Qaynar xəbər portalı

Kitab dünyası


Narazı gənclər Azərbaycan vətəndaşı deyil

Kultaz: Noyabrın 26-da yaradıcı gənclərin I ümumrespublika toplantısı keçiriləcək. Gənclər və İdman Nazirliyindən “OLAYLAR”a bildiriblər ki, Dövlət Musiqili Komediya Teatrında baş tutacaq tədbirə 600 nəfər qatılacaq: “Tədbirdə prezident təqaüdçüləri, müsabiqə, festival, olimpiada qalibləri, adları “Qızıl kitab”a düşmüş gənclər, yaradıcılıq təşkilatlarının nümayəndələri, mədəniyyət və incəsənət sahəsində çalışanlar iştirak edəcəklər”. Bir sözlə, az-çox müstəqil düçüncəsi, mövqeyi olan yaradıcı gənclər bu tədbirə dəvətli deyillər.
Belə çıxır ki, Azərbaycan respublikası Konstitusiyasında demokratriya və plüralizm haqqında bütün yazılanları hakimiyyət növbəti dəfə qulaq ardına vurmuş, modern düşüncəli yaradıcı gəncləri dinləmək istəməmişdir. Bir sözlə, “siz Azərbaycan vətəndaşı deyilsiniz” demək istəmişdir.
Digər tərəfdən, tədbirdəki 600 nəfərin yrısından çoxunun idamnaçılardan ibarət olacağını da bura əlavə etsək, Əbülfəz Qarayevin, Azad Rəhimovun “yaradıcı gənc” dedikdə nəyi anladıqlarını anlamaq olmur. Tanrı üzümüzə baxıb ki, hazırki prezidentimzi kürsüyə Olimpiya Komitəsinin Prezidenti vəzifəsindən yüksəlib. Yoxsa, təsadüfən, əvvəllər, ədəbiyyat Fondunun və ya Azərbaycan Yazıçılar Birliyinin üzvü olsaydı, onda ölkədə əzələyə deyil, beyinə kapital qoyulardı. Nə yaxşı ki, beləd eyil.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: