Rəbiqə, “Payızda sən” şeirlər silsiləsi

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 16 Kasım, 2007

Rəbiqənə vaxtsa hamımızın ürəyi belə döyünüb,
hamımız da unutmuşuq həmin vaxtı.
amma dünən Allah üzümə baxdı -
ürəyimin divarları yumulub açılınca
saydım – kirpiklərini

***
sənin kimi olmaq,
sənin kimi düşünmək,
sən olmaq –
arzulanmaq,
xoşa gəlmək
istəyirəm.
amma qolumdan tutub
silkələsən
‘elə belə də yaxşısan’ desən – yalan-doğru,
mən heç nə istəməyəcəm

***
Ürəyimin başından aşağıda
qopub düşən nəsə vardı.
hər səni görəndə
bu hiss hər səni görəndə yaşanardı…
hündürlükdən qorxduğunu gec bildim

***
islanmış narıncı çiçəkləri
yolub atdım çəkmələrin altına
yağışa hirsləndim
bir də dilimdən düşməyən adına

***
Heç nəyi aparmır külək.
Uçurduğu yarpaqlar da,
toz-torpaq da üzümə dəyib,
geri qayıdır…
Aydındır.
Bircə vaxtım gedir
və bir də əsəblərim
ötüb keçən payızın ardınca…
ayrıca, bu da keçib gedəcək…

***
Barmaqlarım boyu uzanıb ürəyim
əllərimə yazığın gəlsin
bu qədər yaxın olma

***
Mən xırdaca kəpənəyəm,
həndəvərində uçuram.
həyəcandan kəkələyə-kəkələyə
öz dilimdə
sənə
“olar”ın-”olmaz”ın sirrini açıram…
Anlayırsanmı?

***
ən acı sözünü de,
sərt üzünü göstər…
səni bu qədər yaxşı sandım yetər…
qısqanıram -
məndən bu qədər yaxşısan məgər?

***
köhnə pencəyini ata bilmirsən,
ürəyin gəlmir
deyirsən, bəlkə, bu il də geyindin…
bax belə,
yaşayır içində sənə lazım olmayan sevgim…

***
gedək qayıtmayaq…
darıxmayaq…
geriyə baxmayaq
gedək…
dostları tək qoyaq,
düşmənlər sevinsin,
arxamızca min söz deyilsin…
gedək…
istəyəndə qayıdarsan…

***
uşaq deyilik ki
bilmirikmi təbəssümlər, eyhamlar hara aparır,
etiraflardan sonra nə qalır…
bilirik… gerisi də var…
sonrasını düşünüb ağrımayaq,
bilirik axı -
bütün yollar haradasa dayanacaq –
uşaq deyilik ki

***
bir azca zaman ver, qoy fikirləşim,
görüm demədiyim hansı söz qalıb…
qəribə adamsan söz gözləyirsən
sözləri dilimin ucundan salıb…
başımda hərlənir əzizləmələr,
desəm hansı biri xoşuna gələr?
adını çağırsam gerisi asan
adında ilişib bütün kəlmələr

***
Hər şey asandan asan –
bundan sonra
sən özünü ovudarsan,
mən ürəyimi əyərəm.
Necə olsa yaşayaram -
bir körpə uşağa gərəyəm…
Necə olsa, yadından çıxacaq…
narahat olma,
indi sənsiz
səndən əvvəl necəydimsə, eləyəm…

***
bu gun bir az əsəbiyəm
həm də bir az qərəzli…
uzun sözün qısası,
bugün düz işləmir tərəzim…
ciddiyə alma,
ürəyinə salma hirsimi…
düzdü, bir az ağrıyıram –
gizli saxlayıram -
elə incidir ki, səni ağrıtmaq istəyi…

***
Şərabı keçmişin süfrəsinə dağıtdım,
Beynimdə dolaşan tüstülü fikirləri
külqabıya boşaltdım,
arxasınca bir az azadlığımdam atdım,
bir də çılğınlığımdan…
Bilirsən niyə?
Bunları sənə görə etdiyimi bilib
gülümsəyəsən deyə…

1 səs2 səs3 səs4 səs5 səs (5 səs, hardasa: 4,20 ilə 5 arası)
Loading ... Loading ...

