Qaynar xəbər portalı

Kitab dünyası


Sevinc Çılğın, YASİN


Bölmə Bölmə: Ədəbiyyat | Göndər Göndər | Çap et Çap et | 517 oxunma

Sevinc Çılğınbu qışın susan ümidlərini mənə burax
yaşanmamış baharlar varmış
de
nə deyəcəksən indi de
de ki
sabah yerini başqa bir qadına verirəmde ki ölürəm
de ki öldürürəm
de ki
daha
la ilahə illallah yoxdu
Məhəmməd də onun rəsulu deyil
bu ilin ilk qarı yağdı dünən
demirəm ki, anlamadım
hər şərdə bir xeyir var deyirdilər
tərsinə isbata nə lüzum
allah da bir deyilmiş
minlərin birliyiymiş
ən böyük
ən qadir
ən mərhəmətli deyilmiş
böyüklərin
qadirlərin
rəhimlilərin
mən nə bilim nələrin
mən nə bilim nəyiymiş
yasmı tutmalı
qarayamı bürünməli
ölməyə gücüm olmaz bilirəm
ölməkdən o yana nədirsə odur
bilməlisən
sən ən bilənimsən
allah deyilsən
allahım deyilsən
allahdan o yana heç nə yox
sən osan….

yenə kəsilən başlar fəsli gəlir
səfərə çıxmaq yox bu aralar
yenə matəmli havalar…
böyük çilə
kiçik çilə
sonra da ömür fəslim – alaçarpa
yağış
qar
çovğun
şaxta
tufan
rüzgar
dolu
bürüyəcək yolu
hüzün gələcək
ayaqlarını çırpa-çırpa
ilahilərin ritmi bu….

bu bahar Bakıda sonbahar demişdim
kimsə inanmadı
Aygün xanım mahnı da yazmadı
olmaz
ağır mətndi
buna mahnı yazmağa əlim gəlmir dedi
gərək gələydi
mənim payızımdan kimə nə, dostum
mən zatən yazılmayanlarda itib-batdım….
bir ömür yalanlarla oyanıb
yalanlarla yatdım
demə ki, allahın qəzəbindən qorx
demə ki, allah ona üsyan edənləri əfv etmir
de ki,
demişdim axı allah bağışlayandır….

qələmlərin bitdiyi yerdə sən
sözümün bitdiyi yerdə mən
mənim bitdiyim yerdə bir ovuc torpaq qalar
üstümə daş atmayın demişəm
yaşıl otlar cücərincəyədək su
bol su
dolu dolu su səpin…
məndən geriyə heç nə olmamalı çünki
çünki
bu işin
bu çünkilərin çünkisi yox
çünki allahın üz döndərdiklərinə bəndədən nə hacət…

əlif, ləm, mim
vəl quranil həkim
məliki yavmid-din
daha mən nə bilim kim

hara
harda
kiminlə
allahın hökmü
peyğəmbərin kavli ilə
məni….
Öldürün məni!!!!!!!!!!!!!!!

3 yanvar 2008    






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (2 səs, təxmini: 2.5 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Bazar, Yanvar 6th, 2008 tarixində 18:33 radələrində Ədəbiyyat bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

23 şərh var


  1. Şəms EL adlı istifadəçi, Yanvar 6, 2008 tarixində, saat 18:43 yazıb:

    Qatmayın İslamı şeirlərinizə. Sizin İslama dəxliniz nə qədərdirsə, İslamın da şeirlərinizə dəxli o qədərdir. Əl vurmayın O`na, kirləndirməyin…


  2. e110365 adlı istifadəçi, Yanvar 6, 2008 tarixində, saat 21:26 yazıb:

    Söz salatı…


  3. Mucahid adlı istifadəçi, Yanvar 6, 2008 tarixində, saat 22:01 yazıb:

    Ümumiyyətlə mən başa düşmürəm ki, adminin bu ŞEYləri yaymaqda məqsədi nədir?


  4. ayna adlı istifadəçi, Yanvar 6, 2008 tarixində, saat 23:09 yazıb:

    Sevinc, S.El duz deyir, Zeif seirlerine Islami qatma


  5. Mayna adlı istifadəçi, Yanvar 7, 2008 tarixində, saat 00:51 yazıb:

    Sevinc, men de duz deirem, sheir xoshuma geldi. Mollalara fikir verme :)


  6. Novarg adlı istifadəçi, Yanvar 7, 2008 tarixində, saat 12:26 yazıb:

    Hiss olunur ki, Cavidan mektebinden behrelenerek yazilmish bir sheirdir… -))

    Chilgin, zarafat eledim, ela sheirdir… Yani, 03 Yanvar 2008-de yazilan bir sheir ne qeder gozel ola bilerse, bu da o qeder gozeldir… Ugurlar sene…


