Qaynar xəbər portalı

Kultaz: Məşhur polyak rejissoru Yeji Kavaleroviç 85 yaşında vəfat edib.
Rejissor 1966-cı ildə Boleslav Prusun romanıəsasında çəkdiyi “Firon” (Faraon) filminə görə, Oskara layiq görülüb. Davamı…


“Azərbaycantelefilm” Yaradıcılıq Birliyi bənzərsiz səsi, müstəsna dünyagörüşü olan şair Əli Kərim haqqında yeni sənədli filmin çəkilişlərinə başlamışdır. Filmin ssenari müəllifi Aydın Qurbanoğlu, rejissoru Tariyel Vəliyevdir. Davamı…


kitabPrezidentin təsdiq etdiyi siyahı “Kultaz”da!

Dünən Azərbaycan prezidenti İlham Əliyev dünya ədəbiyyatinin görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahisinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb. APA-nın məlumatına görə, ölkə başçısı sərəncamla dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərindən ibarət 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası”na daxil olunmuş əsərlərin siyahısını təsdiq edib. Davamı…


elmir Bəstəkar Elmir Mirzəyevin müəllif diski haqqında qeydlər
  
   Albomda bəstəkarın kamera-instrumental, eləcə də orkestr musiqisi təqdim olunmuşdur. Bura 1994-cü ildən (13 alət üçün “Intra Cancellos” - “Məhdud məkanda”) 2006-cı ilə qədər (bas fleyta, akkordeon, arfa, violonçel və musiqi mərkəzi üçün “Die gestorbene Zeit des Idealismus” - “İdealizmin ölmüş zamanı”) yazılmış 9 əsər daxildir. 
   Diskdə təmsil edilən əsərlərin hər biri müxtəlif sifarişlər əsasında yazılmış və demək olar ki, hamısı müxtəlif kollektivlərin konsert (canlı) ifalarında lentə alınmışdır. Belə ki, “Orkestr üçün 7 dəqiqə” (1999) alman dirijoru Bernhard Wulff `un rəhbərliyi ilə Bazel Simfonik Orkestrinin; Davamı…


Pelevin   Romanlarının birində Milan Kundera sualı insandan insana keçən anlayış körpüsü adlandırır. Bu bənzətmə hər iki mənada işləyir. Sual körpüyə, körpü isə insanın zamana və məkana ünvanladığı «o biri üzdə nə var?» sualına bənzəyir. Amma daha çox cavaba bənzəyən körpülər də olur.
   On iki yaşım olanda, mən hər gün velosipedə minib, şosse ilə nə zamansa QULAQ zeklərinin inşa etdikləri kanala doğru gedirdim. Kanala çatan şosse iki metal qövsün saxladığı körpüyə çevrilib, onun üzərindən keçirdi - körpü, üst hissəsi aşağı çevrilmiş soğana bənzəyirdi. Davamı…


elnur    qoşma-1
  
   ötər qərib-qərib üçtelli durnam
   car olar gözümün selləri boy-boy
   şiddəti bağrımın başında oynar
   əsdikcə qürbətin yelləri boy-boy
  
   o qədər ağladım peymanam doldu
   saraldı gül gibi irəngim soldu
   tərifli gözəllər gəlhagəl oldu
   bəy tək bəzədilər yolları boy-boy Davamı…