Bu gün «İbrus» Teatrında Turist Filmləri Festivalının ikinci günü keçiriləcək. TrendLife-ın verdiyi məlumata görə, bu gün münsiflər səkkiz filmə baxacaqlar. Bu filmlərin arasında İlqar Safatın «Nərimanfilm» studiyasında lentə aldığı «Qobustana qayıdış» filminin adını xüsusi vurğulamaq istərdik. Adıçəkilən filmin prodüseri Nəriman Məmmədovdur. Münsiflər bundan əlavə, Əli İsa Cabbarovun «Gəldim, Gördüm, Sevdim» və rejissor Leyla Səfərovanın «Azərbaycan Respublikasının mayakları» filminə də qiymət verəcəklər.
« Rasim Balayev komediya janrında özünü görmür | Əsas səhifə | Vladimir Putin Kamal Abdullanı Puşkin medalı ilə təltif edib »




Bölmə: 








