Qaynar xəbər portalı

Kitab dünyası


Gülər Sadıqova, hekayə


Bölmə Bölmə: Ədəbiyyat | Göndər Göndər | Çap et Çap et | 436 oxunma

gülərGülərin monoloqu

Mənim adım Gülərdir. Hə, Gülər. Atam adımı ona görə belə qoymayıb ki, həmişə gülüm. Əmimin qızı olanda atam Sibirdə hərbi xidmətdə imiş. Əmim ona teleqaram vurub ki, “qızım oldu. Adını Günay qoyduq” səhvən ad Gülər gedib. Və atamın bu ad o qədər xoşuna gəlib ki, mən doğulanda adımı Gülər qoyub. Amma bunun heç nəyə dəxli yoxdu. Adım Gülər, vəssalam. Bu adı lk dəfə Cəfər Cabbarlının yaratması da heç nəyi dəyişmir. Ümumiyyətlə, adların insanlara heç bir təsiri yoxdu. Yəni mən Gülər deyil, Ağlar da ola bilərdim ki, yenə eyni adam olacaqdım. İndi nə edirəm? Kofe içirəm. Gecə, sakitlik, qaranlıq. Maşın səslərini və işıqlarını çox xoşlayıram. Qar. Hər tərəf ağ. Amma qarı sevmirəm. Qar çirkinliyi bəzəyən kosmetika. Adı qar.
Mənsə ora baxıram. Mənimçün yanan ocağa. Cansız, həqiqətin belə, olmadığı yerə. İnsanlarsız həqiqət olmaz ki…
Ağaclar çılpaqdır deyə bilmərəm. Bunlar keçmiş romantikada qaldı. Ağaclar həqiqəti göstərir. Onların adı ağac. 4- cü mərtəbədən qarı ərimiş, yaş asfalta gedən yolsa intihar. Amma mən intihar etməyəcəm. Sadəcə gedilən yolun adı intihar. “Sürünməkdən qurtuluş”.
Qəhvəyi saçlarım var. Çiynimə dağılar. Mehriban körpə əlləri kimi boynumu qucaqlayar. Amma bəzən ilanlara oxşayır. İlanların sevgisi gözəl. İlan nədir? Sadəcə zəhərmi?
Çox xoşlayıram külək saçlarımı oynadanda. Külək insan deyil. Külək məktub. Adı Külək.
Dünən dırnaqlarımı qırmızıya boyamışam. İndi dodaqlarımı boyayıram eyni rəngə. Qan rəngi? Yox. Bu da keçmişdə qaldı. Qırmızıya boyayıram çünki… heç bilmirəm niyə.
Ağ məktublara qırmızı pomada ilə iz qoymağı xoşlayıram. Məktublara dodaq yaradıram. Amma danışmır. Adı Məktub.
Qaranlığın qar ağlığına barmaqlarımdan musiqi axar, gecənin sükütuna kədər qatar. Amma mən kədərlənmirəm. Mən gülürəm. O, piano deyil. Barmaqlarımın rəqsi. Barmaqlarım piano dilləri ilə sevişir.
İtlər hürür. Onlar itlər. Bizim şəhərdə ikiayaqlılara da it deyirlər. Bu, itləri təhqir edir. Axı dəvəyə insan desən insanı təhqir etmiş olarsan.
Belə adlar çoxdur. Amma mən indi bu barədə düşünmürəm. Mən indi Peçkunov adlı rəssamın çəkdiyi “ Payız” şəklinə baxıram. Qarşıda zirvəsi qarlı dağ, dağa gedən palçıqlı yol, hər iki tərəfdə ağaclıq. Yolun kənarında kiminsə evini isitməkçün qətlə yetirilmiş ağacların qəbirdaşları – oduncaqlar.
O yolda at çapmaq istərdim. Sürətlə. Əvvəl at məni yavaş – yavaş atıb tutur, sonra sürətini artırıb uçmağa başlayır. Sonra mən Gülər, at da at olmur. Biz birləşib nəyisə yaradırıq. Və palçıqlı yolla irəliyə uçuruq, elə hey irəliyə. Amma mən o birləşdiyimiz anın adını bilmirəm. Onun adını tapsaz, mənə deyərsiz. Hələlik isə mənim adım Gülərdir.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (1 səs, təxmini: 1 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Çərşənbə axşamı, Dekabr 25th, 2007 tarixində 12:47 radələrində Ədəbiyyat bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

16 şərh var


  1. Emin adlı istifadəçi, Dekabr 25, 2007 tarixində, saat 20:21 yazıb:

    Ela!!cox xosuma geldi…
    Tebrik edirem,evvelkilerden daha ugurlu yazi idi bu!
    Zaman-zaman inkisaf gedir…)
    Daha boyuk-hetta Roman seviyyesine qeder yazilar gozleyirem ve umid ediremki sen bacararsan bunu ve bir coxlari terefden de beyenileceksen..
    Ugurlar canim!.)


  2. narmina adlı istifadəçi, Dekabr 25, 2007 tarixində, saat 23:57 yazıb:

    4ox maraqli.adami duwunmeye vaadar edir.fikirlerini 4ox gozel 4atdira bildin.menim u4un maraqli oldu=)


  3. Asiman adlı istifadəçi, Dekabr 26, 2007 tarixində, saat 01:57 yazıb:

    Hemin an sonuna geder gedilmemish ishiqli, parlaq ve cesaretli bir yolun hele bashlangicidir. Yolu tapmisan ishigi ve cesaretini itirme, ugurlar sene bu yolda. Yolchu yolda gerek ; Men de gedim ;)


  4. Kulturist adlı istifadəçi, Dekabr 26, 2007 tarixində, saat 14:46 yazıb:

    Bu hekayə (əgər adına hekayə demək olarsa…) çox marağsızdır. Özüdə ki, müəllif aləmi qatıb biri-birinə. Bilinmir ki, bu hekayədir, köşədir, ya memuardır?!
    İnsanlarsız həqiqət olmaz ki… - fikiri də çox yanlış fikirdir.
    Nəsə çox uğursuz alınıb…


  5. Ezrail adlı istifadəçi, Dekabr 27, 2007 tarixində, saat 01:56 yazıb:

    Insanlarsiz heqiqet olmaz fikri dogru fikirdir. milyon iller evvel yer sadece qaz halinda olub. sonra dunya butunlukle su ile ehate olunub, sonra ilk materik yaranib. bu zaman insanlar olmayib. ancaq bunun heqiqet oldugunu insanlar deyib. ikinci vacib deyil bu yazinin hekaye, koshe ya memuar olmasi. belke de yeni bir stildir. yeniliyi ise her zaman qebul etmek lazimdir. bu yeniliyin qebulunun yalnish ve ya dogru olmasini ise zaman gosterecek. uchuncu mesele her bir yazini kim istese tenqid ede biler. lakin tenqidi bele savadli etmeyi bacarmaq lazimdir. en azindan bu hekaye nece yazilsa duzgun olardi variantini qeyd etmek lazimdir. ya da bacarirsansa bundan guclu bir shey yaz ve muqayise et de ki, bu fikir bele olsa daha duzgun olardi. burda kulturist adli istifadechi tenqidi tenqidden chox xettin xoshuma gelmedi get tezeden yaz men oxuya bilmedim kimi gorunur kenardan. gelin tenqidi tenqid kimi tenqid etmeyi ilk once oyrenek (tebii ki bu bilmeyenlere aiddir ) sonra tenqid edek. meselen menim bu sherhimi tenqid etmek uchun bir cumlede uch defe tenqit sozu ishletmek olmaz, bu sherhi yazanin azerbaycan dili qrammatikasindan deyesen az anlayishi var kelmesini ifade etmekle bahslamaq olar ;) ve sonda butun bunlar menim subyektiv fikrimdir kelmesini demekle tenqid edenin medeni bir insan olmasi anlashilar. yox eger bir neche neferin fikridirse adlarini qeyd etmekle bu, bu insanlarin subyektiv fikridir demekde olar. bu ise helelik yalniz menim subyektiv fikrimdir.


  6. ehtiram adlı istifadəçi, Dekabr 27, 2007 tarixində, saat 16:12 yazıb:

    qadinla atin birleshdiyi anin adini hami bilmir ki?


