Qaynar xəbər portalı

Kitab dünyası


Ramiz RövşənDekabrın 15-də şair Ramiz Rövşənin 61 yaşı olur. Bu münasibətlə APA Ramiz Rövşənin hələ gün işığı görməmiş şerini yayımlayıb.

Qarabağ gözəli

Bu payız gecəsində,
qaçqın düşərgəsində
bu ağlayan qadının üzünə yağan yağış
sanki bayaqdan bəri ona yalvarır: «Bağış-
la ki, göz yaşlarını yuya bilmirəm sənin.Yox, sevgi duyğu deyil. Sevgi dindi. Və bu din
hələ də yer üzündə qalan yeganə iki
Allahlı dindi. Və sən, ey qadın, bunu bil ki,
həmin iki Allahın biri sənsən, o biri
indi çox uzaqdadı, ot basıb o qəbiri…»

Yağış yağır bu köhnə, təkərləri paslanan
vaqonların üstünə. Göz yaşında islanan
üzünə bu qadının yağış yağır. Vaqonun
qapısında dayanıb qadın baxır. Və onun
içəridə uyuyan xəstə qızı yuxuda
nəsə görüb qışqırır. Bu uşağı qorxudan
nədi? Bir Allah bilir. Hələ on üç il qabaq
Xocalıdan qaçanda qarnındaydı bu uşaq.
O qaçdıqca, elə bil bir az ondan qabaqda
qarnını təpikləyib yüyürürdü uşaq da…

Ərini lap Ağdama çataçatda vurdular.
Üzüqoylu yıxıldı. O qış günü soyuq qar
onun isti qanına bulaşıb əriyirdi.
Yox, o qar üstündəki adam əri deyildi.
O adamda ərindən axı nə qalmışdı, nə?
O adamın canından qopub onun bətninə
köçmüşdü əri. İndi bətnindəki o uşaq
onun ölən ərinin bir parçasıydı. Ancaq
bu nə sirdi? O cürə, yumruğuyla daş dələn
kişinin bir parçası niyə qız oldu görən?!..

Uşaq yenə çığırdı. Özündən ixtiyarsız
qadın dönüb uşağa baxdı; yox, vallah, bu qız
əvvəl-axır deyəsən oxuyan olacaq. Sən
bunun arıq canından qopan səsə bax, səsə!..
Qoy bir azca böyüsün, o «Yeni ulduz»dakı
qızların hamısından artıq olacaq. Təki
ölüm-itim olmasın. Qadın duruxdu birdən;
bu qız oxuyan olsa, yazıq əri qəbirdə
çevrilməsə yaxşıdı… Sonra nədənsə, hirsi
tutdu ölən ərinə; ölənəcən bu hisli-
paslı vaqonda demək, ana-bala, ikimiz
zülüm çəkməliyik biz?!
Nədi, nədi, qəbirdə sən rahatca yatasan?
Yazığın gəlmir bizə? Sən nə təhər atasan?!..

Qadın birdən diksinib bərk-bərk içini çəkdi,
guya əri qəbirdə onu eşidəcəkdi.
Sonra söymək istədi bu yağan yağışı da,
gördü yağış kəsilib, quruyub göz yaşı da.
Bir it hürdü hardasa, vaqonlar arasında.
Sonra xoruz banladı bu gecə yarısında.
Qadın çaşdı; yox, hələ sabaha çox vardı, çox!..
Göydə bədirlənmiş ay elə bil batmağa yox,
hamilə qadın kimi doğmağa tələsirdi.
Ayın aydınlığında bulud-zad nə gəzirdi?!
Göy üzü bir körpənin üzütək dupduruydu.
Göy üzü köhnə, qədim ulduzlarla doluydu…






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (3 səs, təxmini: 3 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Cümə, Dekabr 14th, 2007 tarixində 17:37 radələrində Ədəbiyyat bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

9 şərh var


  1. Şahanə adlı istifadəçi, Dekabr 14, 2007 tarixində, saat 18:20 yazıb:

    Göy üzü köhnə, qədim ulduzlarla doluydu…

    Yalnız bu!

    Ad gününüz mübarək!


  2. scorpion adlı istifadəçi, Dekabr 14, 2007 tarixində, saat 20:05 yazıb:

    Bu görəsən doğrudan da Ramiz Rövşənin şeiridi?


  3. Qismet adlı istifadəçi, Dekabr 15, 2007 tarixində, saat 00:10 yazıb:

    Ramiz müəəlimin doğum gününü təbrik edirəm.Lakin doğrusu məndə də scorpion kimi şübhələr var… Şeir deyil amma məncə Ramiz Rövşən yazmayıb bunu.Onun deyim tərzindən,üslubundan hətta özünəməxsus ,hər şeirində görməyə alışdığımız və onu o sözlərlə,misralarla,cümlələrlə tanıdığımız , əzbərlədiymiz, onu digərlərindən fərqləndirən Ramiz Rövşən misraları burda yoxdur.Bu elə bil sadəcə onun uğursuzca təqlid etmək istəyən birinin şeiridir…


  4. Ryabina adlı istifadəçi, Dekabr 16, 2007 tarixində, saat 01:00 yazıb:

    “Daha mənə bu dünyada
    Nə qaldı ölümdən əziz.?.”
    …sənindi.?.
    …İstibdad səni də sındırdı…
    Daha sənə bu dünyada
    Nə qaldı şeirdən əziz.?

    Ad gününüz mübarək, Ramiz Rövşən…


  5. Dost adlı istifadəçi, Dekabr 17, 2007 tarixində, saat 01:06 yazıb:

    Sheiri oxumaqga cehd gostermedim… ilk bir neche misradan zeif oildugu anlashildi…
    Amma Ramiz beyi men de tebrik edirem… En azi sevdiyim sheirler icherisinde onun muellifi oldugu eserler daha choxdu!!!


  6. Xavər Almuradli adlı istifadəçi, Dekabr 18, 2007 tarixində, saat 12:51 yazıb:

    mence sher qafiye demek deyil. hissleri eks etdirsin ve chatdirsin. yeni sheri oxudum. bir defe deyil bir neche defe.tek qalmish qadinin reai heyatinin poetik tesviri.
    ad gununnuz mubarek Ramiz bey!


  7. Yaşar adlı istifadəçi, Sentyabr 3, 2008 tarixində, saat 12:06 yazıb:

    Ramiz Rövshenin ÜZÜK şerini isteyirem nece elde ede bilerem,


  8. PERVIN adlı istifadəçi, Oktyabr 26, 2008 tarixində, saat 23:47 yazıb:

    RAMIZ ROVSHENI KUCHEDE GORDUM. YAXINLASHIB ONUN OXUCUSU OLDUGUMU DEDIM. TESHEKKURUMU BILDIRDIM ONA GOZEL SHEIRLERINE GORE. ONA BAXANDA OZUME AGILLI DEYE BILMIREM. AGIL KISESIDIR BU ADAM…


  9. nazile adlı istifadəçi, Noyabr 7, 2008 tarixində, saat 02:29 yazıb:

    Bir shairin butun serleri guclu ola bilmez.Ramiz Rovshen hisslerin shairi oldugundan onun bu sherini de yuksek qiymetlendirirem.Amma ondan en derin yaramiz olan Qarabagla bagli daha mohteshem sherler gozleyirem.gecde olsa onu yeni yashi munasibeti ile tebrik edirem.O,varligi ile fexir edeceyimiz 5 shairimizden biridi.ALLAH nece bele menali omur qismet elesin.Ramiz muellim yeni eserlerinizi sebirsizlikle gozleyirem.size ugurler…

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: