kəsb edir.





Yüklənir...