Kultaz: Qırğızıstanda 2008-ci il dünyaca məşhur yazıçının şərəfinə “Çingiz Aytmatov İli” elan edildi.
Mədəniyyət və İnformasiya Nazirliyindən verilən açıqlamada qırğız yazar Çingiz Aytmatovun 80 yaşının tamam olması münasibətilə belə bir addım atdıqları bildirilir. İl çərçivəsində yazarla bağlı beynəlxalq sərgi və simpoziumlar təşkil olunacaq, kitabları yenidən nəşr olunaraq kitabxanalara paylanacaq.
“Art-Ordo” Beynəlxalq Teatr Festivalı da bu il yazarın adı altında keçiriləcək.
Yazarın doğulduğu kəndə yerləşən Çingiz Aytmatov Kültür Mərkəzi və ev muzeyinin binaları da yenilənəcək.
Xatırladaq ki, Çingiz Aymatov 1928-ci ildə Qırğızıstanın Talas əyalətinin Şəkər kəndində dünyaya göz açıb.
« Həmidə Ömərova qadın problemləri mövzusunda ssenari hazırlayır | Əsas səhifə | Şekspirin bütün xarakterləri eyni səhnədə »




Bölmə: 








