Qaynar xəbər portalı

Kitab dünyası


Cavidan, STRİPTİZ


Bölmə Bölmə: Ədəbiyyat | Göndər Göndər | Çap et Çap et | 547 oxunma

CavidanMən
bayağı mahnılara
soyunmaq istəmirəm
mənimçin
bir
Füzuli kantatası səsləndirin… işıqlar sönsün,
bax, belə…
indisə
projektoru salın işə
bircə mən görünüm
sarılım
səhnədəki dəmir ağaca
öncə dəmirağaclarını soyunum
sonra bütün Lənkəranı
yağışdan islanmış plaş kimi…
nənəmin
o dünyadan da
mənə zillənən nəzərlərini
atım üstümdən
Gəncə kələğayısı tək…
sonra anamın laylalarını soyunum,
sonra nağıllarını
çoxdandı
saçlarıma hörülmüşdü onlar
anamın
ər öpüşü görməyən
kəndçi barmaqlarıyla…
Ah…
saçlarıma ilişdi
bu laylalar, nağıllar.
qoparmaq çətin oldu…
amma
siz narahat olmayın
hər şey
hələ indi başlayır…

Məni candan usandırdı
atamın eqoist hökmranlığı
allahlıq iddiası,
soyunum, atım
əynimə dar olan
sintetik jaket kimi,
bir az
dərindən nəfəs ala bilim…

Fələklər yandı ahimdən…
ilk sevgimin
məktəb partalarına yazılmış
sirli hərflərini soyunum,
deyə bilmədiyim,
eşidə bilmədiyim
“sevirəm” sözünü soyunum
ipək yaz donum kimi…
Üstündəki bənövşələr
hələ də solmaq bilmir,
yaman üzübərkdilər…

çıxarım
nişan üzüklərimi barmaqlarımdan,
necə çoxdular,
ayaq barmaqlarım da
azlıq elədi bunlara,
boynuma da taxılıb
it xaltası tək,
gətirin baltayla qırın!
Aparın atın onları
Araza, Kürə,
nə bilim, Nil çayına…
Amma…durun bir az…
onlardakı nifrətdən,
ağrıdan, göz yaşlarından
Axar sular bulanmazmı?..

Soyunum
üfüq boyu düzülən
arzularıma gedən addımlarımı
cındır ayaqqabılar tək,
tullayım,
itaparan olsun,
çıxarım
sevmədiyim evlərə
gəlin getməklərimi
ilmələri qaçmış
qara kapron corablar tək,
ayaqlarım sayalı olsun…
Həbibim, fəsli-güldür bu…
Çox seksi görünürəm, deyilmi?
Nə oldu?
Niyə ah çəkirsiz?
Can köynəyimə heyfiniz gəlir?
Onu çıxarıb atmayım?
Atmıram…
bu köynəyi
onu ən çox sevənə
əmanət saxlayacam
birgə almışdıq onu
Tanrının uşaq talkuçkasından…
nə isə…
qoy gözlərimi qurudum…
harda qalmışdıq?
Sevgilərimdə…
Ümidlərimdə…
Onların da
kürəyimə sancılan
qarmaqlarını dartıb açım
gipür büstqalter kimi
atım üstünüzə…
didin bir-birinizi
bir tikəsini əldə etməkçin…

Mənə tən eyləyən qafil
cahil və görməmişlər!
gözünüzü dikmisiz
əynimdəki son dünya malına
gözləyirsiz
ehtiraslarımı,
dişi ruhumu da
atım sizinçin,
didim-didim eləyəsiz?!.
Götürün…
təki gözününz doysun…
mənisə rahat buraxın
artıq
nə soyunmağa bir şeyim qaldı,
nə sizə bağışlamağa…
bircə vücudum - onu Yerçin soyunacam…
bir də ruhum - onu Göyə aparacam…

Ağlamayın
qoyun sizə bir də baxım,
qoyun sizi bir də sevim,
axı hələ
Şəbi-hicran yanar canım,
axı hələ
Tökər qan çeşmi-giryanım…

Nə oldu?
Hara gəlirsiz?
Rəqs etməyə?
Soyunmağa?
Ay dəlilər…
elə bilirsiz, sizdə də alınacaq…?






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (3 səs, təxmini: 3.67 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Çərşənbə axşamı, Dekabr 25th, 2007 tarixində 12:56 radələrində Ədəbiyyat bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

17 şərh var


  1. Şahanə adlı istifadəçi, Dekabr 25, 2007 tarixində, saat 19:06 yazıb:

    Şahanə!


