Dünən müğənni Elariz Məmmədoğlunun «Denən gəl, mən gəlim» klipinin təqdimatı olub. Bu mahnını müğənni reper NADO ilə birlikdə ifa edib. Mahnının rejissoru Rəhman Əliyevdir, sözləri NADO-ya, musiqisi Elvin Musayevə aiddir. Tədbirdə şou-biznesin bir çox tanınmış simaları iştirak edib. Təqdimatın sonunda müğənni Trendlife-la yaradıcılıq planları ilə bölüşüb: «Görürsünüz də mənim yaradıcılığı. Mənim repertuarımda estradadan başqa həm rok-n-roll, tvist, rep və s. var. İndi isə ağır rok üzərində çalışacağam!»
« Aslan Quliyev, hekayə | Əsas səhifə | Əkrəm Əylisli: “Günahım nədir, məni niyə rəsmi səviyyədə təbrik etmədilər?” »




Bölmə: 








