Qaynar xəbər portalı

Kitab dünyası


Rusiya prezidenti Vladimir Putin bir qrup xarici vətəndaşın Puşkin medalı ilə təltif olunması haqqında fərman imzalayıb. Təltif olunan 11 nəfərin arasında Bakı Slavyan Universitetinin (BSU) rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Kamal Abdullanın da adı var.
BSU-nun mətbuat xidmətinin rəhbəri Adil Əliyev APA-ya bildirib ki, fərmanda Kamal Abdullanın rus dilinin öyrənilməsi, yayılması, təbliği, mədəni irsin qorunması, xalqlar və millətlərin mədəniyyətlərinin yaxınlaşması və zənginləşməsi işinə böyük töhfə verdiyi üçün bu medalla təltif edildiyi qeyd olunub.
Qeyd edək ki, Puşkin medalı ilə təltif olunanlar arasında İstanbul Universitetinin incəsənət kafedrasının müdiri, şair Ataol Bəhramoğlu və İstanbulun Topqapı Muzeyinin direktoru İlbər Ortaylı da var.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: