Qaynar xəbər portalı

Kitab dünyası


Səid Sarızəmin,


Bölmə Bölmə: Ədəbiyyat | Göndər Göndər | Çap et Çap et | 310 oxunma

Səid Sarızəminavropada dar ağacları

dar ağacında yellənən ölülərin ayaq barmaqlarına
boyumuz çatmayan illər idi
udduğun havada, yediyin çörəkdə, içdiyin suda xəviyyə vardı hələ
iran ayaqdaydı, tətikdəydi o zaman da…

biz anamızdan gizlin böyüyürdük

radioda qadağan dalğalar aradıq sonra
internetdə sərhədlər aşdıq sonra
vətəndən uzaq düşdük
soyuq avropaya sığındıq
ama canımızda qorxu da böyümüşdü-
anamızdan gizlin, özümüzdən gizlin…

ingilizcə, firəngcə öyrəndik azad avropada
hitlerin dilində danışdıq
ana dilimizdə okul oxuyamadıq yenə
anamız farcsa ağladı, cocuklarımız ingiliscə…

biz dünyadan gizlin öldük

analar ardımızca köks ötürdü irandan-
keşkə getməyəydilər, keşkə asılsaydılar
keşkə qanı qaçmış ayaqlarından asılıb ağlaya biləydik…

biz analarımızdan gizlin asıldıq
avropada, avropada

xxx

hər işə hər görüşə gec qalardı Eşşək Mahmud
ama səhər tam 10-nun yarısında asdılar onu
təbrizin Saatqabağında

Berlin






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (1 səs, təxmini: 3 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Cümə axşamı, Dekabr 13th, 2007 tarixində 00:53 radələrində Ədəbiyyat bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

9 şərh var


  1. abbasatilay adlı istifadəçi, Dekabr 13, 2007 tarixində, saat 16:28 yazıb:

    Avropa bu.
    Arkadash, seni anlayan olmaz.


  2. elave adlı istifadəçi, Dekabr 13, 2007 tarixində, saat 17:09 yazıb:

    Sonuncu beyt superdi…


  3. Şahanə adlı istifadəçi, Dekabr 13, 2007 tarixində, saat 17:26 yazıb:

    Əvəzində biz anlarıq, hələ də Avropa ola bilməyən bizlər…

    Davam edin, Səid bəy…


  4. Anti West adlı istifadəçi, Dekabr 13, 2007 tarixində, saat 17:44 yazıb:

    Şahanə, biz niyə Avropa olmalıyıq?
    Bəlkə Avropa biz olsun!? :(


  5. Şahanə adlı istifadəçi, Dekabr 14, 2007 tarixində, saat 12:30 yazıb:

    Avropa olaq da bir adımız olsun, ortada qalmaq pis şeydi…

    Hərdən durumumuz mənə M.F.Axundovun ortada qalmış cənazəsini xatırladır…

    Avropalı ya asiyalı olmaq məsələsi olum ya ölüm kimi bir şey. Düşünürəm bu mövzu bunu müzakirə etmək üçün münasib yer deyil…


  6. Ryabina adlı istifadəçi, Dekabr 14, 2007 tarixində, saat 13:36 yazıb:

    Bu yaralara duz tökmək, bu ağrılardan ayılmaq zamanı, canım, analgetiklərlə ovunmaq, bu ağrılardan bayılmaq zamanı deyil…


  7. e110365 adlı istifadəçi, Dekabr 14, 2007 tarixində, saat 13:59 yazıb:

    Gözəl və kədərli…
    Oxumaq istəyəcəyim imza oldu Səid Sarızəmin!


  8. Anti West adlı istifadəçi, Dekabr 14, 2007 tarixində, saat 14:28 yazıb:

    Şahanə, Avropa, Avropa olub nə edib ki? Biz də Avropa olub nə edək?!
    Siz bəlkədə Avropada olmamısınız. Avropa burdan bəzi qərbpərəstlərə yaxşı görsənir. Siz bir orda olun, görün nə var nə yox…


  9. Çılğın adlı istifadəçi, Dekabr 15, 2007 tarixində, saat 18:05 yazıb:

    Oxuyanda fikirlewdim ki, o qeder imza oxuyuruq ki, adamin coxu hec yadda qalmir. Ama qeribedi, bu adi done done tekrarladim ki, bir de rastima cixsa mutleq oxuyum. Dogrudan sevindim bu weir yazilib deye. Ugurlar qardawim…

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: