Günəş şüalarını Kəpəzin sivri zirvələrinə təzəcə sancmış, səfalı gölün mərmər köksünü şölələndirməyə başlamışdı. Bərq verən ləpələr aramla gəlib sahili yuyaraq geri çəkilirdi. Əlvan çiçəklərin, yamyaşıl otların, yarpaqları hələ buxarlanmamış leysan suyu ilə çimmiş qocaman ağacların xoş ətri ətrafı bürümüşdü. Bu iddilik təbiətin bir ovuca sığan mənzərəsinin müəllifi kimdir? Peşəkar yazıçımı, dünyagörmüş insanmı, idrakını torpağın xəzinəsini aşkara çıxarmağa əsirgəməyən alimmi?
Başqa müqayisələr də tapardım və bu mənimçün elə bir zor iş də olmazdı. Amma buna ehtiyac duymadım. Ona görə ki isti və kövrək qələmin pıçıltısından süzülən sətirlərin müəllifi həm yazıçı, həm müdrik insan, həm də zəngin idraklı alimdir. Mənim bu şəxs barədə ilk dəfə yazmağımda da qəribəlik axtarmaq mümkündür. Davamı…

Noy
25
UNUDULMUŞ BİR KİTAB
Bölmə: Publisistika | ≅ Şərh yazın
Noy
25
Ucqar şairinə mərkəz məktubu
Bölmə: Ədəbiyyat | ≅ Şərh yazın
Görəsən kim itirdi, kim qazandı bu dünyada? Ucqarda yaşayanmı, mərkəzə qaçanmı? Mərkəzdə diqqət mərkəzində olanmı, ucqarda gözdən iraq, könüldən qıraq qalanmı? Mərkəzdə küllənənmi, ucqarda öz içəri dünyasına çəkilənmi? “Ərəbi ölən dəvəninmi dərdi çoxdu, yoxsa dəvəsi ölən ərəbinmi?” Cavabı çətin olan bu suallar hələlik qalsın öz yerində. Günlərin bir günü ucqar şairi İbrahimxəlildən ünvanıma iki kitab daxil oldu. “Cəllad günü”, (”Adiloğlu” nəşriyyatı - 2004), “Yar” (”Qanun” nəşriyyatı - 2007). Hər birinin tirajı - sayı 300, iki kitab cəmisi 600 tirajla nəşr edilib. Kitablar təzəcə əlimə düşmüşdü ki, aradan bir həftə keçməmiş Ana Borçalıya Kürüstü Kəpənəkçiyə azman sənətkarımız Aşıq Kamandar Əfəndiyevin 75 illik yubileyinə gedəsi oldum. Davamı…








