Gələn il Azərbaycanda kinolayihələr müsabiqəsi keçiriləcək

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 26 Aralık, 2007

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gələn ilin yanvarın 10-dan martın sonuna qədər “Bu meydan, bu ekran 2008” kinolayihələr müsabiqəsi keçiriləcək. Nazirliyin mətbuat katibi İntiqam Hümbətov APA-ya bildirib ki, müsabiqə gənc nəslə vətənpərvərlik ruhu aşılayan yüksək səviyyəli bədii filmlər yaratmaq, Qarabağ müharibəsi mövzusunu kino vasitəsilə əks etdirmək, eləcə də kinematoqrafiya sahəsində çalışan gənclərə özlərini sınamaq üçün imkan yaratmaq məqsədilə təşkil olunur. İkincisi təşkil olunan layihə əsasında indiyədək 5 film istehsal olunub. İ. Hümbətov deyib ki, növbəti layihənin mövzusunda və formasında bəzi dəyişiklər olacaq.

1 səs2 səs3 səs4 səs5 səs (Səs verilməyib)
Loading ... Loading ...

Şərh yazın