İlə görə arxiv: Dekabr 2007


Tanınmış rejissor Yeji Kavaleroviç vəfat etdi

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 31 Dekabr, 2007

Kultaz: Məşhur polyak rejissoru Yeji Kavaleroviç 85 yaşında vəfat edib.
Rejissor 1966-cı ildə Boleslav Prusun romanıəsasında çəkdiyi “Firon” (Faraon) filminə görə, Oskara layiq görülüb.



Əli Kərim haqqında filmin çəkilişlərinə başlanılıb

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 31 Dekabr, 2007

“Azərbaycantelefilm” Yaradıcılıq Birliyi bənzərsiz səsi, müstəsna dünyagörüşü olan şair Əli Kərim haqqında yeni sənədli filmin çəkilişlərinə başlamışdır. Filmin ssenari müəllifi Aydın Qurbanoğlu, rejissoru Tariyel Vəliyevdir.



150 cilddə “Dünya ədəbiyyatı kitabxanası” çap olunacaq

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 31 Dekabr, 2007

Prezidentin təsdiq etdiyi siyahı “Kultaz”da!
Dünən Azərbaycan prezidenti İlham Əliyev dünya ədəbiyyatinin görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahisinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb. APA-nın məlumatına görə, ölkə başçısı sərəncamla dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərindən ibarət 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası”na daxil olunmuş əsərlərin siyahısını təsdiq edib.



“Fəyyum portretləri”

Yazar: Admin | Bölmə: Musiqi | Tarix: 31 Dekabr, 2007

 Bəstəkar Elmir Mirzəyevin müəllif diski haqqında qeydlər
  
   Albomda bəstəkarın kamera-instrumental, eləcə də orkestr musiqisi təqdim olunmuşdur. Bura 1994-cü ildən (13 alət üçün “Intra Cancellos” - “Məhdud məkanda”) 2006-cı ilə qədər (bas fleyta, akkordeon, arfa, violonçel və musiqi mərkəzi üçün “Die gestorbene Zeit des Idealismus” - “İdealizmin ölmüş zamanı”) yazılmış 9 əsər daxildir. 
   Diskdə təmsil edilən əsərlərin [...]



Viktor Pelevin, Keçmək istədiyim körpü

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 31 Dekabr, 2007

   Romanlarının birində Milan Kundera sualı insandan insana keçən anlayış körpüsü adlandırır. Bu bənzətmə hər iki mənada işləyir. Sual körpüyə, körpü isə insanın zamana və məkana ünvanladığı «o biri üzdə nə var?» sualına bənzəyir. Amma daha çox cavaba bənzəyən körpülər də olur.
   On iki yaşım olanda, mən hər gün velosipedə minib, şosse ilə nə zamansa [...]



Elnur ASTANBƏYLİ, Şeirlər

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 31 Dekabr, 2007

    qoşma-1
  
   ötər qərib-qərib üçtelli durnam
   car olar gözümün selləri boy-boy
   şiddəti bağrımın başında oynar
   əsdikcə qürbətin yelləri boy-boy
  
   o qədər ağladım peymanam doldu
   saraldı gül gibi irəngim soldu
   tərifli gözəllər gəlhagəl oldu
   bəy tək bəzədilər yolları boy-boy



RAFİQ TAĞI : “MƏN MƏHƏMMƏD PEYĞƏMBƏRİ TƏHQİR ETMƏMİŞƏM”

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 29 Dekabr, 2007

Yazıçı Rafiq Tağı ilə müsahibə
 
- Rafiq bəy, həbsiniz barədə nə deyə bilərsiniz ?
- Mənə bu həbs nağıl kimi gəlir… Hər bir insanın həyatında belə sınaqlar olur. Bu da bir sınaq idi mənim həyatımda. Mən həbsxanadakı məhbuslara da deyirdim ki, insan həbsxanada 6-7 ay “yatsa”, bu, böyük universitet kimi bir şey olar. Ümumiyyətlə, həbsxana insanın realist, [...]



İlqar Fəhminin ssenarisinə film çəkiləcək

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 26 Dekabr, 2007

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin kino üzrə Ekspert Şurası 2008-ci ildə daha bir kino layihəsinin istehsal edilməsi barədə qərar qəbul edib.



Gələn il Azərbaycanda kinolayihələr müsabiqəsi keçiriləcək

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 26 Dekabr, 2007

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gələn ilin yanvarın 10-dan martın sonuna qədər “Bu meydan, bu ekran 2008” kinolayihələr müsabiqəsi keçiriləcək.



11 xanım Bəstəkarlar İttifaqına üzv qəbul olunub

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 26 Dekabr, 2007

Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin Rəyasət Heyətinin iclası keçirilib. Bəstəkarlar İttifaqının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda ötən ilin yekunları və yeni ilin planları müzakirə olunub, həmçinin Bəstəkarlar İttifaqına yeni üzv qəbul olunan bəstəkarların adları açıqlanıb.



