İsgəndəriyyə kitabxanasının direktoru Azərbaycan Turizm İnstitutunun tələbə və müəllim kollektivi ilə görüşüb
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 24 Aralık, 2007Azərbaycanda dörd günlük səfərdə olan Misir Ərəb Respublikasının İsgəndəriyyə kitabxanasının direktoru İsmayıl Seragəldi Azərbaycan Turizm İnstitutunun tələbə və müəllim kollektivi ilə görüşüb. APA-nın məlumatına görə, tədbirdə çıxış edən institun rektoru Cəfər Cəfərov təhsil ocağı barədə qonağa məlumat verib: “İnstitumuz 2006-cı ilin fevralında yaranıb. İlk olaraq bir fakültə və üç ixtisas üzrə fəaliyyətə başlamışıq. Hazırda isə institutumuz bir fakultə və səkkiz ixtisas üzrə fəaliyyətini davam etdirir. Gələn il magistratura pilləsi üzrə təhsil verməyi də planlaşdırırıq. Bundan başqa Azərbaycanda ilk dəfə olaraq tələbələr ikili diplom sistemi üzrə də təhsil ala bilərlər. Belə ki, seçım əsasında tələbələr avstriyalı müəllimlərdən təhsil alaraq Avstriya universitetinin diplomunu da burada əldə edə bilərlər”. Tədbirdə çıxış edən İsmayıl Seragəldi institutun fəaliyyətini yüksək qiymətləndirdiyini və gələcəkdə kitabxana ilə insititun kitabxanası arasında sıx əməkdaşlığın yaranacağını deyib. Tədbirin sonunda qonaq institutun kitabxanasında olaraq oradakı dərsliklərlə tanış olublar.





Yüklənir...
Bir movzu yoxdur.Onun haqqinda yazaq?