24 Şərh var
Şərh yazın »

  1. Təbrik eliyirəm Rəbiqə xanım!!! Bu payızın sizə gətirdiyi xoşbəxtliyin əbədi olmasını arzulayıram. Siz sevincin də, kədərin də ancaq insaanı dəli edə biləcək həddini yaşayan insanlardansınız. Hər halda mən sizi şeirlərinizdən belə tanıdım…Bu gözəldi…ağrılı olsa da gözəldi…həmişə belə olun…

  2. Rə, hara baxıram, milli e-mekanda sənsən – Lit.az, azyazar.com, hƏtta mənim fərdi saytımda – artyazar.tk – da: mən hələ onu demirəm ki, o günləri BMM-də keçirtdiyimiz tədbirde də sən vardın…
    Axırı xeyirliyə calansın…
    Payızın depresiyasını intellektlə mayalayanda, art-zəhmətlə bişirəndə, sözsüz, belə poetik kətə qaynar(.info)kult-tədirdə yapılacaq və bişiriləcək də…

  3. Sən, səni daşqalaq edənlərin üzərinə getməyi bacarırsan, Rəbiş…Bunu görə bilməməkçin kor olmaq yetər…Təbrik edirəm və daha irəli getməyini arzulayıram…Uğurlar…!

  4. Salam, Rəbiqə. Səni uzaqdan müşahidə edirəm və artıq körpüləri yandırmağa ehtiyac duymadığını, asma körpülər qura bildiyini görürəm. Uğurların davamlı olsun!

  5. Bir saat öncə Ramiz Rövşənlə bir tədbirdə idik.Ramiz bir gözəl söz dedi: sovet vaxtı beş qəzet çıxırdı, hamsı eyni yazdığına görə əslində bir qəzet çıxırdı. İndi Rəbiqə xanım, Cavidan da, Həmid də,Xəqani has da İki sevinclər də, seymur baycan da, aqşin də g. mövlud da və s. hamınız bir şeiri yazırsınız.və Bu şeirlərin müəllifi kimdir, bilinmir. Məncə, bu müəlliflər Zahirlə Xəqanıdır. siz deyisiniz.

  6. menim xoshuma geldi.tebii ki,hami kimdense tesirlenir.bundan evvel cavidani oxudum.tamam bashqa sheirler.menbeyi 1 olan caylar deyiller bunlar.

  7. CAN Rebiqe! Olurem de senun weirlerincun. Bagiwla bir az gec yazdim (bilirsen de, toylar bawimi ele qatib ki:))
    Super weirlerdi, ureyim getdi. Indi bu weirleri her weir oxumaq isteyende acib oxudugum file-ima atdim. Doymuram senin weirlerinden. Cox orijinalsan. Icin gozeldir, ureyin gozeldir, en esasi hisslerin temizdir, weffafdir. Seni dogrudan da tebrik edirem. Belke de bir dost kimi burdakilarindan coxundan ferqli olaraq qusurlari da axtarib demeliydim, ama olmur, Rebiqe, olmur. O qeder gozeldirler ki…
    O ki qaldi bu weirleri hansisa silsileden hesab etmeye… Men cox sevinirem ki, sen de “Pervane”nin uzvu olmamisan. Yoxsa sen de bizim kimi yazardin:))))
    Ne qeder savadsiz olmaq lazimdi bu weileri dexli olmayan weirlerle qariwdirmaqcun, hem de ozu kicik insan olan birinin adi boyuk herflerle yazilmali olanlarin adini kicikle yazmasi ucun…
    P.S. Senin weirlerin suda yag kimi gorunur muqayisede.

  8. Bol-bol hisslər!!!
    Ayağı yerdə olmayan, qanadsız da uça bilən, uçurdulan hisslər!

    Uğurlar Rəbiqə xanım!

  9. “sənin kimi olmaq,
    sənin kimi düşünmək,
    sən olmaq –
    arzulanmaq,
    xoşa gəlmək
    istəyirəm.
    amma qolumdan tutub
    silkələsən
    ‘elə belə də yaxşısan’ desən – yalan-doğru,
    mən heç nə istəməyəcəm”
    ….
    “kimi” sozlerine nifret edirem…

  10. salam Rebiqe.Sherlerini beyendim.Heyf ki nifret dolu urekler temizliyi ve safligi cetin anlaya.. Ugurlar.

