Elnur ASTANBƏYLİ, Şeirlər

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 31 Aralık, 2007

elnur    qoşma-1
  
   ötər qərib-qərib üçtelli durnam
   car olar gözümün selləri boy-boy
   şiddəti bağrımın başında oynar
   əsdikcə qürbətin yelləri boy-boy
  
   o qədər ağladım peymanam doldu
   saraldı gül gibi irəngim soldu
   tərifli gözəllər gəlhagəl oldu
   bəy tək bəzədilər yolları boy-boy   
   yoxsulun ağzını vara çəkdilər
   ha yazdım ağ üstən qara çəkdilər
   beçərə aşiqi dara çəkdilər
   kəsildi dost deyən dilləri boy-boy
  
    qoşma – 2
  
   məğribdən məşriqə karvanım işlər
   heydən düşən canım yol deyü ağlar
   gəl gör də qəfəsdən baxan aslanı
   sağ deyü inillər sol deyü ağlar
   
   bir sonam perikmiş gölə də gəlməz
   dolanar zalım baxt belə də gəlməz
   gedər ərdəmliyim ələ də gəlməz
   miskin aşiqi gör dil deyü ağlar
  
   dərdi bizə məhkum dərman onundu
   əkən o biçən o xırman onundu
   şahlar şahı odu fərman onundu
   ağam bəndəsini qul deyü ağlar
       2004
  
   İş elanları
  
    – 1 -
  
   iş axtarıram
   hər cür oğraşlıq gəlir əlimdən
   sabunlu-sabunsuz girməyi bacarıram
   işverənliyimə söz ola bilməz
   əvvəllər suvaqçı olduğumdandır ki
   indi daha yaxşı malalayıram
   həqiqətləri
  
   nə olsun qabaqlar bənna olmuşam
   ev tikmişəm yəni
   ehtiyacın üzü qara olsun
   indi ev yıxmağa
   məcbur və hazıram
   cibə nəşə atmaqda
   tayım-bərabərim yoxdur
   yəni nə tayım var nə bərabərim
  
   yalan demək əlimdə
   su içimi kimi bir şey
   üzə də dura bilərəm
   …iş axtarıram
  
    – 2 -
  
   seçki komissiyasında iş axtarıram
   saxtakarlığın min yolunu bilirəm
   insanların səsini
   oğurlamaq xoşuma gəlir
   yəni xoşuma gəlir
   insanların səsini oğurlamaq
  
   mənim üçün
   qutuya saxta bülleten atmaq
   o qədər asan ki
   sanki
   küçəyə siqaret atırammış kimi
   ya da siqareti küçəyə atırammış kimi
  
   saxta protokollara qol çəkmək?
   no problem
   zatən həyatımda hər şey saxtadır:
   doğum tariximdən diplomumacan
   hətta axtarsanız
   nikah kağızım belə saxta
  
   …iş axtarıram
  
   2007
   
    Sorokin və…
  
   …həyat haqqında düşünərkən
   ağlıma gələn ilk sual bu:
   “nədən
   təsadüfi yığdığımız nömrələr
   heç vaxt məşğul göstərmir?”
  
   2005
   
   
   Gecə ekspresi
   
    mobil telefonu söndürmək
    sonra televiziyonu söndürmək
    sonra işığı
    sonra ehtirasını
    sonra bir siqara yandırmaq
    sonra işığı yandırmaq
    sonra televiziyonu
    sonra mobil telefonu
    və
    çaynikin altını yandırmaq sonda da..
  
   2006
  
   Savaşa parodiya
  
   unutmamalı:
   ürək -
   sinəmizin altına
   basdırılmış mina misalı
   gec-tez partlayacaq
  
   və anlamalı:
   ürək -
   bütün partlayışlara parodiyadır
  
   necə ki
   bu şeir
   bütün savaşlara parodiya…
  
   2005
  
   Natiqi əsəbləşdirmək
  
   dost, mən hey içmişəm
   içirəm, içəcəyəm də!
   … yaxşı, yaxşı,
   özünə əl qatma,
   söhbət karvaloldan gedir…
  
   2007
  
   İrtica söhbəti
  
   iran irticasının Güney türklərini
   döyüb söyüb asıb-kəsməsinə boş ver də
   məni bu iranlılara əsəbləşdirən
   bilirsənmi nədir, dostum,
   belə gözəl duzlu xiyar bağlayasan
   arağı da qadağan eləyəsən?!
  
   2007
  
   OL!
  
   söyləməyə
   dilim yox,
   həqiqətlər
   çox acı.
   nə qardaş var,
   nə bacı,
   qar, mənim
   qardaşım ol
   
   ağca daş,
   qaraca daş.
   yekə daş,
   balaca daş.
   həm cavan,
   həm qoca daş,
   daş, mənim
   başdaşım ol
  
   tanrının
   yeri uca,
   əl uzatmaqla
   yetməz.
   kimsə
   mənimlə getməz,
   yol, mənim
   yoldaşım ol…
  
   2005

1 səs2 səs3 səs4 səs5 səs (3 səs, hardasa: 3,67 ilə 5 arası)
Loading ... Loading ...

