Qaynar xəbər portalı

Kitab dünyası


Ukrayna Konstitusiya Məhkəməsi ölkə ərazisində yayımlanan bütün xarici filmlərin dövlət dilinə tərcümə olunması barədə qərar qəbul edib.
APA-nın Ukrayna mənbələrinə istinadən verdiyi məlumata görə, qərar 60 deputatın “Kinematoqrafiya haqqında” qanunun müddəalarının şərh edilməsi xahişi ilə Konstitusiya Məhkəməsinə göndərdiyi müraciət əsasında qəbul olunub. Məhkəmənin sədri Andrey Strijak bildirib ki, bundan sonra bütün xarici filmlər Ukraynada yalnız dövlət dilinə dublyaj olunmuş, dövlət dilində səsləndirilmiş və subtitr vasitəsilə dövlət dilinə tərcümə olunmuş halda yayımlana bilər. O qeyd edib ki, Konstitusiya Məhkəməsi ölkə qanunvericiliyini və Ukraynanın qoşulduğu beynəlxalq aktları araşdırdıqdan sonra belə nəticəyə gəlib ki, filmlərin məcburi qaydada dövlət dilinə tərcümə olunması milli azlıqların hüquqlarını pozmayacaq.
Qərar Rusiya hökumətinin etirazına səbəb olub. Rusiya Xarici İşlər Nazirliyinin mətbuat və informasiya idarəsi Ukraynanı öz beynəlxalq öhdəliklərini yerinə yetirməməkdə ittiham edib. Rəsmi Moskva hesab edir ki, qərar azlıqların dili (və ya regional dillər) üzrə Avropa Xartiyasına ziddir: “Bu Xartiyanın Ukraynada yerinə yetirilməsi ilə bağlı vəziyyət də narahatlıq doğurur. Belə ki, Ukraynanın bir sıra regionlarında yerli hakimiyyət orqanlarının rus dilinə regional dil statusu verilməsi ilə bağlı qərarı prokurorluq tərəfindən protest edilib və Konstitusiyaya zidd sayılıb”.
 






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Cümə axşamı, Yanvar 10th, 2008 tarixində 17:13 radələrində Xəbərlər bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

2 şərh var


  1. Novarg adlı istifadəçi, Yanvar 11, 2008 tarixində, saat 12:20 yazıb:

    Umumiyyetle, filmin bir dili var - rus dili… Ruslari destekleyirem…


  2. Şahanə adlı istifadəçi, Yanvar 11, 2008 tarixində, saat 13:46 yazıb:

    Barmaqlarımı şaqqıldadıb etiraz əhval-ruhiyyəsilə əks cavab yazmaq istəyirdim ki, elə bu səhər ATV-nin dublyajında səsini eşitdiyim “Marina” serialı yadıma düşdü…

    Hələ belə əzab çəkdiyim olmamışdı.

    Bizimkilər dublyajı öyrənincə, rusca baxmaq da pis olmazdı…

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: