İlqar Fəhminin ssenarisinə film çəkiləcək

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 26 Aralık, 2007

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin kino üzrə Ekspert Şurası 2008-ci ildə daha bir kino layihəsinin istehsal edilməsi barədə qərar qəbul edib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu, “Sınaq-film” prodüser mərkəzi tərəfindən təqdim edilən “Ölüm növbəsi” bədii filminin layihəsidir. Filmin rejissoru Fikrət Əliyev, ssenari müəllifi İlqar Fəhmidir.
Qeyd edək ki, daha əvvəl “Bizim kino” prodüser mərkəzinin Yavər Rzayevlə birgə hazırladığı “İlahi heyvan”, “Azərbaycanfilm” kinostudiyasının təqdim etdiyi Eldar Quliyevin “İstanbul reysi” və Ayaz Salayevin “Üçbucaq» telekanalı” layihələrinin istehsal edilməsi barədə qərar qəbul olunub.

1 səs2 səs3 səs4 səs5 səs (Səs verilməyib)
Loading ... Loading ...

1 Şərh var
Şərh yazın »

  1. İlqar bəyi təbrik edirəm. Uğurlar.

Şərh yazın