  2. scorpion adlı istifadəçi, Dekabr 25, 2007 tarixində, saat 19:31 yazıb:

    Təbrik eliyirəm Cavidan xanım!!! Gözəl şeirdi…


  3. Novarg adlı istifadəçi, Dekabr 26, 2007 tarixində, saat 11:19 yazıb:

    Neche not var,
    do re mi fa sol lya si
    o qizin da eyninde
    o qeder geyim…

    eteyi fa
    sinesi sol
    corablari la
    shapqasi si…

    sevir onlari,
    oz bedeni kimi…

    yavash-yavash geyinir,
    seherler oz evinde,
    evvel do, sonra sira ile
    re
    mi
    fa
    sol
    lya
    sonda da shapqasi, si…

    achan bir chichek kimi,
    chixir qapidan…

    di gel, geceler sehnede,
    musiqi bashlayan kimi
    her shey suretlenir,
    achilir-yumulur burun delikleri…

    O qeder de uzaqda olmayan
    bir pianonun mushaiyeti ile
    mudhish bir hirsle
    atir ustundekileri,
    alin, size si,
    bu da lya
    sol
    fa
    mi
    re
    dooo..! (CS)


  4. Rebiqe adlı istifadəçi, Dekabr 26, 2007 tarixində, saat 15:41 yazıb:

    Rya, sakit bir sheyler yazacaq qeder rahat olmani isteyirem… Ugurlar!


  5. HaHaHa adlı istifadəçi, Dekabr 26, 2007 tarixində, saat 18:15 yazıb:

    Deyirem ki, sheir foto shekillerle olsaydı lap maraglı ve canli olardı, elemi cenablar?


  6. CHOL ADAMI adlı istifadəçi, Dekabr 27, 2007 tarixində, saat 06:34 yazıb:

    pis deyil. maraqli ve gozlenilmez tesiri bagishlayan tesevvur oyunu mene hemishe xosh gelib.
    bir de bunun ichine Fuzulini, caghdash dovrun mubahiseli striptiniz, shexsi umid ve arzulari, cemiyyetin problemlerini qarishdiranda yaxshi bir kokteyl alinir.
    Cavidan xanim, daha marali yazilarinizi gozleyirik!


  7. ehtiram adlı istifadəçi, Dekabr 27, 2007 tarixində, saat 16:22 yazıb:

    can koyneyi sohbeti xoshuma geldi.qalani fikir vermemek lazim olan bosh-bosh sheylerdi.madonnanin kulotunu parcalamaq ucun uzanan milyonlarla kishi eli kimi yani


  8. guler_miryahya adlı istifadəçi, Dekabr 29, 2007 tarixində, saat 12:23 yazıb:

    Cavidan mubaligesiz terifsiz terifsiz sadece onu demek isteyirem ki senin sherin menim hisslerimle oynaya bilecek qeder gozel idi. Minnetdaram.


  9. Aysberq adlı istifadəçi, Dekabr 29, 2007 tarixində, saat 22:16 yazıb:

    Eziz dostlar, kultazin oxucu tutumu hamimiza melum.Adam inana bilmir ki,bu yazini oten gunlerde özü də təzə vaxtı gunde uzaqi 20-30 adam oxuduqu halda, mehz bu gun, dekabrin 29-u seher saat 9.00-dan. axsam 9.00-a kimi bu seiri 420 adam/ mehz bu gun/ nece oxuya biler? Riya, bu saxta sitatistika kimə lazım? Sadəcə teselli üçünmü, Riya?


  10. Çılğın adlı istifadəçi, Yanvar 1, 2008 tarixində, saat 15:20 yazıb:

    Cavidan, bawqalarinin atdigi addimlara teqlidi ve ozunu bawqalarina benzetmelerini de soyunsa SUPER olar. Sen ki bele istedadlisan, niye oz weirinin “priyomlarini” kewf etmirsen?
    P.S. Yene de “hordum sacimin ucunu”….:))) Şeirin linki http://kultaz.com/2007/09/11/sevinc-cilgin-seir/#more-641


  11. Ryabina adlı istifadəçi, Yanvar 1, 2008 tarixində, saat 16:10 yazıb:

    Heç olmasa Zahirdən soruş gör ona bu şeiri nə vaxt vermişəm ilk dəfə - düz bir ildən çox bundan əvvəl!!!Bəlkə sən onda görüb özünə əxz eləmisən?
    Sənin yazdıqlarını onlardan nəsə öyrənib götürəcək dərəcədə ciddi bir şey hesab eləmirəm mən…


  12. Postmodernpərvərpərəst adlı istifadəçi, Yanvar 2, 2008 tarixində, saat 04:23 yazıb:

    Sevinc xanım, Yuxarıdakı ilə verdiyin keçiddəki şeiri müqayisə etməyə insafın necə əl verdi -)
    “Priyom” haa, oynun olsun…
    Yeri gəlmişkən, Qafqaz İstehsalat Birliyinin məmulatları ilə bağlı bir müşahidəm var: Bunlar əllamənin zır cahilindən olurlar, vəssəlam…


  13. Ayna adlı istifadəçi, Yanvar 2, 2008 tarixində, saat 08:25 yazıb:

    Sevincin yerli -yersiz bir meqsedi var, guya bu böyük istedad sahibidi, hamı bundan oğurlayir.Adı kicik herfle yazılanlar adı böyük həriflə yazılanlara həmişə daş atıb.