Orhan Pamuk, “İSTANBUL: Xatirələr və Şəhər” – III fəsil

Yazar: Admin | Bölmə: Roman | Tarix: 25 Dekabr, 2007

3. “Mən”
Əvvəlki fəsillər burada
Sevincli anlarımda - uşaqlığım belə anlarla dopdoludur - öz varlığımı deyil, dünyanın yaxşı, gözəl, xoş, günəşli olduğunu hiss edərdim. Sevmədiyim yemək, pis dad, əlimə batan iynə, körpəykən qaçmağım üçün salındığım taxta qəfəsin (nədənsə park deyilərdi) taxtalarını qəzəblə dişləmək, ya da ən qorxulu uşaqlıq xatirələrimdən birində olduğu kimi barmağımı əmimin maşınının qapısının arasında [...]



Cavidan, STRİPTİZ

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 25 Dekabr, 2007

Mən
bayağı mahnılara
soyunmaq istəmirəm
mənimçin
bir
Füzuli kantatası səsləndirin…



Gülər Sadıqova, hekayə

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 25 Dekabr, 2007

Gülərin monoloqu
Mənim adım Gülərdir. Hə, Gülər. Atam adımı ona görə belə qoymayıb ki, həmişə gülüm. Əmimin qızı olanda atam Sibirdə hərbi xidmətdə imiş. Əmim ona teleqaram vurub ki, “qızım oldu. Adını Günay qoyduq” səhvən ad Gülər gedib. Və atamın bu ad o qədər xoşuna gəlib ki, mən doğulanda adımı Gülər qoyub. Amma bunun heç nəyə [...]



Publisistikamızın Rəqsanəsi və onun sponsoru

Yazar: Elnur Astanbəyli | Bölmə: Köşələr | Tarix: 25 Dekabr, 2007

Elnur ASTANBƏYLİ
Pis əsər yazmaq üçün də xüsusi istedad lazımdır. İki cüt, bir tək kitab oxuyanlar deyəndə ki, Seymurun romanı bərbaddır, inanmadım. Axı mənim tanıdığım, bir kitabını redaktə etdiyim, özü ilə bir-iki dəfə babat vurduğum Seymurun bu qədər müzakirə olunacaq roman yazmağa istedadı çatmaz. Adının it çeynəyən sayaq çeynənməyinə baxmayın, Seymur da bizim publisistikanın Rəqsanəsidir.



“Çiçəyim” Uşaq Teatrının kollektivi Gülüstan sarayında çıxış edəcək

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 24 Dekabr, 2007

“Çiçəyim” Uşaq Teatrının kollektivi dekabrın 27-də Gülüstan sarayında keçiriləcək konsert proqramında çıxış edəcək. Bu barədə APA-ya teatrın direktoru Rəna Kərimova məlumat verib.



Qara Qarayev və Tofiq Quliyevin Moskvadakı arxiv sənədləri Azərbaycana gətirilib

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 24 Dekabr, 2007

Azərbaycanın görkəmli bəstəkarları Qara Qarayev və Tofiq Quliyevin Moskvadakı arxiv sənədləri Azərbaycana gətirilərək Dövlət Film Fonduna daxil edilib.



İsgəndəriyyə kitabxanasının direktoru Azərbaycan Turizm İnstitutunun tələbə və müəllim kollektivi ilə görüşüb

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 24 Dekabr, 2007

Azərbaycanda dörd günlük səfərdə olan Misir Ərəb Respublikasının İsgəndəriyyə kitabxanasının direktoru İsmayıl Seragəldi Azərbaycan Turizm İnstitutunun tələbə və müəllim kollektivi ilə görüşüb. APA-nın məlumatına görə, tədbirdə çıxış edən institun rektoru Cəfər Cəfərov təhsil ocağı barədə qonağa məlumat verib: “İnstitumuz 2006-cı ilin fevralında yaranıb. İlk olaraq bir fakültə və üç ixtisas üzrə fəaliyyətə başlamışıq.



İlqar Fəhmi, Еtüdlər

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 24 Dekabr, 2007

Ədəbiyyаt       
Qızğın mübаhisələr.     
Dolu külqаbı.      
Boş аrаq şüşələri.



Aslan Quliyev, Yovşan ətri, çöl küləyi

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 24 Dekabr, 2007

(Qəşəm Nəcəfzadənin «Qadının ölümü» kitabı haqda düşüncələrim)
Yağışlı günlərdə qüssə qəlbimi didir, xüsusi ilə də soyuq payız yağışları yağanda kədərimin sonu olmur, hətta bir anlıq mənə elə gəlir ki, bu yağışın, dərələrdən-təpələrdən ağır-ağır sürünən soyuq yağış dumanının sonu yoxdu, ağaclara, evlərə çırpılan, düzü-dünyanı ağuşuna alan yağış əbədilikdi, ara vermədən yağacaq. Yağacaq ömrümə, günümə. Xoşbəxtçilikdən yağış əbədi [...]



Tələbələrlə görüş

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 24 Dekabr, 2007

“Vaxtilə doğma instituta həsr etdiyim şerimdə onu möhtəşəm vağzala bənzətmişdim. Bizsə o vağzalın qoynundan çıxan qatarlar kimiydik. Hərəmiz bir səmtə yön alsaq da, hamımız qəlbimizdə apardıq onu. Unudulmaz günləri, unudulmaz xatirələri ilə birgə. “Gedirik, darıxma, ay qədim Gəncə, sabah balamızı göndərəcəyik” — deyib getdik.