İlə görə arxiv: Kasım 2007


“ÖZÜMƏ QAYITMAĞIN VAXTIDIR”

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 10 Kasım, 2007

Ramiz Rövşən: “Yenidən “suya baş vurub” yaradıcılıqla ciddi məşğul olmağı düşünürəm”
Şair Ramiz Rövşənin yaradıcılığı Güneydəki soydaşlarımızın da diqqət mərkəzindədir. Xəbər aldıq ki, şairin “Göy üzü daş saxlamaz” adlı kitabı İranda Azərbaycan dilində çap olunan “Yaşmaq” ədəbi-bədii jurnalının təşəbbüsü ilə nəşr edilib. Müəllifin məlumatına görə, Azərbaycan dilində, lakin ərəb qrafikası ilə çap olunan kitabın rəssamı Ərdəkir [...]



Vasif SÜLEYMAN, Şeirlər

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 08 Kasım, 2007

ADDADIM
Nə döndüm bircə yol eşq deyiləndən,
Nə də ki, canımda qorxu, addadım.
Mən ki, bu dünyanı sevdim əzəldən,
Dünya sevməsə də, arxı addadım.
Sevinci bir udum, qəmi bir ətək,
Qara günləri də sevdim sənintək.
Gəldim qarşılayim əlimdə çiçək,
Boynuma dolanan çarxı, addadım.



XAQANİ H., Şeirlər

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 03 Kasım, 2007

Kölgənin ölümüdür qaranlıq
bir axşamın qaralamasıdır fevral, oxunmur
və sürünərək yavaşa səbəb olub mart
sarıyla hesablaşmışıq
ilk ağlayışım sevmədiyim meyvədə getdi
-almada
qızdırmalı uşağın üzü qaldı sarıya



Turxan, Hekayə

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 01 Kasım, 2007

Pobeda
Mən əvvəllər daha çox ermənilərin məskunlaşdığı Zavaqzalnidə qalıram. Bura Dəmiryol vağzalının arxasında yerləşdiyindən, adına hələ sovetlər vaxtından “Zavaqzalni” deyirlər.
Qoca sakinlərimiz deyir ki, bura “Zavaqzalni” adını ermənilər verib.
Qarabağ müharibəsinə qədər bizim də məhəlləmizdə çoxlu erməni yaşayıb. Müharibə başlayanda buradakılar ora, oradakılar bura pənah gətirib.
Burdan ora pənah aparan ermənilərdən biri də məhəlləmizin köhnə sakini Akop [...]



Aslan Quliyev, Hekayə

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 01 Kasım, 2007

Elçilik
Çox danışdı, bacardığı qədər etiraz elədi, qız bəyənmək-filan nədi, hansı dövrdü, hansı zəmanədi? Ali təhsilli müəlliməm, tay-tuş içinə çıxa, şagirdlərimin gözünün içinə baxa bilmərəm! Mənim qəlbim qalıb sahil parkındakı söyüd ağacının dibində, orda guppa-gupla vurur, guppultusu dənizin səsini belə batırırsa, burda, dağ başında necə qız bəyənə bilərəm? Nənəsi isə onu eşitmək belə istəmədi, [...]