Qaynar xəbər portalı

Kitab dünyası


Azərbaycanın xalq yazıçısı Hüseyn Abbaszadə 85 yaşında vəfat edib. Yazıçının qızı İradə Mingücün APA-ya bildirdiyinə görə, atası kəskin böyrək və beyin qan dövranı çatışmazlığından əziyyət çəkirmiş: “Xəstəxanada ongünlük müalicədən sonra vəziyyəti yaxşılaşmışdı, bu gecə isə halı pisləşdi və dünyasını dəyişdi”.
1922-ci il noyabrın 22-də anadan olan Hüseyn Abbaszadə Azərbaycan ədəbiyyatı tarixində irihəcmli nəsr əsərlərinin müəllifi kimi tanınır. Onun “General”, “Burulğanlar” romanları, ağır müharibə həyatını əks etdirən povest və hekayələri, eləcə də elm və mədəniyyət xadimlərinin həyatından bəhs edən xatirələri ədəbi aləmdə böyük maraqla qarşılanıb.
Xalq yazıçısı sabah II Fəxri Xiyabanda torpağa tapşırılacaq.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: