RAFİQ TAĞI : “MƏN MƏHƏMMƏD PEYĞƏMBƏRİ TƏHQİR ETMƏMİŞƏM”

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 29 Aralık, 2007

1Yazıçı Rafiq Tağı ilə müsahibə
 

- Rafiq bəy, həbsiniz barədə nə deyə bilərsiniz ?
- Mənə bu həbs nağıl kimi gəlir… Hər bir insanın həyatında belə sınaqlar olur. Bu da bir sınaq idi mənim həyatımda. Mən həbsxanadakı məhbuslara da deyirdim ki, insan həbsxanada 6-7 ay “yatsa”, bu, böyük universitet kimi bir şey olar. Ümumiyyətlə, həbsxana insanın realist, açıq görüşlü olmasına yardım edir. Elə bu yaşımıza kimi romantik olaraq yaşamışıq. Sonradan isə yaşadığı ömür yoluna baxanda görürsən ki, başqa reallıqlar var. Onu görmək lazımdır. Bu baxımdan demirəm ki, həbsxana həyatı faciəvi bir həyat idi. Amma bunu mərhələ olaraq keçmək lazım idi. Hər bir insan bu hətayı keçə bilər, biz də keçdik.
 2- Keçək həbsinizə səbəb olan yazıya. Həbsiniz zamanı Məhəmməd peyğəmdəri təhqir etdiyinizlə bağlı ittiham edilirdiniz. Siz bu barədə nə düşünürsünüz ?
- “Avropa və biz”  adlanan essedə mən heç Məhəmməd peyğəmbəri təhqir etməyi düşünməmişəm. Sadəcə bu Azərbaycanın gələcək taleyi ilə bağlı yazı idi. Fəlsəfi essemdə Azərbaycan inkişafının yönlərini göstərməyə çalışmışam. Məsələn, bu bir ziyalının fərqli yazısı və fərqli mövqeyi idi. Bu, cinayət deyil. Hər bir insan öz şəxsi fikirini bildirməyə borcludur. Qurduğumuz demokratik cəmiyyətdə insana fikirlərini ifadə etməyə qadağa qoymaq, anormallıqdır. Mən daxilən azad olduğuma görə fikirlərimi söylədim.
3- Düşünmürsünüzmü “Avropa və biz” adlı yazınızla inanclı insanları təhqir etmiş olmusunuz ?
- Mən sadəcə həmin yazımda mövhumatçılığı  təhqir etmişəm. Axundov, Mirzə Cəlil Məmmədquluzadə, Sabir də bu yöndə yazıblar. Yəni onlar da mövhümatçılığı təhqir ediblər. Sadəcə insanlarımız Axundovun “Kamalüdövlə Məktubları”nı oxusalar, görərlər ki, Rafiq Tağının yazdıqları onun yanında milyonda bir dəyərində deyil. Mövhümatı tənqid etmək, ifşa etmək İslam dininin özünə xeyirdir. Bununla da əsl İslam aşkarlanar. Əsl İslam dinini ortaya çıxarmaq üçün bütün mövhumi işləri tənqid etmək lazımdir. Əsl İslam dəyərləri doğurdan da ümumbəşəri, mütərəqqi ideyalardır. Mən milli dəyərlərlə yaşamışam və müsəlmanam. İslamın bəzi əməllərini yerinə yetirməyə çalışıram, kasıblara yardım edir və fağırların yanındayam.
- Məhkəməniz zamanı bildirirdiniz ki, sizin həyatınıza təhlükə var. Bəzi insanların məhkəmə salonunda “Son sözü Makarov” – deyəcək adlı atmacalar və s. təhlükəli fikirlər söyləyirdilər. Bundan sonra həyatınıza təhlükə gözləyirsinizmi?
- Mən hesab edirəm ki, baş verənlər olub, keçib. Heysiyyata toxunan fikirlər olub ki, insanlar da belə qıcıqlanmışdır. Bəzi insanlar bundan özləri üçün istifadə edərək, qarışqadan fil düzəltdilər. Bir sözlə deyək, yazdıqlarım heysiyyata toxunmuşdu və mən də heysiyyata toxunduğum üçün məhkəmə zalında üzr istədim. Üzr istəmək qəbahət şey deyil. Yazılarımda mən heç kimi təhqir etmək istməməmişəm, sadəcə həmin insan özü üçün həmin yazıda təhqir fikiri axtarır. Belə hadisələr bir neçə dəfə olub. Son yazımda da bəzi adamlar özləri üçün lazımi məqamlar axtardılar. Son yazımda isə bəzi hissələri qabartdılar. Halbuki, “Avropa və biz” yazım din haqqında deyildi. Avropa dəyərləri haqqında idi.
- Həbsiniz zamanı sizə münasibət necə idi?
- Həbsxanada yazımla bağlı mənə heç bir təyziq olmadı. Mətbuatda olan yazılar tək- tək əlimə düşürdü. Mətbuatda həbsimlə bağlı bəzi yazılar mənə pis təsir edirdi. Adını çəkmək istəmədiyim bir qəzet bizim şəklimizi  manşetə verib, yazırdı ki : “Nəhayət Rafiq Tağı qandallandı”. Düşündüm ki, öz həmkarlarımız belə yazandan sonra fəxr duyur ki, həmkarı qandallandı. Belə məqamlar mənə çox pis təsir edirdi.
- Necə düşünürsünüz, azadlıqda olan həmkarlarınız sizi lazımınca dəstəklədilərmi?   
- Ümumiyyətlə, “Azadlıq”, “Amerikanın Səsi” və BBC radiosu bizi dəstəklədi və baş verənləri aydın işıqlandırdı . Beynəlxalq təşkilatların da dəstək olması hiss olunurdu. Xüsusiylə Sərhədsiz Reportyorlar, Artikl –19,  ATƏT, Avropa Şurası, Human Rayts Voçt, Beyləlxalq Jurnalistlər Liqası başda olmaqla xarici səfirliklər və onların əməkdaşları bizə lazımınca yardım etmiş oldular. Yerli huquqmüdafiəçiləri, Leyla Yunus, Arzu Abdullayeva, Səidə Qocamanlı, Novella Cəfəroğlu, Rəna Səadəddinova və başqa insanların dəstəyini isə əvəzolunmaz qiymətləndirirəm. Həqiqətən qadın hüquqmüdafiəçilərimiz fədakarlıq etdilər və indi də öz fədakarlıqlarını davam etdirirlər. Jurnalistlərin tamamilə azad olunmasına çalışırlar.
-  Prezidentin fərmanına görə,  5 jurnalist azad edildi. 4 junalist isə hələ də həbsdədir. Bunu necə qiymətləndirirsiniz?
- Bu çox kədərli oldu mənim üçün. Gərək əfv tam olardı. Yəni bütün jurnalistlər və siyasi məhbuslar azad ediləydi. Çox istərdim ki, Mirzə Sakit, Eynulla Fətullayev, Qənimət Zahid, Müşfiq Hüseynov da azad edilsinlər. Bəzi səbəblərdən onlar əvf olmadılar. Bu səbəbdən bizim sevincimiz də yarımçıq oldu. Çox istərdim ki, həbsdə olan həmkarlarımız da tezliklə azadlığa çıxsınlar. Çox güman gələn əfv fərmanına həmkarlarımız da azadlıqda olacaq. Azərbaycanda çox istedadlı insanlarımız var. Sadəcə onlar düzgün qiymətləndirilmir. Neftdən gələn gəlirlə çox yaşamaq olmaz…
- Bəzi insanların fikirinə görə Rafiq Tağı “Salman Rüştü yolu” ilə getdi. Bu barədə fikirlərinizi bilmək maraqlı olardı.
- Mən “Salman Rüştü yolu” getmək fikrində olmamışam və gələcəkdə də olmayacam. Mənim heç belə fikrim də olmayıb. Bundan sonra da bütün yaradıcılığımla vətəndə məşğul olacam. Davamlı olaraq qəzetlərdə işləyəcəm. Ümumiyyətlə, mənim yaradıcılığımda tənqidin böyük rolu var. Axı heç kim, Dostoyevskiyə deyə bilməz ki, belə yazma, elə yaz. // Turan

1 səs2 səs3 səs4 səs5 səs (1 səs, hardasa: 1,00 ilə 5 arası)
Loading ... Loading ...

4 Şərh var
Şərh yazın »

  1. Allah icheridekilerin de qapisini achsin…

  2. Men Rafiq Taqini ve butun ‘
    “azadliqa”cixan Azad fikir sahiblerini salamlayir ve alqishlayiram.Hec teessuflenmiremde ki,o yazini oxumamisham.Men bu sayta da bir-iki gun olar baxiram. Burda da Seymur Baycanin haqqinda islamla baqli nelerse yazirlar.Onun da yazilari ile tanish deyilem. Ancaq nece deyerler mesele aydindir. Cox teessuf ki men aqir yaziram.Fikirlerimi tam catdirmaq menim ucun aqirdir.
    Amma mene qetiyyen catmir ki insanlar onlara oz dinlerini tapmaq da beledcililk eden insanlari ele butun dovrlerr de olduqu kimi helede dash-qalaq etmek de niye bele heveslidirler.Yene deyirem men cetin yaziram.Ancaq saqollashmamis deyim ki,yene de cox teessuf ki bu biz de tek dinle baqli meselede deyil.Butun sahelerdedir ve bu bizim boyuk belamiz hem de demek olar ki bedbextciliyimizdir!

  3. Man ozuma nifrat ediram ki Rafiq Tagi ila bir rayonda nafas aliram…

  4. rafiq muellimi tebrik edirem.bu xebereden cox sevindim.

Şərh yazın