Məşhur yazıçı Maqda Sabo vəfat edib
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 20 Kasım, 2007
Kultaz: Məşhur Macar yazıçısı Maqda Dabo bazarertəsi Macarıstanın Debres şəhərində yerləşən evində 90 yaşında vəfat edib.
Xanım Sabo müxtəlif yüksək ədəbi mükafatlara layiq görülüb, əsərləri əksər dünya dillərinə tərcümə edilib. Onun ilk povesti “Freska” 1958-ci ildə işıq üzü görüb. Uzun illər onun əsərləri macar diktatoru Matias Rakoşi tərəfindən qadağan olunub.
“O bizim qürurumuz idi” – deyə Macarıstanın mədəniyyət və təhsil naziri onun haqqında deyib.





Yüklənir...