Bu gün Azərbaycan Dövlət Mahnı Teatrında Azərbaycanın görkəmli şairi və ictimai xadimi Molla Pənah Vaqifin anadan olmasının 290 illiyinə həsr edilmiş ədəbi-bədii tədbir keçirilib. APA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq Vaqifin milli poeziyamızda xüsusi yeri olduğunu bildirib: “On ildən sonra şairin yubileyinin dünya səviyyəsində keçirilməsini planlaşdırırıq. Vaqifin şeirləri 300 ilə yaxındır ki, bizimlə birgədir. Bu gün də onun şeirləri ifa olunur, sözlərinə yazılan mahnılar səslənir”. Molla Pənah Vaqifin şeirləri və sözlərinə yazılan mahnıların səsləndirildiyi proqramda tamaşaçılara Qarabağın, Şuşanın mənzərəsini əks etdirən tarixi-xronoloji videolentlər təqdim olunub, şairin həyat və yaradıcılığından söz açılıb.
Qeyd edək ki, 1717-ci ildə Qazax mahalında anadan olan Vaqif sonra Qarabağa köçüb və ömrünün sonuna kimi Azərbaycanın qədim sənət və mədəniyyət mərkəzi olan Şuşada yaşayıb.
« “Cavid ömrü” bədii filminin təqdimatı keçirilib | Əsas səhifə | Bakıda «Koroğlu» fransız dilində təqdim olunacaq »




Bölmə: 








