İlə görə arxiv: Aralık 2007


Gustav Vigeland və “Vigelandpark”

Yazar: Admin | Bölmə: Foto | Tarix: 05 Aralık, 2007

Abbas Atilay
Oslodan yaxşı xatirələrlə dönməyin yollarından biri heykəltəraş Gustav Vigelandın yaradıcılığının bir hissəsinin toplandığı Vigelandparka üz tutmaqdır. Bu parka çəkdiyimiz fotolarla birlikdə gedəcəyik. Amma öncə fotolar haqqında bir neçə söz deyim: İraqın sabitliyə, Somalinin toxluğa, Azərbaycanın azadqlığa ehtiyacı olan qədər Norveç Krallığının da günəşə ehtiyacı var. Vigelandparka getmək həvəsinə düşəndən bəri günəş itmişdi, hava da [...]



Misir filmləri həftəsi

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 04 Aralık, 2007

Dekabrın 18-dən 21-dək “Nizami” kinoteatrında Misir filmləri həftəsi keçiriləcək. Misir Mədəniyyət Mərkəzindən “OLAYLAR”a daxil olan məlumata görə, Misir filmləri həftəsi çərçivəsində detektiv, komediya və sosial həyatdan bəhs edən 4 film – “Alrahina”, “Titu”, “Muha” və “İnsanlardan biri” adlı filmlər nümayiş olunacaq.



Romada Firəngiz Əlizadənin musiqi tamaşası

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 04 Aralık, 2007

Romada yenicə istifadəyə verilən Müasir İncəsənət Kompleksinin konsert zalında “Al Kamandjati”-”Violinoçi” musiqili dram tamaşasının premyerası keçirilib. Bəstəkarlar İttifaqından “Olaylar”a verilən məlumata görə, premyerası keçirilən dram tamaşanın musiqi müəllifi qurumun sədri, professor Firəngiz Əlizadədir. Ssenari müəllifi israilli jurnalist Amira Hassa olan dram tamaşanın mövzusu dünya miqyasında günümüzün ən aktual mövzularından olan Fələstin-İsrail münaqişələrindən götürülüb.



Makedoniyada Beynəlxalq Türk Poeziyası festivalı keçirilib

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 04 Aralık, 2007

Skopiyedə VII Beynəlxalq Türk Poeziyası festivalı başa çatıb. Tədbirdə Azərbaycan, Türkiyə, Krım, Tatarıstan, Başqırdıstan, Qazaxıstan, Özbəkistan, Makedoniya və Kosovodan 80-dən çox şair iştirak edib. Festivalın yekunlarına görə, Azərbaycan şairi Rüstəm Behrudi Şah İsmayıl Xətai adına mükafata layiq görülüb.
TrendLife-a daxil olan məlumatda bildirilir ki, festivalda ikinci yeri Mirəziz Əzəm (Özbəkistan),



Muzey Mərkəzində Avanqard musiqi konserti keçirilib

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 04 Aralık, 2007

Bu gün Muzey Mərkəzində “Alüminium” III Beynəlxalq Müasir İncəsənət Biennalesi çərçivəsində Avanqard musiqi konserti keçirilib. APA-nın məlumatına görə, konsertdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti, əməkdar artist Rəna Rzayeva çıxış edib.



Almaniyada Azərbaycan mədəniyyəti

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 04 Aralık, 2007

Noyabrın 29-da Köln şəhərinin mərkəzində Almaniya-Azərbaycan mədəni əlaqələrilə bağlı tədbir təşkil olunub. Köln şəhər bələdiyyəsinin maliyyə dəstəyilə həyata keçirilən bu tədbirin təşkilatçıları Alman-Azərbaycan Forumu və Avroqafqaziya (EuroKaukasia) Elmi və Mədəni Araşdırmalar Mərkəzi olub. Gecədə çıxış edən şəhər mədəniyyət idarəsinin rəhbəri Yohannes Bunk qeyd edib ki,



Əlillərin yaradıcılıq sərgisi açılıb

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 04 Aralık, 2007

Dünən Tofiq İsmayılov adına “Uşaq Dünyası” Qalereyasında “Lotos” Əlilliyin Dərki və Təlim Mərkəzi, Gənclər və İdman Nazirliyi, həmçinin “Baksell” şirkətinin dəstəyilə yeniyetmə və gənc əlillərin işlərinin satış-sərgisinin açılışı olub. Məlum olduğu kimi, BMT Baş Assambleyasının bəyannaməsinə əsasən 1992-ci ildən 3 dekabr Beynəlxalq Əlillər Günü kimi qeyd edilir.



“Nəsnələr danışır, onların dilini öyrənməliyik”

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 04 Aralık, 2007

Şair Xaqani H.-la müsahibə
Son zamanlar yazıları və şeirləri ilə geniş mübahisələrə yer açan ən maraqlı imzalardan biri Xaqani H.-dır. Nisbətən geniş oxucu kütləsi Xaqani bəyi fəlsəfi yazılarından tanısa da, o, həm də çox maraqlı şairdir. Şeirləri üzərində zaman-zaman mübahisələr gedir; istər bu mövzuda, istərsə də ədəbiyyatımızın ümumi durumu haqqında hazırda Türkiyədə elmi və yaradıcı fəaliyyətlə [...]