  7. Kulturist adlı istifadəçi, Dekabr 28, 2007 tarixində, saat 16:45 yazıb:

    Ezrail adlı istifadəçi! Bura şərh yazanda deyəsən yaman əziyyət çəkmisən…
    Ezrail adlı istifadəçi! Sən deyəsən təhrif edilmiş İncili qabağına qoyub, mənim üçün həqiqət axtarırsan axı. Bəs sən özün necə həqiqəti tapmısan?! Bəlkə heç belə ağız dolusu danışmağına dəyməz.
    Yazıya qalsa bu yeni stil zad deyil. Bu sadəcə istedadsız və bacarıqsız bir adamın cızmaqarasıdır. Yeniliyə qalsa isə hələlik Azərbaycan ədəbiyyatına yenilik gətirən olmayıb. İndi Azərbaycan ədəbiyyatında bir qrup var ki, adlarını yazar qoyub millətə (utanıb – qızarmayıb) yenilik adı ilə boş – boş şeylər sırımaq istəyirlər. Bəli bunların nəticəsini, kimin kim olmasını zaman göstərəcək. Bu yerdə M. Ə. Sabirin “çalxalandıqca, ələndikcə zaman nehrə kimi…” şeiri yadıma düşür.
    Nəzərinə çatdırımki mən tənqidçi zad deyiləm. Mən sadəcə oxucuyam. Mənə marağlı deyil ki, bu necə, nə cür və kim tərəfindən yazılıb. Mən oxucuyam və hər dəfə oxuduğumda nəsə marağlı bir şey oxumaq istəyirəm. Amma ki, mən bu saytda hələ tam ürəyim istəyən bir şey – nəsr oxumamışam.
    Məsləhət görərdim ki, sən əvvəlcə tənqidin nə oluğunu öyrən sonra gəl söhbətin davamını edək.

    P. S. Kim G.S. imzalı şəxsin yazısını bəyənmirsə lütfən bura şərh yazsın və mənə dəstək versin.


  8. Şahanə adlı istifadəçi, Dekabr 29, 2007 tarixində, saat 12:17 yazıb:

    Kulturist, bu balaca qızdan çox şey gözləmirikmi?

    İnsanlarsız həqiqət olmaz - bilmirəm düzgün fikirdi ya yanlış, amma maraqlıdı.

    Gülər axtarışda, hiss olunur ki, axtarışda. Yazı əlbəttə ki, güclü deyil. Janrı mənə də qaranlıq qaldı. Düşüncələrim yazsaydı, daha doğru olardı.

    Gülərdə mənim xoşuma gələn bilirsizmi nədi? O sırımır! O iddia etmir! O, sadəcə, çox səmimi, saflıqla yaşantılarını bölüşür başqalarıyla. Başqalarının fikrinə tüpürənlərdən deyil. Başqalarının fikri onunçün maraqlıdır. Bu qız öyrənmək istəyir! Səmimi olmağın və öyrənmək istəyinin heçmi dəyəri yoxdu zəmanəmizdə?

    İnanıram ki, Gülər gələcəkdə çox-çox yaxşı yazacaq.

    Gülər, yazdıqlarını dönə-dönə oxu. Özün redaktə elə. Ver bacarığı olan bir dostun redaktə eləsin. Tələsik ortaya çıxarma.

    Sənə uğurlar!


  9. s_ART_ır adlı istifadəçi, Dekabr 29, 2007 tarixində, saat 12:58 yazıb:

    Salam. Mən Kulturist və Şahanənin bəzi fikirləri tam ilə razıyam. Yazı çox uğursuz alınıb. Üzərində işləmək lazım.


  10. A.Uğur Olgar adlı istifadəçi, Dekabr 29, 2007 tarixində, saat 19:04 yazıb:

    Bilirsiniz, monolog bir şexs terafından oynanan kiçik komediye, qalabalıya qarşı anlatılan güldürücü ve sanatlı söze denir. Monolog, insanın xatırına öz özüne gelen ve aralarında lap çox ancaq çağrışım bağlantısı bulunan bilinçli veya bilinçaltı düşüncelerdir ki, xx. yüzil başlarında bazı romancılar terafından qahramanların danışmalarına elave olunmuştur. Monolog üçün biraz anlatacak hedisesi olan eyni zamanda yazılışı ile maraq uyandıran, gülünç veya acıqlı bir kiçik piyestir de diye bileriq. Mono Yunan dilinde “yalnız, teq”, logos ise “söz” demeqtir. Buna göre, hörmetli Güler xanımın yazdığı yazıya göre, bu yazının tam olaraq bir monolog hususiyeti taşıdıyını söyleyebileriq. Güler, bu deneme ile monolog arası yazısında bizi, oxuyucuyu tebessüm edtirip düşündürmeqte, maraq uyandırmaqtadır. Onun daha çox cavan, genc olduyunu xatırdan çıxartmamaq gereqmeqtedir. Mutleq suredte irelide çox daha yaxşi monologlar, denemeler, hekayeler yazacaqtır. Men buna inanıram. Bele genc estedadları teşviq etmeq, ürexlendirmeq hamımızın boynunun borcudur. Diqqetime çatan bir husus ise, Azerbaycan’da tenqidlerin çox acımasız ve sert olduyudur. Niye? Bu insanlar, bu gencler monolog, hekaye, şeir v.s yazmayı analarının qarnından öyrenmiş olaraq doğmurlar. Bu bir süreç (zaman), bir merhale, bir tekamül hedisesidir, ki biraz xoşgörü ile yaqlaşma zorunluğu vardır. Bu gencler, bizim geleceyimizdir. Tenqidlerimizi rencide etmeden, onore edereq, yapıcı olaraq yaparsaq daha yaxşi olar.. Netice olaraq, Güler’in monologunu men çox beyenmişem ve davamını arzulayıram. Uğurlar.. Helelik…

    A.Uğur Olgar
    Mersin - Türkiye

    http://ugurolgar.sitemynet.com
    olgar33@gmail.com


  11. Ezrail adlı istifadəçi, Dekabr 30, 2007 tarixində, saat 01:02 yazıb:

    kulturist - yeqin ki kulturoloq olmagi arzulamisiniz, ancaq gorurem ki sizde alinmayib, chunki tanimadiginiz bir kimseye muraciet ederken medeni bir insan kimi sizle muraciet etmek lazimdir, senle yox. ona gore de sizin kimi bir insanin sherhine de cavab yazmagi bundan sonra lazimsiz bilirem. ne vaxt kulturoloq olsaniz gelersiz tenqidi de tehqiri de nece etmek lazimdir oyrederem. Guler xanim ve bashqa hekayeye fikrini bildiren sherhchilerde bagishlasin meni, hekayeye sherh bildirmek evezine kimese kulturologiya izah etmeye chalishdim. Haminiza ugurlar bashda Guler xanim olmaqla. qarwidan gelen bayramlarinizi da urekden tebrik edirem.


  12. Postmodernpərvərpərəst adlı istifadəçi, Yanvar 2, 2008 tarixində, saat 04:31 yazıb:

    Gülər, səssiz sayıqla, onusuzda başa düşmürlər səni… -)


  13. guler_miryahya adlı istifadəçi, Yanvar 7, 2008 tarixində, saat 14:10 yazıb:

    :)Men yazmmagi sevirem.Yazacam da.


  14. zuzu adlı istifadəçi, Yanvar 8, 2008 tarixində, saat 23:53 yazıb:

    Yazmağı sevirsənsə, yaz. Hamının sevdiyi kimi yazmağa mecbur deyilsen ki…He yazı da maraqlı idi, xoşuma geldi. Sene uğurlar


  15. gulnar atakishiyeva adlı istifadəçi, Aprel 8, 2008 tarixində, saat 22:18 yazıb:

    beyendim.ancaq men de razi deyilem ki,insanlarsiz heqiqet olmur.sene mutleq fakt-meger ALLAHin movcudlugu insanlarsiz heqiqet deyil.O’nun mahiyyeti bizim yashayib-yashamamagimizdan asili olmayaraq obyektiv suretde movcuddur.ugurlar!


  16. freeman adlı istifadəçi, Noyabr 10, 2008 tarixində, saat 01:40 yazıb:

    dusuncleri dirnaq boyasiyla qirmiziya boyanmis qiz atin ustunde nezere carpacaq bir gozellikle cevrilib olur melek. atsa ustundeki mesuliyyeti sanki anlayaraq ancaq cox qeyri-iradi ve bir o qeder de telashli bir veziyyetde saclarinda olum zeherini dasiyan bu meleyi surunmekden qurtulusa aparir. Onlarin qovusdugu yerse …. aaaa….iiii…..deyecem indi dayan…aaaa….deyesen mende bilmirem :-) (qeyd: bu an hamiya gece kimi aydindi bu qisa muddetli ebedilikdi,
    guler yazmaga devam her sey sende ela alinir.
    hormetle : senin daimi oxucun freeman

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: