Xalq artisti Həmidə Ömərova qadın problemləri mövzusunda ssenari hazırlayır. Bu barədə APA-ya açıqlama verən aktrisa ssenaridə tanıdığı qadınların taleyinin işıqlandırılacağını deyib: “Peşəkar ssenari müəlliflərinin dəstəyinə arxayın olduğum üçün ssenari yazmağa qərar verdim. Bu ssenari əsasında film də istehsal olunacaq. Filmin ustehsalına ya bu il, ya gələn il başlanılacaq. Filmdə rol alacaq qadınlar arasında mən də olacağam. Çox təəssüf ki, bizim dövrdə problemsiz qadın yoxdur”.
h. Ömərova 2008-ci ildə istehsal olunacaq filmlərə dəvət olunmadığını, ancaq hələlik ümidini itirmədiyini söyləyib: “2008-ci ildə bir neçə filmin istehsal olunacağını bilirəm, ancaq hələ heç bir filmə dəvət olunmamışam. 2007-ci il necə olubsa, hələ ki, 2088-ci ilin başlanğıcı da elə davam edir”.
« “Mədəniyyət haqqında” qanun tələblərə cavab vermir | Əsas səhifə | Qırğızıstanda Çingiz Aytmatov ili »




Bölmə: 









Novarg adlı istifadəçi, Yanvar 11, 2008 tarixində, saat 12:25 yazıb:
Əşşi, bitmedi bu qadin problemleri…? Ne qeder problemli adamlarsiz siz…?