“Gələn il mədəniyyət və incəsənət xadimlərinin əmək haqqılarında artım ola bilər. Biz 2007-ci ildə bu sahədə çalışan insanların əmək haqqlarını səhiyyə və təhsil işçiləri ilə eyni səviyyəyə çatdırmağa müvəffəq olmuşuq. Çox güman ki, bu artım gələn il də davam edəcək”. APA-nın məlumatına görə, bu fikirləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, cari ildə mədəniyyət və incəsənət müəssisələrinin işçilərinin əmək haqqları 25 faizə yaxın artıb. Əbülfəs Qarayev mədəniyyət və incəsənət xadimlərinə fəxri adların verilməsi məsələsinə də münasibət bildirib: “Mədəniyyət xadimlərinə adların verilməsi məsələsi tədricən başqa bir formaya keçəcək. Bu, onların fəaliyyəti üçün əlavə stimuldur. Biz heç kəsi bu məsələdə incitməyəcəyik. Fəxri ad alan mədəniyyət və incəsənət xadimləri buna layiqdirlər”.
« Nizami Cəfərov: “Azərbaycanın əlifbasında da, Türkiyə əlifbasında da müəyyən dəyişiklik gözlənilə bilər” | Əsas səhifə | Orhan Pamuk, “İSTANBUL: Xatirələr və şəhər” »




Bölmə: 








