Qaynar xəbər portalı

Orxan Pamuk3. “Mən”

Əvvəlki fəsillər burada

Sevincli anlarımda - uşaqlığım belə anlarla dopdoludur - öz varlığımı deyil, dünyanın yaxşı, gözəl, xoş, günəşli olduğunu hiss edərdim. Sevmədiyim yemək, pis dad, əlimə batan iynə, körpəykən qaçmağım üçün salındığım taxta qəfəsin (nədənsə park deyilərdi) taxtalarını qəzəblə dişləmək, ya da ən qorxulu uşaqlıq xatirələrimdən birində olduğu kimi barmağımı əmimin maşınının qapısının arasında qoyub saatlarca ağlamaq, (rentgen çəkən həkimin yanına qorxulu ziyarət) öz mənimi deyil, mənə qaçınılmalı olan pislik və ağrı fikrini öyrədirdi. Amma öz şüurumun gediş-gəlişləri, xəyalları, gərginlikləri arasında özüm olduğum, bir “mən”im olduğu duyğusu da təqsirlilik duyğusu kimi ağır-ağır içimə işləyərdi. Davamı…


CavidanMən
bayağı mahnılara
soyunmaq istəmirəm
mənimçin
bir
Füzuli kantatası səsləndirin… Davamı…


gülərGülərin monoloqu

Mənim adım Gülərdir. Hə, Gülər. Atam adımı ona görə belə qoymayıb ki, həmişə gülüm. Əmimin qızı olanda atam Sibirdə hərbi xidmətdə imiş. Əmim ona teleqaram vurub ki, “qızım oldu. Adını Günay qoyduq” səhvən ad Gülər gedib. Və atamın bu ad o qədər xoşuna gəlib ki, mən doğulanda adımı Gülər qoyub. Amma bunun heç nəyə dəxli yoxdu. Adım Gülər, vəssalam. Davamı…


Elnur ASTANBƏYLİ

Pis əsər yazmaq üçün də xüsusi istedad lazımdır. İki cüt, bir tək kitab oxuyanlar deyəndə ki, Seymurun romanı bərbaddır, inanmadım. Axı mənim tanıdığım, bir kitabını redaktə etdiyim, özü ilə bir-iki dəfə babat vurduğum Seymurun bu qədər müzakirə olunacaq roman yazmağa istedadı çatmaz. Adının it çeynəyən sayaq çeynənməyinə baxmayın, Seymur da bizim publisistikanın Rəqsanəsidir. Davamı…