Rəbiqə Nazimqızı, Şeirlər
Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 03 Ocak, 2008Bu qədər çirkabın içində,
bircə körpələrimiz təmiz qalır.
Bircə onlar sevinc gətirir,
getmək istəyəndə
bizi təkcə onlar saxlayır.
və yalnız onların
bir tək təbəssümləri üçün
hər şeyi qurban verib,
heç nə olmamış kimi gülümsəmək olar…
Yataq otağında
(Birpərdəli tamaşanın remarkası)
Evin başı aşağıydı,
divarlar adam kimi susurdu,
dolab yasdaydı,
çarpayı yerində dustaqdı.
yastıq üzünü gizləmişdi,
yorğan səssizcə ağlayırdı.
mələfə söyürdü.
güzgü qırılmağa hazırdı,
Bir də, pəncərənin yanında
kimsə bunları xatırlayıb
roman yazırdı.
***
Suss! Süküt dilimi daha yaxşı bilir,
daha yaxşı anladır faniliyi, çıxılmazlığı.
O daha yaxşı təsəlli verir – susmaqla.
Günahı özündə axtar
Yaxşı qadının yeri nə mətbəxdi,
nə səngər.
Yaxşı qadının yeri nə işdədi,
nə evdə.
Bircə, yaxşı kişinin yanındadır yaxşı
qadının yeri.
***
Gözəlliyin heç,
Çantan, əlcəyin,
son dəbli eynəyin bir yana.
Xoşbəxtlik saçan baxışların
meydan oxuyur…
***
Mən bu axşam gedəcəm.
Əslində qayıdacam
şəhərə,
işə,
özümə,
qızıma.
səhər tezdən oyanıb,
Günəşə baxacam.
və o məni hamıdan tez
salamlayacaq…
Daha az ümid
Küçə itləri daha şanslıdırlar -
bircə ümidləri var
bəlkə, kiminsə
yazığı gəlib onlara sümük atar…
yalnız çörək üçün
özünü oda-közə vuran dostumu
indi anlayıram
Ona heç çörək də lazım da deyil…
***
Məni tək qoymursan qorxma,
Işıqlar və uşaqlar var.
Mən də narahat deyiləm.
Düşünürəm ki,
hər şeyin acığını çıxmağa
yanında bir qadının olar.
***
ən uzaq məsafədir bir addım
ən yaxın adama.
ən ağıllı adam bu yolda dayanmaya bilər
ən dəlisovunun cəsarəti çatmaz bir addıma
yanlış anlama
ağlımdan pis heç nə keçmir
bir addımdan başqa
Ezamiyyət
Deyin məni ən qaynar
nöqtəyə yollasınlar,
qulağımın üstündən
uçub gedən güllələri
nöqtələrə çevirim.
bu dəfə nöqtəni güllələr qoymasın,
bu dəfə nöqtələr gülləni bitirsin.
Deyin məni ən qaynar
nöqtəyə yollasınlar.
Barıt qoxusunu duyub açılsın
burnumun donu,
üzümün qırışığı.
bir kərə ölümə deyil,
həyata yarasın
qaranlıq yolumda yansın mərmi işığı -
Deyin, məni ən qaynar nöqtəyə göndərsinlər.
Zireh geyinim, səngərdə sürünüm.
ac-susuz, yuxusuz qalım,
özümlə,
özümdə heç vaxt görmədiyim dözümlə öyünüm
bir addımında ölümü düşünüm, istəyirəm.
ölüm ömründə bir kərə qorxutmasın,
ömründə bir kərə həyatı anlatsın…
Minaları hiss eləmək istəyirəm,
ayağım atından yer qaçsın,
bir də vaxt.
Ürəyimdə qorxular sınsın,
boşluqlar partlasın.
Ömrümdə ilk dəfə
ev üçün darıxım istəyirəm…
Deyin məni ən qaynar nöqtəyə yollasınlar –
Inanıram, bu nəyisə dəyişəcək…
Nöqtə
Şeir mükəmməli tapmaq cəhdidi –
tapdın, tükənəcəksən.
Deməli, bir şeir var
və sən hələ ona doğru gedəcəksən…
Sevgilər də hamısı birinə bənzəyir -
axı bir nəfəsə yaranıb insanlar
və deməli, hamısında səndən də nəsə var.
Bütün yollar bir yerə aparır,
Deməli bir yol var və qalanlar onun hissələridir.
Bir gün sən də buna gələcəksən.
Bilirəm indi nə soruşursan –
sonuncu-birinci nöqtəyə nə qədər qalır?
Mən bunu saydım -
Bir addım, tək bircə addım…
***
Su gəmini saxlayir,
göylər təyyarəni.
Niyə düşünmüsənmi?
Çünki altında torpaq dayanır
suyun da, göyün də -
göydə də, suda da
hamı torpağı tapdayır…
Aynur üçün 2
Qızım, paltarını yığ, yığış gedək,
daha buralarda bir işimiz yox.
Bizim indimiz yox, keçmişimiz yox,
bircə yolumuz var, o da gələcək.
Biz güclü deyilik, zəifik, zəif,
gələr üstümüzə daşla adamlar.
Baş aça bilmərik nə istəyirlər
Bu cavan adamlar, yaşlı adamlar.
- Hara gedəcəyik? – Burdan uzağa.
- Orda məktəb varmı? – Əlbəttə ki, var.
- Bəs, təzə evimiz, orda qalmayaq?
- Bizsiz də o evdə qalan tapılar.
Daha sual vermə, cavabım yoxdur,
hər gün əsəblərim itir bu yerdə…
Darıxma, nənənə zəng eləyərsən,
dayına bir məktub yazarsan hərdən.
Bəsdi sözə tutdun, vaxt yoxdu, quzum,
uzun yolumuz var – üzü qüruba.
Qırmızı kərpicdən evimiz olsa,
bir də şimal qışı, balaca soba.
Niyə geyinmirsən, gözləmirəmmi?
Deyirsən, qaranlıq düşübdü artıq?
Eybi yox, bu gün də qalası olduq,
Səhər paltarları yığışdırarıq.
2.
Saçlarını hörməyə olur ki, vaxt tapmıram.
Yuxun gəlir, boynunu qucaqlayıb yatmıram.
Üzündən öpməyi də yadırğayıram hərdən.
Agrıyıram, bilirsən, qınamırsan məni sən.
Mən qüssə gətirirəm axşamların içindən.
Alıb yükümü məndən xəfif gülümsəyirsən.
Sən məndən daha yaşlı, mən səndən qat-qat uşaq.
Kim kimi böyüdəcək, kim kimi qoruyacaq
Aynur üçün – 3
Uzaq səfərim var, yol üstündəyəm,
Bəlkə, gec gələrəm, nigaran qalma.
Arxamca ağlama, könlümə dəyər,
Qapıda dayanma, yola boylanma.
Sən ağıllı qızsan, uşaq deyilsən,
Analar həmişə yaxında olmur.
Unutsam, üzülmə, özün bilirsən,
Unutqanam, heç nə yadımda olmur.
Analıq etmədim doyunca sənə,
Vaxtım yetişmədi, sevgim çatmadı.
Sığışa bilmədim evə-eşiyə,
Qazana-çaydana əlim yatmadı.
Səni xəstə qoyub işə tələsdim –
Ağırımı yollarda unutmaq üçün.
Mən özüm özümə elə yük idim,
Səni qaldırmağa çatmazdı gücüm…
TAPINTI
Sənə qədər bilmirdim
belə də ola bilər
hissə-hissə yaşana bilər məhəbbət.
Məsələn, yalnız səs qulaqları ala bilər,
təbəssüm ürəyi,
pencək əlləri çağırar.
Mən bilmirdim -
insanlardan daha çox aradakı məsafə çığırar,
ağrıyar çıxılmazlığa.
Bilmirdim -
barmaqlardan da almaq olar dodaqların hərarətini.
Soyuq həmişə isinməyə işarə deyil,
yaranlıq yaxınlıq üçün deyil həmişə.
İndi çox şeyi bilirəm
və məəttəl qalmıram bu işə.
***
Bu qış küknar ağacının altında
hədiyyə olmaq istəyirəm ən bədbəxt adama.
Amma…
Görərmi?
Götürərmi?
Saxlayarmı məni könlündə?
Bilmirəm.
***
Dodaqlar göyərəndən sonra,
bədənindəki xalların yerini
əzbər biləndən sonra,
yüz kərə hər şeyi fərqli başlayıb,
eyni cür bitirəndən sonra
nəyin mənası qalacaq, nəyin?






Yüklənir...
Səhifənin redaktorunu verəcəm məhkəməyə, belə şeirlərlə itirdiyim zövqümü kompensasiya olaraq istəyəcəm… -))
Bunlar necə ayıbına kor olmur ha, Cavidandan sonra şeir adı tutur… -)
Aynur üçün yazılanlar!!!
Rəbiqə xanım! Təbrik edirəm, bir-iki bəsit bəndləri çıxsaq, ümumən gözəl şeirlərdir. Bu mənim fikrim, amma deyiləsi sözlərim də var. Rəbiqə xanım, bəzən oxucu başa düşməz deyə təfərrüata varırsız, yanlış duymadı,hər şey aydındı, əksinə, belə izahatla şeiri adiləşdirirsiz. Belə ki, “Uzaq yol”-da 1-ci misra artıqdı, bu misranı silin, qoy şeir üzə çıxsın! “Gözəlliyin heç”də də eynən, “heç” artıqdı. Ən çox xoşuma gələn “Bu qış küknar ağacının altında” oldu. Di gəl, burda da 3-cü misra, 6-cı misrada da “məni könlündə” artıqdır, başa düşün, Sizi başqa harda saxlaya bilərdi? Belədə Paustovski gənc yazıçılara yazırdı. “Əliylə qapını açdı”-da “Əliylə” artıqdı. Məlum işdir də, sizin qəhrəmanınız qapını başıyla açmayıb, birbaşa, “qapını açdı” yazın”. Ugurlar! Yeni gözəl şeirlərinizi oxuyacağıma inamla!
Konveyerdir ey, konveyer… -))
“Aynur uchun 2″ eladir…
Bayramini da tebrik edirem…
Guney-Lenkeran-Ashaqi-Nuvedi
Teqvim ilinin Milad derisi
Tenhaliqim intuisiyamla
Intellektim Fehmimle
sevisherken
sen yadima dushdun,
Sheir yazdim
(www.artyazar.azeriblog.com saytina goz at)
sene yolladim
Dedin:
http://www.kultaz.com A bax.
Tenhaliqdan aralaniben
Internete yollandim
Kechdim 1 manat 20 qepiyimden
Iki saat Virtuallasharaq
omrumu senin sheirlerine churutdum…
Orada ozumu aradim,
Teessuf – yene seni gordum…
Yaqishdan islanmish qish
Guney-Lenkeran-Ashaqi Nuvedi
adlarinda teklik cenneti
Bir kimse sizlerden yox
bir damci edebiyyat yox
teleseriallar, muqam shousu,
azad heyat sevgisi
Intuissiyamla tenhaliqim
Fehmimle tekliyim
sevishen anlarda
sen yaddash adli dar aqacindan
asilib qaldin
sene SMS-sheri yazib yolladim
(bax: http://www.artyazar.azeriblog.com
saytima – eger Internet omrum qirilmasa)
Senin – http://www.kultaz.com saytinda
yeni sheirlerime bax
e-pichiltilarin olmasaydi
belke de bu Teqvim ilinin bayram derisini
hele chox cheyneyerdim…
Sen uzaqdasan, yaxindasan,
ferqi yoxdur, esas odur ki,
qelbimdesen, dushuncelerimdesen
sherime ilishib qalmisan
sevgi kendirinde boqulursan
Sheirlerine tez goz gezdirdim
Teessufler, yene onlarda
Ozumu gormedim…
Tekce sensen, yalniz duyqularin
Ve bir de sevgin…
Mense ne sevgiyem, ne duyqu…
Men ozum olmaqdan yorulan
bir Yoldar…
Post, başa düşürəm ki, 2 cümlə ilə 3 nəfərə sataşmaq kimi bir şakərindən keçəmmirsən, amma Rəbiqə xanıma çox da haqsızlıq etmə ama…-))
Aynur üçün olanlar və Yataq otağında xoşuma gəldi.
O birilər də bəd deyildi…
Şahanə, 3-cü də sənsən..?
Ürəyini buz kimi saxla,
Sənin də yaxşı yazmaq şakərin var…-))
Rəbiqəni və Aynuru tanımayanlar üçün yuxarıdakı sözlərin qram qiyməti yoxdur…
Deməkdən dilimdə tük bitdi, avtobioqrafik yazmayın…-)
1 – səhifənin redaktoru
2 – şeirin müəllifi
3 – müqayisə obyekti
Məni bu üçlüyə qatmayın… -))
Avtobioqrafik deyəndə ki…axı şairə qeyd edir, qızım yığış gedək-filan…aydındır ki, Aynur onun qızıdı, yox?
Mən də keşiş ağzı söymürəm, deyirəm ki, hamının qızı üçün yazın!
O ki qaldı sataşmağa, müqayisə obyekti bilər, mən bilərəm-))))
Aynur üçün 3- ağrılı bir etiraf…
Amma, Rəbiş,
“Analar həmişə yaxında olmur.” sözlərinlə razı ola bilmirəm…Anaların haqqı yoxdu həmişə yaxında olmamağa…
Vallah bu şeirlər mənə çox zəif göründü… hər halda Rəbiqə xanımın son oxuduğum şeirlərindən sonra geriyə doğru ən azı bir addım kimi qiymətləndirirəm mən… hər halda Aslan müəllimin dərnək rəhbəri səviyyəsində qeydləri belə çox yumşaq yazılıb… Rəbiqə xanım, bir az düşünün!!!
Hamınızı xoş gördük! hesab edirəm ki, ötən dəfəkilərdən fərqli olaraq bu dəfə oxucular daha obyektib qiymət veriblər. Çünki müəllif olaraq mənim şeirlərlə bağlı fükirlərimlə müəyyən qədər üst-üstə düşür rəylər… Xüsusən Aslan bəyə təşəkkür etmək istəyirəm, iradlar yerindəydi və yəqin ki, gələn dəfə bunları nəzərə almağa çalışacam. Scorpion, inanın ki, səmimi olmanız məni sevindirdi. Hər halda, bu da eksperiment idi, uğurlusu da olur, uğursuzu da…
Hamınız çox sağ olun!
mene maraqlidir goresen postmodernperverperestdi nedi adini da demek olmur bu efendiciyin zovqu itirilmemish zovqu yeni nece idi….
ve yaxudda ortaya ne qoyub goresen indiyeneycen.ona buna ilishmeler\?
neyse Rebiqe tebrik edirem sen hec kime fikir verme sadece
Ayka, canım-gözüm, şərhdi də dostumuz yazıb, öz fikirlərini bildirib, niyə hirslənirsən?..
Sadece demek isterdim ki, sheirleriniz ichimi oynatdi. Xususen “…kuknar agaci…”
Tebrik edirem!