Ötən gün İrəvan Dövlət Dram Teatrının kollektivi Musiqili Komediya Teatrının səhnəsində “Qıl körpü” tamaşasını nümayiş etdirdi. İki aydır ki, məşqləri gedən tamaşa Ramiz Mürsəlovun pyesi əsasında hazırlanıb. Rejissor Kəmalə Məcidovanın quruluşunda səhnələşdirilən əsərin mövzusu müasir cəmiyyətdəki problemlərlə səsləşir. Əsərin baş qəhrəmanı vəzifə başında etdiyi əməllərin qurbanına çevrilir. Hadisələr də elə bundan sonra cərəyan edir. Sözügedən tamaşada teatrın aktyorları Vidadi Əliyev, Süleyman Məcidov, Tünzalə Əliyeva və başqaları rol alıb.
« Motsartın avtoqrafı 229 min dollara satılıb | Əsas səhifə | Rusiyanın məşhur sirkləri Bakıya gəlir »




Bölmə: 