  7. scorpion adlı istifadəçi, Yanvar 7, 2008 tarixində, saat 13:16 yazıb:

    Və bu xanım hələ başqalarının ondan bəhrələndiyini iddia eliyir… Ya rəbbim sən ozün bizə səbr ver…


  8. Şahanə adlı istifadəçi, Yanvar 7, 2008 tarixində, saat 14:17 yazıb:

    Yaxşı ki, istifadəçilərdən biri “Bakı 03 yanvar 2008-ci ildə nə qədər gözəl idisə, bu şeir də o qədər gözəldi” yazmayıb…

    Yaxşı qurtardıq…:))

    Şeirdi də…oxudum və artıq unutdum…


  9. Orxan adlı istifadəçi, Yanvar 7, 2008 tarixində, saat 14:51 yazıb:

    Şedevr deil, amma normal şerdir. Bir şeyi də anlaya bilmirəm, elə bil bir qrup adam xorla birini pisləyir, xorla birini tərifləyirlər. Dejurnu ziyalilar, dejurni tənqidçilər kateqoriyasına, dejurni şərhçiləri də əlavə eləmək lazımdr.


  10. Sima N. adlı istifadəçi, Yanvar 8, 2008 tarixində, saat 16:20 yazıb:

    bir qədər qatmaqarışıq olsa da, maraqlı şeirdir, ölmüş sevgiyə yasin…


  11. error man adlı istifadəçi, Yanvar 10, 2008 tarixində, saat 19:38 yazıb:

    seri oxudum amma sonra oxudugum zaman itirdiyim deyerli vaxtim ucun teessuflendim.


  12. Ejdeha adlı istifadəçi, Yanvar 19, 2008 tarixində, saat 12:11 yazıb:

    Xətrinizə dəyməsin sevinc xanım ucuz şerlərinizə Böyük Yaradanın Adından reklam kimi istifadə etməkklə milyonlarla inanclı insanların inancına hörmət etmirsiniz. Heç sizə yaraşdırmadım.
    Yeri yoxdur !!!!


  13. Chilgin adlı istifadəçi, Yanvar 19, 2008 tarixində, saat 16:00 yazıb:

    Əziz dostlar! Bu şeir bura yerləşdirilən gündən yalnış şərhlərin yazılmasına səbəb oldu. Mən burada yazılan şərhlərə cavab vermək istəmirəm heç vaxt, çünki oxucuların fikrinə qarışmağı, müdaxilə etməyi lazım bilmirəm. Amma bu dəfə situasiya başqa cür oldu. Şeiri anlayan da, anlamayan da eyni şeyi dedi. Və mən anladığım qədəriylə oxuyanlar arasında heç kəs doğru-düzgün başa düşməyib(istisnalar kuralı pozmaz!).
    Bu şeir nə üsyan, nə ateizm,nə də inkar yönümlü deyil. Əslində ilahidir(!). Hətta ədəbi savadı olanlar bunu ritmindən də duya bilər. Və şeirin məhz “de ki” deyimi ilə başlaması da təsadüfi deyil, ümumiyyətlə burada təsadüfi heç nə deyilməyib. Təvazökar deyiləm, bilirsiz və bu arada dini savadsızlığımın da olmadığını qeyd edə bilərəm. İlk dəfə Quranı oxuyanda 12 yaşım vardı və ərəb dili təhsilliyəm, yəni ki, nə oxuduğumdan da ən azından burda şərh yazanlardan az olmayan dərəcədə haliyəm. Və ayrıca, kifayət qədər (!) dini kitab mütaliə etmişəm (bilirsiniz, Qafqazda dinsiz yetişmir(!)). Elə ilk misalı “De ki” ifadəsiylə izah etmək istərdim ki, Quranda bu başlanğıc var - “Qulhu”. Və ilk misralar “nə deyəcəksən indi de”… Şeiri izah etməyə nifrət etsəm də, anlamayanlar üçün bir yəni daha… Yəni ki, sən bildiyini de, de ki allahdan başqa allah yoxdur, məhəmməd də onun rəsuludur. Və mənim də bildiyim budur. Ama sən üsyan et ama bu belədir və bizə bunu öyrətdilər, indi doğru da, səhv də olsa bizim inancımız budur. Bİraz alt qatı var bunun.
    Mən Allahı bütün müsəlmanlar kimi nə göydə, nə yerdə, nə də pirlərdə, məscidlərdə axtarmıram. Və ona “o kişi” deyə müraciət etmirəm. Allah yeri, göyü və onların arasında olanları 7 günə xəlq edən bir qüvvədir. Sanki bir mexanizmdir. Yəni ki, ləm yəlid və ləm yuləd (doğmadı və doğulmadı(!)). Ona görə də,”allahdan o yana heç nə yox” misrası gəlir ardınca.”Mən nəbilim nələrin” ifadəsi isə yəni mənim ağlımın almadığı şeylər kimi anlaşılmalıdır. Yəni yalançı müsəlmanların anladığı şeylər də deyil, mənim anlayacağım şeylər də izah edə bilməz Allahı. Allah bizim şüurumuzun fövqündədir. Sonda da buna yeni bir sübut- əlif, lam, mim- izah olunmayan, aydın olmayan,hələ də böyük mübahisələrə səbəb olan Quran ayəsi.
    Sonra Məhərrəm ayı xatırlanır, yenə bu zamanı hüzün içindəyəm deyilir.
    “demə ki, allahın qəzəbindən qorx
    demə ki, allah ona üsyan edənləri əfv etmir
    de ki,
    demişdim axı allah bağışlayandır….”- bəs bu nədi sizcə? Allahla bizi qorxudan, Onu sevməyi deyil, Ondan qorxmağı öyrədənlərə daha gözəl şeyləri öyrət, məsələn de ki, Allah bağışlayandır, bacardığın an tövbə et, əfv dilə O bunu qəbul edər - deməyə çağırmaq deyilmi? Burda həqiqi islama çağırış var əzizlərim, mən bunları düşünüb də yazmışam. Mən Allahdan deyil, Allahın qəzəbindən, Onun cəzasına tuş gələcəyimdən qorxmağa üstünlük verirəm. Ondan qorxmaq deyil, Onu sevmək laımdır! Razı deyilsiz? Çünki O sevilməyə layiq yeganə qüvvədir və yalnız Ona olan eşqlə insan ucalığını əldə edə bilər, ruhunu təmizləyib kamilləşə bilər.
    Mən daha çox izah edə bilərəm, amma istəmirəm. Və son abzas…
    Şəms El, O əgər bir karə olmayan bəndənin sözü ilə kirlənə biləndisə onda o O deyil və siz də gerçək O`nu tanımırsız!
    Mucahid, belə şeylər ona görə qoyulur ki,sizin kimi “mücahidlər” əslində nə uğrunda cihad edəcəklərini anlasınlar.
    Ayna,burada islam heç nəyə qatılmır anlamadığın qədəriylə. Müsəlman birinin Allahı yalnış izah edənlərin yanında oyanması naminə deyilən şeirdir. Yasin ölülər deyil, dirilər üçündür, mənası isə “ey insan” deməkdir. Yəni ki, oyan və həqiqi Allahı dərk et, Onu tap və Ona sığın!Başa düşürsüz?
    Şahanə, elə sizin kimi islamı, daha doğrusu, Allahın varlığını sanki bilən və onun göndərdiyi ayələri bu qulağından alıb o biri qulağından ötürənlər üçündür bu şeir!
    error, Allahı bir daha xatırlayıb günahlarımdan qorxdum de!
    Ejdaha, indi sizə aydın oldu?


  14. Şahanə adlı istifadəçi, Yanvar 19, 2008 tarixində, saat 16:16 yazıb:

    Şeirinizi oxudum və unutdum dedim.

    Şeiriniz Quran ayəsi deyil ki…

    Tənqidə dözümlü olun, xanım. Şeiri izah etməkdən də zəhləniz getməsin. Özünüzçün yazırsınızsa, çap etdirməyin. Oxucuların hamısı sizin kimi ərəbdilli, mütaliəli olmaya da bilər. Oxucu üçün izah etmək qəbahət deyil. Təbii ki, izah etməyə bir şey varsa.

    Bəlkə sizin izahdan sonra Oxucu sevəcək sizi? İzləyəcək? Sevə-sevə oxuyacaq, “görək Zahir bu dəfə nə qoyub e bura” demədən gözünə təpəcək şeirlərinizi?

    Oxucuya hörmət yazarın borcudur!

    Bir qədər də təvazökar olun, xanım. Sadəlik gözəllikdi…


  15. Chilgin adlı istifadəçi, Yanvar 19, 2008 tarixində, saat 16:55 yazıb:

    Şahanə, əzizim, mən demədim ki, oxucuya hörmətim yoxdu. Əksinə-daha çoxdur. Amma şeiri izah etmək ona hörmət demək deil ki. Ahmet Haşimin təbirincə desəm, şeiri izah edib içindəki mənanı çıxarmaq bir bülbülün içini yarıb səsini çıxarmaq kimi bir şeydir. Ona görə də, bu cür şeyləri sevmirəm. MƏn həm də demədim ki, QURAN ayəsidir şeirim. Amma ordan sitatlar var dedim. Təvazökarlığa gəlincə, mən inanmıram adamların yalançı təvazökarlığına. Özümə inanlram və nə yazdığımın fərqindəyəm, burda nə var ki. Həm də yalan deyirlər, sadəlik həmişə gözəllik deyil, özü də Azərbaycan kimi bir məmləkətdə. Və şəxsən tanımadığınız mənim haqqımda fikir söyləməyiniz də doğru deyil, məncə.


