Rəşad Məcid: “AYB-də 800 istedadsız adam var”
Yazar: Admin | Bölmə: Publisistika | Tarix: 19 Kasım, 2007
“Bu gün Azərbaycanda ədəbi hakimiyyətdə Namiq Qaraçuxurludur”
Kultaz: “525-ci qəzet”in baş redaktoru, Yazıçılar Birliyinin Gənclər üzrə Katibi Rəşad Məcid APA agentliyinə müsahibə verib. Müsahibə qəzetin 15 illiyi ilə bağlı götürülsə də, Rəşad bəy “bu gün qəzeti ürəyimiz istəyən kimi buraxa bilmirik” deyib, daha çox ədəbi mühit haqqında fikirlər səsləndirib.
Müsahibədə yetərincə maraqlı məqamlar var. Onlara diqqət yetirək. Bir tətərəfdən gənclərin AYB-yə yönəlik tənqidlərini “söyüş” adlandıran R.Məcid digər tərəfdən özü də onların dediklərini təsdiq edir: “Təşkilatın 1000-dən artıq üzvü var, onun 800-i istedadsız adamlardır. Hesab edirəm ki, Yazıçılar Birliyində attestasiya aparmaq lazımdır. Məsələn, neçə il Azərbaycanda icra başçısı işləmiş adam qocalanda başlayır roman yazmağa və deyir ki, istəyirəm öləndə Yazıçılar Birliyinin üzvü kimi ölüm.” Amma hörmətli katib bu 800 nəfərin necə gəlib AYB-də peyda olmasına, ora göydən zənbillə və ya paraşütləmi düşdüklərinə aydınlıq gətirmir. Oxucuda belə təəssürat yaranır ki, onlar quruma Anarın imzasıyla qəbul olunmayıblar, elə-belə, yoldan ötərkən hürrey deyib doluşublar içəri. İndi yazıq Anar da nə illah eləyirsə, onları qova bilmir.
Müsahibədə ən maraqlı məqamlardan biri “Bu gün Azərbaycanda ədəbi hakimiyyətdə kimdir?” sualına verilən cavabdır: “Əgər çox dinlənilmək, eşidilmək baxımdan yanaşırıqsa, bu gün Azərbaycanda ədəbi hakimiyyətdə Namiq Qaraçuxurludur. Heç olmasa, Namiq Qaraçuxurlu ədəbiyyatdan və sözdən uzaqlaşmış insanları bir neçə bənd ortabab şeirə qulaq asdıra bilir. Başqa kimisə ədəbi hakimiyyətdə hesab etmirəm.” Bu fikirlərin, özünü “ədəbi və əbədi hakimiyyət”də görmək istəyən AYB sədrinə xoşgələcəyini düçünmürük. Kimə-kimə, Namiq Qaraçuxurluya məğlub olması xalq yazıçısının ürəyincə olmaz. Üstəlik, Rəşad bəy özü də Anarın postunu kimsəyə vermək istəməməsinə, hətta bunu düşünərkən belə, narahat olmasına açıq eyham vurur: “Hərdən Anar müəllim Yazıçılar Birliyi ilə bağlı nigarançılığını dilə gətirib deyir ki, 2009-cu ildə biz bu görülən işlərin hamısını Allah bilir kiməsə qoyub gedəcəyik. Anar müəllimin Yazıçılar Birliyinin gələcək taleyi ilə bağlı nigarançılığı var.”
Rəşad bəyin maraqlı etiraflarından biri də Anarın gənclərin ona yönəlik tənqidlərindən möhkəm qıcıqlanmasını dilə gətirməsidir: “Bəli, mən hər deyilən sözün cavabının verilməsinin əleyhinəyəm. Bəzən orda da deyirəm ki, onların yazılarını Anar müəllimə göstərməyin. Amma kimlərsə tapılır, bu yazıları göstərirlər, o da reaksiya verir. Bunlar da Yazıçılar Birliyinin və Anar müəllimin qıcıqlanmasından ilhamlanıb, daha eybəcər yazılar yazır, fikirlər söyləyirlər.”
Müsahibədə mübahisə doğuran məsələlərdən daha biri Rəşad bəyin AYB-nin orqanlarında narazı gənclərin, konkret desək, AYO-çuların çap olunmaması ilə bağlı dedikləridir. Hörmətli baş redaktorun dediklərindən belə anlaşılır ki, guya bu orqanlar özləri gəncləri çap etməkdən imtina edir və ya onların əsərlərini çapa uyğun hesab eləmirlər. Həqiqət isə budur ki, AYB dərgiləri və rəsmi şəxsləri tərəfindən dəfələrlə açıq müraciətlər olmasına baxmayaraq, müxalif gənclər öz yazılarını onlara təqdim etməkdən imtina ediblər. Heç kim qaranlığa və kəsafətə yuvarlanmaq istəmədi deyə…
Ümumiyyətlə, müsahibədə məzəli məqamlar çoxdur.





Yüklənir...
maraqlidir… bu barede yazi yazdigimdan elave hech ne demeyecem… birce cumleden bashqa -mence, YB ile bagli bir sira meqamlarin Reshad Mecidin dilinden seslenmesi balaca hadise deyil…
?????????
Görəsən, Rəşad bəy AYB kimi mötəbər təşkilatdan niyə narazıdır ki: xidməti maşını, ayrıca kabineti, nazir müavini səvviyəsində aylıq məvacibi – gərgin iş də ki, tələb olunmur yaradıcı adamdan…
Art, sizce, xidmeti mashin, ayrica kabinet, ayliqmevacib varsa, narazi olmamalisan, neyise deyishmek istememelisen?
Men Reshad mecidimudafie etmekuchun demirem, sadece, sorushuram…
Rə, məncə, bu sualı verməmişdən öncə – yaxşı olardı – ensiklopediyada sarkazm, istehza, podtekst-sətiraltı məna kimi klassik anlayışların mənasını izah edən yazıları gözdən keçirəsən…
Mən Rəşad bəyin yazısında heç bir narazılıq notu görmədim bu bir…İkincisi inanmıram ki, Rəşad bəy AYB-yə katib seçiləndə inanırmış ki, (düşünürmüş ki) orada nəyisə dəyişəcək… Hər halda ötən qurultayda AYB rəhbərliyi nəyisə dəyişmək fikrində olsaydı tamam başqa tədbirlər görərdi… Bu barədə məncə danışmaq mənasız söhbətdi… AYB üzvlərinin sayı 1500-ü ötüb. Hamının lənətlədiyi şou-biznesdə heç bir belə müğənni yoxdu…
O zaman Reshad Mecid ne isteyir suali ortaya chixir…
Artyazarin da derdi kabinet ve masindir