  11. Gulercim,
    Evvelce hemin beyti bir nece defe tekraren oxu, sonra menim sherhimi.

    ” “Kimi” sozlerine nifret edirem” ifadesinin menasi muellife unvanlanmayib.
    Diqqetli ol!

  12. Rəbiqə, salam! Bəlkə də indiyə kimi yazdığın ən gözəl şeirlərindi! Təbrik edirəm! Bəzi yerlərdə bir az tələsibsən, bəzi yerlərdə də öz ürəyindən gələni, öz qəlbinin diqtəsiylə yox, görəsən bəzi şeir “uzmanları” nə deyər, deyə düşünüb yazıbsan. Yəni sonluqdakı şeiri bu cür də yaza bilərdin.
    Şərabı keçmişin süfrəsinə dağıtdım,
    tüstülü fikirləri
    külqabıya boşaltdım,
    bir az azadlığımdam atdım,
    bir də çılğınlığımdan…
    Bunları sənə görə etdim…
    gülümsəyəsən deyə…
    Və s. Elə düşünmə oxucuya çatmır, buna görə təfərrüatına varma, vardıqca dolaşacaqsan. Bir də, ən vacibi, Qəşəm müəllim tamami ilə haqlıdı, 3-4 qadın şairəmiz var, müəllifin adını silsən şeirlərin kimə məxsus olduğunu əsla müəyyən eləmək olmaz! Haqq sözə qulaq asmaq və bacardıqca bu tendensiyadan yaxa qurtarmaq lazımdı. Müəllif mütləq seçilməlidi, öz üslubu, yazı tərzi olmalıdı. Deyim ki, rus şairələri də bu stildə çoxlu şeirlər yazırlar, ancaq onlar bizdə olduğu qədər çılpaq yazmırlar, mütləq sərhədd gözləyirlər. Lit. Qazetanın son nömrəsindən şairə Balentina Korostelyevanın şeirindən bir nümunə verirəm.
    Завладели скорости судьбою,
    Нет чтоб передышкой одарить.
    Нам бы просто свидеться с тобою,
    Нам бы о своём поговорить.
    Чтобы – руки в руки, чтобы ясны
    Были потеплевшие глаза,
    Чтобы снова тихо и прекрасно
    Уходило солнце за леса,
    Чтоб с души и тела накипь злую
    Добрые минуты унесли,
    И глубоки были поцелуи,
    И звезда заветная – вдали…
    Sadə, adi, filosofluq da eləmir, amma doğma, ilıq bir mühit yarada bilir.
    Bir daha uğurlar!

  13. Teshekkurler, haminiza…
    Demeli bele. achigi, bu silsilenin bu qder sevileceyine emin deyildim. mene bu eminliyi verdiyiniz uchun chox sag olun!
    Qeshem Necefzadeye gelince, onun meni beyenmemeyinin sebbebini bildiyim uchun normal qarshilatyiram. Ve hesab edirem ki, ele o meni beyenmese, yaxshidi…
    Qaldi, kimese benzemeye, Cavidan ferqli yazir – onun sert ve menim yumshaq @Men@imi gore bilmeyenlere ne deyim? Hemid ve Xaqani Hasa gelince, onlarin mene tesiri ola bilmez… en azi, onlarbarede yazdigim sherhlere baxin… Bele melum olur ki, Qeshem bey ne Hemidi, ne Xaqani Hasi oxuyub… Neyse, Allah komeyi olsun!!!
    Bu arada choxdandi gormediyim adlari gorduyume sevindim – Abbas, Shahane ve e-reqemli, xosh gorduk!!!

  14. Çılğın! Başa düşmədim?! Rəbiqə şərh yazmağı sənə özü deyib, sən də məcburən yazmısan?

  15. Deyesen yene durulashma getdi xisletmizde.. Yaltaqliq hissi, duygusu cixdi yene uze..
    Heqiqetende tez-tez calxalamaq lazimdir sizlerin dushunce bockanizi..
    Bir daha xatirladim..
    Rebiqenin yazdigi “seirler” Aydinxanin heyati kimi bosh ve menasizdir.. Edebiyyata dexli olmayan quramalardir..
    Seir adina lekedir…
    Indi xorla tekrar edin ve baslayin dediklerimi tekrar etmeye..

  16. Sasha, xoh geldin… Arada gorun de!!! yegane adamsan ki, tenqidini bu qeder maraqla gozleyirem!!!

  17. Rəbiqə, əgər yaxın günlərdə AYB-ın qarşısında Dalğaçıların əlləridə “Rəbiqəyə Yox Deyək”, “Rədd Olsun Aydınxan”, “Yaşasın Qəşəmsiz Ədəbiyyat” kimi şüarlar görsən heç təccüblənmə..

  18. Pəjmürdə..

  19. Nədən hüsnü-pərişan?

  20. Sasha, qem eleme, kececek!

  21. Burda gedən söhbətlər, təmiz Yasamal bazarındakı söhbətlərə oxşayır. Qaqaş canı…

  22. Rə, neçə dəfə sənə demishəm ki, Seyidşaların fitfasına uyma. Yetər bu kampaniyaçı təriflemeleri özünçün düzenledin…
    Sən təzə başlayan şairciyəzsən, əgər indidən tərif yorğanına burunmək həsrəti ilə yazıb-yaradacaqsansa, onda vay halına: Aqşin, Zahir, Seymur kimi məhv olub gedərsən…
    Xalq şairi olmağa nə tez tələsirsən…

    Keçək əsas mətləbə: ədəbi-tənqidi fikirlərə – əgər Zahir pozmasa, dinlə…

    …amma dünən Allah üzümə baxdı -
    ürəyimin divarları yumulub açılınca
    saydım – kirpiklərini…

    Sənin işin-gücün qurtarıb, o kişinin kiprikləriylə nə işin? Ondansa, bir damcı xoşbəxtlik diləyəydin Yaradandan, nə bilim, Qarabağın azadlığını arzulayaydın, “Leksus” cipi istəyədin (düzdü, Allah əmi onda sene deyerdi ki, quzum, bir lotereya bileti de herden al…)…

    …sənin kimi olmaq,..

    Bağışla, amma xəstə Freyd sağ olsaydı, daş atıb başını tutardı: bu qiz dəliləşib, kişi olmaq istəyir, yox əgər sən etiraz səsini çıxarıb bildirsəydin ki, qadın olmaq fikri ile yazmışam onu, bir az da pis, səni “rəngli” çıxarardı…
    Görəsən, poetik – “mən”i – şəxsi cinsə ayırmaq olarmı?

    …hər səni görəndə
    bu hiss hər səni görəndə yaşanardı…

    Şərhsiz: düzdür, bütöv mətnin kontekstindən ayırmışam, amma düşünürəm ki, poetik pəltəklikdir…

    …bir də dilimdən düşməyən adına…

    Artur Rembonun oğlan sevgilisinə yazdığı sevgi lirikası qədər duyğusallığına görə yabançı və şitdir bu sətir…

    …Bircə vaxtım gedir…

    Bəs həyat, bəs dünyanı dəyişən doğma və yad adamlar, bəs duyğular, hisslər, sevgi, sevişlər, bəs şeir, İnternetə sərf etdiyin enerjin?

    …əllərimə yazığın gəlsin…

    Aha, bu şeirdə və misrada Qəşəm Nəcəfzadənin inhisarında olan poetik meh sezilir axı…

    …Mən xırdaca kəpənəyəm,
    həndəvərində uçuram…

    Ramiz Rövşənin və Vaqif Bayatlı Odərin kəpənəkpoeziyanamələrini deyəsən yenicə gözdən keçirmisən, hə, Rə!..

    …səni bu qədər yaxşı sandım yetər…

    İlahi, Pərvərdigara, Tanrım, Yaradanım, Xudam, Rəbbim, Allahım, XXI əsrdə – İnternetin, Virtuallaşmanın içində eşələndiyimiz bir vaxtda Azəri şairinin yazdığı misralara görə suçumuzu yüngülləşdir…

    …yaşayır içində sənə lazım olmayan sevgim…

    Rə, görəsən sən haçan sevgi, ağlaşma, saçyondu misralarını qattalayıb “Alma”nın həyətindəki üzüm tənəkəsinin dibinə qoyarsan və əsl intellektual kimi solçu şeirlər yazmağa başlayacaqsan? Bəlkə işlədiyin “Y A” qəzetindən istefa verəndən sonra, hə???

    …gedək qayıtmayaq…

    Məncə, indiyə qədər yazdığın yazılara xitabən deyilmişdir bu misra: Allah ağzından eşitsin…

    …uşaq deyilik ki
    bilmirikmi təbəssümlər, eyhamlar hara aparır…

    Rə, sənin yazdığın hansısa informatik məqalənin cümlələri yanlış olaraq bu şerinə düşüb?

    …bir azca zaman ver, qoy fikirləşim…

    Zamanı dünyanı dəyişməkdən, ən pis halda insan həyatını xilas etməkdən ötrü diləyərlər, hansısa şit sevgi əzizləməsini müvəqqəti yarına demək üçün yox…

    …Necə olsa yaşayaram -
    bir körpə uşağa gərəyəm…
    Necə olsa, yadından çıxacaq…
    narahat olma,
    indi sənsiz
    səndən əvvəl necəydimsə, eləyəm…

    Səni həyatın amansızlığına atmış birisinə sevgi yalvarışların hətta şerini də zəbt edib, Rə! Heç olmasa bu problemində bir az feminist, bir qədər liberal, bi tikə qlobbalçı olginən…

    …bu gun bir az əsəbiyəm
    həm də bir az qərəzli…
    Xumar Qədimovanın oxuduğu şərqinin havasıdır, yəqin qalıb başında, Şəpi (kiçik oğlumun ailədaxili nikidir) canı!!!
    Baxmayaraq ki, sonrakı sətirinə görə –

    …uzun sözün qısası,
    bugün düz işləmir tərəzim…

    - bəyəndim poetik fikrini…

    …Şərabı keçmişin süfrəsinə dağıtdım,
    Beynimdə dolaşan tüstülü fikirləri
    külqabıya boşaltdım,
    arxasınca bir az azadlığımdam atdım,
    bir də çılğınlığımdan…
    Bilirsən niyə?
    Bunları sənə görə etdiyimi bilib
    gülümsəyəsən de…

    Rə, ruslar demişkən, “Eto uje slishkom / Bu, həddini aşmaq deməkdir…”

    Fəqət, bütün bu tikan-qeydlərə baxmayaraq, sonda onu da bildirim ki, cinsinə görə ictimai şübhələrin hələ də durulmadığı Məhsəti Gəncəvi kimi sənin Azərbaycan poeziyasının – sözsüz, sənət baxımından – XXI əsr mərhələsində qalmaq şansların hələ də buxarlanmayıb…

    P.S. Rə, bilirəm ki, bu yazıdan sonra əsl azəri kimi məndən inciyəcəksən, odur, sonuncu kərə ürəyimi boşaldıram…

    P.P.S. Sən lap gec başa düşəcəksən ki, xətrini hamıdan çox və maraqsız-filansız istəyən Aydın Xandır bu dünyada: O dünyada isə – ya qismət…

    Sayğılarla, Aydın Xan

  23. Yuxarıdakı şərhin tam mətni burada – özü də Rə.-nin orijinal şəkliylə birgə:

    http://artyazar.azeriblog.com/2007/11/20/keskin-yazilmish-e-edebi-tenqidi-fikirler

  24. Men chox teessuf edirmem ki, burada yazilan eserleri tenqid etmek evezine, kulturist demishken yasamal bazarinin sohbetleri gedir…
    Sizden chox xahish edirem ki, oz xeste, seviyyesiz ve kuche sohbetleriniz ile bezi saglam oxuculari iyrendirmeyesiniz!
    Eger bele diliniz varsa onda nese yazib, ortaya chixardiniz. Yoxsa boshu-boshuna atdanib dushmeyin!!!

Şərh yazın