4 Şərh var
Şərh yazın »

  1. Axirdan 1-ci, 2-ci ve 5-ci sherleri xosladim. Belke 1-cini de.
    Hem de hiss olunur ki, muellif klassik sheiri (eruzu filani chixiram) pis bilmir, ve behrelenir. Oxshar ceheti men Murad Kohneqalanin, Sherif Agayarin, Bextiyar Hidayetin sheirlerinde de duyuram. Bu da bir xoshbaxtchiliqdir da tanri qiyib Qazax-Tovuz-Lachin camaatina.

    Indi de “Sorokin ve” sheri haqda:

    “nədən təsadüfi yığdığımız nömrələr
    heç vaxt məşğul göstərmir?”

    Diqqetli oxucuda o deqiqe sual yaranir:”Niye gostermir ki? Dogrudanmi gostermir?”

    Oxucu bir az hesab bilirse o deqiqe hesablayir: Telefonda orta danishiq muddeti 3 deq. 15 saniyedir – statistika! Axsham saat 23.45den – tezden saat 8 arasi intervali chixaq. Yerde qalir 15 saat 15 deq. Bu muddete 3deq.15 san. texmini 300 defe sighir. O zaman (orta hesabla)neche defe tesadufu zeng etmek lazimdir ki, zenglerden biri meshghul gostersin? Sual ele de sade deyil, “riyazi gozleme” adli bir anlayish var ehtimal nezeriyyesinde, ona getirib chixarir. Bunun detalina getmeden (ve meseleni yungulleshdirib sadeleshidrerek) deyim ki, chox kobud hesablama emin eder ki, meselen 100 defe zeng etsen bunun hech olmasa birinde meshghul gostermesi ehtimali 1/3-den kichikdir, amma hardasa 1/4-e (2/9-a)yaxindir. Demek ki, 100 zeng uchun bu ehtimal sifir deyil. Indi men biilmirem orta bir adam orta hesabla neche defe tesadufu zeng edib heyati boyu. Amma, bu say necheyse cavab da ondan asilidir, her halda “hech vaxt meshghul gostermir” en azi mubahiselidir. Amma, ehemiyyetlisi nedir? Odur ki, bu hesablama, yaxud sualin ozu hetta o deqiqe poeziyani oldurur, eger burda hansisa poeziya vardiysa bele!

    Bunu qabartmaghimin bir sebebi de odur ki, artiq nechenci defe mushahide eleyirem, muellif sheirde chox mubahiseli, ve chox zaman da yanlish bir hokm yaxud tezis ireli surur, ve sonra bunun ustunde sheir qurur. Bir az dushunen oxucu da buna heyretlenmez. Men bir neche misal cheke bilerem bizim chaghdash dovr sheirimizden. Bashqa bir vacib cehet de budur ki, muellif ferqinde deyil ki, meselen onun guya poetik mushahidesi ressamda, musiqichide, fizikde ve s. istehza doghura biler. Bizim sovet dovr nesrimizde chox var bele fraqmentler.

    Muellife ugurlar ve cansaglighi arzulayiram!

    Birden yadima dushdu, ve lap yerine dushur. Icazenizle size dostum Rasimden bir numune verim:

    SAAT
    Artiq bir ishe yaramir
    pili bitmish bu saat
    demek
    zaman burada
    dirnaq boyuklukdeki
    bu guc menbeyinde imish
    hardan bilesen belke de
    zaman ele guc demekdir

    Bilmirem, Rasim ozu ferqindedir ya yox, (hemishe yadimdan chixir sorushum), amma sizi inandiriram ki, bu fikre muasir nezeri fizik de heyretlener, buna formal yanashmaq mumkunsuz olsa da. spekulyasiyalar ede bilerem.

  2. Axirdan 1-ci.
    2-ci qoşma.

  3. “İş elanları” şeirindəki xoşagəlməz misralar poeziyaya əsla yaraşmır. Gəlin ədəbiyyatda bu cür sözlərdən uzaq olaq.

  4. bu nedi bele???indi eminemki sabirin,celilin,muwviqin sumukleri sizildayir,edebiyyati day eleyibler kuce soyuwleri.belede exlaqsizliq olar?bu cemiyyet,bu ictimai orqanlar hara baxir axi?bizim geleceyimiz necede tehluke altindadir.bir edebiyyatci,bir filoloq olaraq bu rezilliye goz yuma bilmerem.aidiyyati orqanlara miraciet edib bucur menfi hallari,edebiyyata leke getirecek insanlara qarwi ciddi iw gorsun.olmaz bele bawiniza donum,olmaz

Şərh yazın