Azərbaycan Fotoqraflar İttifaqına yeni sədr seçilib. Səsvermənin nəticələrinə görə, bu yerə Şahin Hüseynzadə təyin olunub. Seçkilərdən sonra öz fikirlərini TrendLife-la bölüşən yeni sədr bunları bildirib: «Bizim indi həqiqətən işimiz çoxdur. Əsas odur ki, Fotoqraflar İttifaqına yeni bina tapaq». Ş. Hüseynzadənin sədr seçilməsini ittifaqın keçmiş sədri Rafiq Qəmbərov belə şərh edib: «Hesab edirəm ki, düzgün seçkidir. Biz istəyirdik ki, rəhbərliyə gənc adam gəlsin. Şahinin 31 yaşı var. O, çox istedadlı oğlandır. Biz hamımız - həm gənc, həm də yaşlı nəsil ona kömək etməyə hazırıq. Düşünürəm ki, ittifaqda hər şey öz qaydasında olacaq».
« Bu gün Rəşid Behbudovun doğum günüdür | Əsas səhifə | İlyas Əfəndiyev beynəlxalq mükafatı 2007″nin laureatlarının adları açıqlandı »




Bölmə: 








