Dekabrın 18-dən 21-dək “Nizami” kinoteatrında Misir filmləri həftəsi keçiriləcək. Misir Mədəniyyət Mərkəzindən “OLAYLAR”a daxil olan məlumata görə, Misir filmləri həftəsi çərçivəsində detektiv, komediya və sosial həyatdan bəhs edən 4 film - “Alrahina”, “Titu”, “Muha” və “İnsanlardan biri” adlı filmlər nümayiş olunacaq.

Dek
4
Misir filmləri həftəsi
Bölmə: Xəbərlər | ≅ Şərh yazın
Dek
4
Romada yenicə istifadəyə verilən Müasir İncəsənət Kompleksinin konsert zalında “Al Kamandjati”-”Violinoçi” musiqili dram tamaşasının premyerası keçirilib. Bəstəkarlar İttifaqından “Olaylar”a verilən məlumata görə, premyerası keçirilən dram tamaşanın musiqi müəllifi qurumun sədri, professor Firəngiz Əlizadədir. Ssenari müəllifi israilli jurnalist Amira Hassa olan dram tamaşanın mövzusu dünya miqyasında günümüzün ən aktual mövzularından olan Fələstin-İsrail münaqişələrindən götürülüb. Davamı…
Dek
4
Skopiyedə VII Beynəlxalq Türk Poeziyası festivalı başa çatıb. Tədbirdə Azərbaycan, Türkiyə, Krım, Tatarıstan, Başqırdıstan, Qazaxıstan, Özbəkistan, Makedoniya və Kosovodan 80-dən çox şair iştirak edib. Festivalın yekunlarına görə, Azərbaycan şairi Rüstəm Behrudi Şah İsmayıl Xətai adına mükafata layiq görülüb.
TrendLife-a daxil olan məlumatda bildirilir ki, festivalda ikinci yeri Mirəziz Əzəm (Özbəkistan), Davamı…
Dek
4
Bu gün Muzey Mərkəzində “Alüminium” III Beynəlxalq Müasir İncəsənət Biennalesi çərçivəsində Avanqard musiqi konserti keçirilib. APA-nın məlumatına görə, konsertdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti, əməkdar artist Rəna Rzayeva çıxış edib. Davamı…
Dek
4
Almaniyada Azərbaycan mədəniyyəti
Bölmə: Xəbərlər | ≅ Şərh yazın
Noyabrın 29-da Köln şəhərinin mərkəzində Almaniya-Azərbaycan mədəni əlaqələrilə bağlı tədbir təşkil olunub. Köln şəhər bələdiyyəsinin maliyyə dəstəyilə həyata keçirilən bu tədbirin təşkilatçıları Alman-Azərbaycan Forumu və Avroqafqaziya (EuroKaukasia) Elmi və Mədəni Araşdırmalar Mərkəzi olub. Gecədə çıxış edən şəhər mədəniyyət idarəsinin rəhbəri Yohannes Bunk qeyd edib ki, Davamı…
Dek
4
Dünən Tofiq İsmayılov adına “Uşaq Dünyası” Qalereyasında “Lotos” Əlilliyin Dərki və Təlim Mərkəzi, Gənclər və İdman Nazirliyi, həmçinin “Baksell” şirkətinin dəstəyilə yeniyetmə və gənc əlillərin işlərinin satış-sərgisinin açılışı olub. Məlum olduğu kimi, BMT Baş Assambleyasının bəyannaməsinə əsasən 1992-ci ildən 3 dekabr Beynəlxalq Əlillər Günü kimi qeyd edilir. Davamı…
Dek
4
Son zamanlar yazıları və şeirləri ilə geniş mübahisələrə yer açan ən maraqlı imzalardan biri Xaqani H.-dır. Nisbətən geniş oxucu kütləsi Xaqani bəyi fəlsəfi yazılarından tanısa da, o, həm də çox maraqlı şairdir. Şeirləri üzərində zaman-zaman mübahisələr gedir; istər bu mövzuda, istərsə də ədəbiyyatımızın ümumi durumu haqqında hazırda Türkiyədə elmi və yaradıcı fəaliyyətlə məşğul olan Xaqani bəydən geniş bir müsahibə aldıq. Ciddi və tənqidi müzakirələrə susamış ədəbi ortam üçün bu söhbətin əvəzsiz olacağına inanırıq.
Z.Ə.: Xaqani bəy, hər bir şairin bir şeir anlayışı var. “Şeir nədir” sualına saysız fərqli cavabların olması da bunu göstərir. Məsələn, mənə görə şeir fərqli bir zaman anlayışıdır. O nə keçmiş, nə bu gün, nə gələcəkdir. Bəs sizə görə?
X.H.: Şeir mənim üçün dildir; o, duyumların, anlamların pluralizmindən yaranır; dilin çoxmənalılığından qidalanır. Belə olan halda, mənim üçün “şeir nədir” sualı “dil nədir” sualına ekvivalentdir. Əslində sualınıza verəcəyim cavabın bəzi tərəflərini iki yazımda tapmaq olar: ” ‘ağac’ ağac deyil” və “realizmə qarşı reallıq” məqalələrimdə. Bu mətnlərdə dilə gətirdiyim fikirləri daha geniş şəkildə, təfərrüatıyla izah etməyə çalışacam.