  16. Postmodernpərvərpərəst adlı istifadəçi, Yanvar 19, 2008 tarixində, saat 22:39 yazıb:

    Malades, Çılğın…
    Çılğın, görən şeirlərin niyə izahların qədər savadlı deyil..?

    Konspirasiya damarım tutdu yenə..-))


  17. Aslan adlı istifadəçi, Yanvar 19, 2008 tarixində, saat 23:53 yazıb:

    Şeirləri, sonra şərhləri oxudum, yenə də varlığıma anlaşılmaz duyğular hakim kəsildi. Bu nə anlama gəlir, mənim zövqüm korşalıb, ya yanlışlıq hardadır? Qənaətimcə bu şeirlər gözəl şeirlərdir, yenidir, kimisə təkrarlamır, duyğuların üsyanı və bu üsyanın poetik təsviri gözəldir! Elə isə burdakı şərhçiləri, xüsusi ilə də rəylərinə mənim məxsusən hörmət elədiyim şərhçiləri qane eləməyən, narazı salan nədir? Mübahisə açmaq fikrində deyiləm, sadəcə mənə elə gəlir bizi çox vaxt şeirlər, bizə təqdim olunan materiallar dilləndirmir, özgə mətləblərə köklənirik. təssüflənirəm…


  18. Şahanə adlı istifadəçi, Yanvar 20, 2008 tarixində, saat 16:56 yazıb:

    Axır ki, ortaq məxrəcə yaxınlaşdıq, Sevinc xanım. Tanımamaqdan söz saldınız. O zaman mənim Quran ayələrini bu qulağımdan alıb, o biri qulağımdan ötürdüyümü hardan bilirsiz?

    Hisslərimizə hakim olaq deyirəm…

    Aslan bəy, şeiri tərifləməyənlər sırasında olduğumdan sorğunuzu cavablandırmaq istədim.

    Şeir məni həyəcanlandırmadı, düşündürmədi, o üzdən də “oxudum və unutdum” dedim.
    Sıradan bir şeir mənə görə.

    Sevinc xanımla özgə bir mətləbim yoxdu. Hələ ki…-))


  19. Sarxan adlı istifadəçi, Yanvar 21, 2008 tarixində, saat 03:52 yazıb:

    Ay camaat, nə istəyirsiz bu Sevinc xanımdan? Yaxşı şairədir, bu şeiri də gözəldir!
    Axı şeiri islam əhkamına uyğunluq dərəcəsi ilə qiymətləndirməzlər. Şərqin dahiləri ən mükəmməl əsərlərində belə oxucudan xahiş edib ki, “yazımda bir qüsur görsən, üzərindən əfv qələmi çək”, yəni yaxşısını gör. Əgər şeirdə insanı tutan bir misra, bir ifadə varsa, o da bəsdir. Bu şeirdə isə onlar yetərincədir. Sevinc xanım, işinizdə olun, yeni şeirlərinizi gözləyirik. Uğurlar!


  20. Novarg adlı istifadəçi, Yanvar 21, 2008 tarixində, saat 19:36 yazıb:

    Oxunulasi 3 shair/shaire varsa, biri sozsuz ki, Sevinc`dir…

    Sag ol, Sevinc…


  21. Postmodernpərvərəst adlı istifadəçi, Yanvar 22, 2008 tarixində, saat 01:08 yazıb:

    Qan çəkir… -))


  22. Novarg adlı istifadəçi, Yanvar 22, 2008 tarixində, saat 12:23 yazıb:

    Sevinc,
    “Goychek Medine”den, “Shorgoz Medine”den, yazdin… Xub, pakize…
    Bes niye “Tupoy Mamed”den hech bir shey yazmirsan…? -))


  23. Postmodernpərvərpərəst adlı istifadəçi, Yanvar 22, 2008 tarixində, saat 15:51 yazıb:

    Redaktor, foruma girişimi qadağan ediblər, bütün enerjimi bura şərh yazmağa sərf edirəm… -)) Qısa girizgahdan sonra keçək mətləbə:

    Fikrimi çatdırmaq üçün gərəkdir ki, “məmulat” sözünü izah edəm… Zira, bəzi dostlar bunu qanmayıb… Ərəb mənşəli bu söz, “məmul” sözünün cəm halıdır və emal olunmuş mənasını verir. Mümkün deyil, insanı səciyyəlndirmək üçün istifadə edilməz. Misal olsun, taxta-şalbana yaxşı gedər…

    Qərəz, mən nəsə deyəcəkdim, bax, yenə yaddan çıxdı… Qalsın gələn dəfəyə…-))

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: