Romada yenicə istifadəyə verilən Müasir İncəsənət Kompleksinin konsert zalında “Al Kamandjati”-”Violinoçi” musiqili dram tamaşasının premyerası keçirilib. Bəstəkarlar İttifaqından “Olaylar”a verilən məlumata görə, premyerası keçirilən dram tamaşanın musiqi müəllifi qurumun sədri, professor Firəngiz Əlizadədir. Ssenari müəllifi israilli jurnalist Amira Hassa olan dram tamaşanın mövzusu dünya miqyasında günümüzün ən aktual mövzularından olan Fələstin-İsrail münaqişələrindən götürülüb. Real hadisələr üzərində qurulan tamaşada obrazları hadisələrin iştirakçıları ifa edib. Tamaşada baş rolların ifaçıları Ramzi Aburedvan və Amri Hass illər öncə Fələstində İsrail əleyhinə keçirilən etiraz mitinqlərinin iştirakçılarıdırlar. Hər il Osloda keçirilən ənənəvi müasir musiqi festivalı olan “Festival Ultima”da təqdimat üçün hazırlanan musiqi tamaşanın Avropanın bir sıra ölkələrində nümayiş etdirilməsi nəzərdə tutulub.
« Makedoniyada Beynəlxalq Türk Poeziyası festivalı keçirilib | Əsas səhifə | Misir filmləri həftəsi »




Bölmə: 