  14. Çılğın adlı istifadəçi, Yanvar 2, 2008 tarixində, saat 16:31 yazıb:

    Ne yaxsi ki, menasiz insanlara ayiracaq fazla zamanim yok…
    Zaten haminiza gule gule… Men edebiyyata gelmeden once gedirem. Mutluluklar haminiza)))) Bundan sonra da burda yazilacaq yazilari oxumayacagimi xususi qeyd edirem ki, zehmet cekib bu serhe de serh yazmayasiz. Byeeee))))


  15. Samir adlı istifadəçi, Yanvar 2, 2008 tarixində, saat 17:55 yazıb:

    Men her iki sheiri diqqetle oxudum- mence Sevinc haqlidir. Sheirleri muqayise edende gorursen ki movzu, ritm ve uslub eyniliyi goz deshir. Hetta diger metnlerden (birinde mahnilar- digerinde fuzlinin qezeli) eyni terzde behrelenmek de adama gel-gel deyir. Gelin muqayise edek:

    Sevinc yazir:

    İnsanları çox uzaqda tutmalı,
    təzə tanışlıqlardan uzaq durmalı
    köhnə xatirələrimi uzağa tullamalıyam.

    Cavidan yazir:

    öncə dəmirağaclarını soyunum
    sonra bütün Lənkəranı
    yağışdan islanmış plaş kimi…
    nənəmin
    o dünyadan da
    mənə zillənən nəzərlərini
    atım üstümdən

    Bu misralar meger eyni deyilmi? Sadece Sevinc yazir ki tullamaliyam, Cavidan deyir ki atmaliyam.
    Sevincin sheirinin adi - “Hormusdum sacimin ucunu” misrasi ise Cavidanda bu shekilde uze chixir:

    sonra anamın laylalarını soyunum,
    sonra nağıllarını
    çoxdandı
    saçlarıma hörülmüşdü onlar

    Yuxarida deiyim kimi, diger metnlerden behrelenme dekonstruksiya etmek isteyi de oxsar ve eyni yanasma terzleriyle edilib:

    Sevinc yazir:

    Bilirəm,
    mən ki belə deyildim
    yəqin
    məni bir öyrədən var
    sizin şəhərə nifrətim var.

    Cavidan yazir:

    Fələklər yandı ahimdən…
    ilk sevgimin
    məktəb partalarına yazılmış
    sirli hərflərini soyunum…

    ve s… Bura yanasma terzi ve uslub eynidir. Sadece biri meshur mahni metnini dagitmaga, biri ise Fuzulinin qezelini sokmeye calisir.
    Diger misallara nezer yetirek:

    Sevinc:

    Allaha üsyanım
    Atama üsyandan başladı

    Cavidan:

    Məni candan usandırdı
    atamın eqoist hökmranlığı
    allahlıq iddiası.

    Misallarin sayini artirmaga hacet yoxdur. Her shey goz qabagindadir. Ustelik her iki sheirin sujeti de az qala eynidir. Birinde sheirin qehremani her sheyi uzerinden atmaga, tullamaga, o birinde ise soyunmaga calisir. Butun bunlari niye deyirem? Gorduk ki iki xanim yazarimiz aralarinda muzakire qura bilmediler. Sacyoldu azarkeshleri ise hemishe var. Sevinc xanim deyir ki bu teqlid ve ya tesirdir. Onu da esas getirir ki onun sheiri daha evvel derc olunub Kultaz da ve link de verir burada. Amma belke de bu tamam basqa bir meseleden ireli gelib- her ikisi axtarish merhelesinde oldugundan hazirda azerbaycan sheirinde bash veren proseslerin umumi axinina qosulublar. Yanasma terzi ve uslub her iki sheirde oxshar olsa da, yeni deyil- diger metnleri dekonstruksiya cehdleri. Bele sheirler gunun diger yazarlarinda ne qeder desen var. Amma iki sheirin hedsiz oxsarligi danilmaz heddedir. Eslinde postmodernizmde plagiatliq anlayishi qebul olunmur da. Yadima Gundelik Azerbaycanda Nermin-Salam qarshidurmasi dusdu. Odur ki vaxtinizi bu kimi qarsidurmalara deyil, ciddi muzakirelere, bir-birinize saygi qoyaraq xercleyin- eger edebiyyatda ciddi iddialariniz varsa. Sevinc xanimin esebleserek edebiyyatdan gedirem kimi idialari ise ele esebden de dogub, saniram ki kecib gedecek.


  16. Şahanə adlı istifadəçi, Yanvar 3, 2008 tarixində, saat 18:09 yazıb:

    Paxmel-paxmel komp arxasına keçməyin, Sevinc xanım…


  17. scorpion adlı istifadəçi, Yanvar 5, 2008 tarixində, saat 02:37 yazıb:

    Əziz “Kultaz” oxucuları!!! Burada kimin nə yazmasından asılı olmayaraq gəlin etiraf eliyək ki, bu şeir indiyə qədər burada çap olunmuş yazıların ən yaxşılarından biridir… Elə bəzilərini də əslində qıcıqlandıran budur… Çünki bu cür “soyunmağa” hələ heç kimin cəsarəti çatmayıb… bu xanıma daş atanlar uzağı ya Rəqsanə, ya da nə bilim kim kimi soyuna bilərlər…

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: