Qaynar xəbər portalı

Türk yazarının “Yas ayini”

kitabKultaz: Bu yaxınlarda “Qanun” nəşriyyatında çağdaş türk ədəbiyyatının tanınmış yazıçısı Rəcəb Şükrü Güngörün “Yas ayini” hekayələr kitabı çapdan çıxıb. Hekayələri azərbaycan türkcəsinə Azad Yazarlar Ocağının sədri yazar Rasim Qaraca uyğunlaşdırıb. Davamı…


“Contempo” solist qrupu Türkiyədəki festivala gedə bilmir
  
Kultaz: Bakıda fəaliyyət göstərən yerli solist qrupu “Contempo” İstanbulda keçiriləcək 5-ci Akdeniz Çağdaş Müzik Günləri festivalına dəvət alıb. Festival 17-27 yanvar tarixində keçiriləcək. Festival çərçivəsində ansamblın konserti 20 yanvar tarixində, İstanbuldakı “Təpəbaşı konsert salonu”nda nəzərdə tutulub. Davamı…


filosofRasim İlyasov,
zaratusrta@box.az
 
Sən dinc filosofsan. Sənin şəhər kənarında xudmani bir evin, xoşbəxt ailən, uşaqların, çoxlu dostların, mükafatların, hətta bir neçə dilə tərcümə olunmuş kitabların (dostlar sağ olsun), bir sözlə, həyatda insana nə lazımsa hər şeyin var. Həyat baş tutdu. Indi sən dəhlizdə öz düzəltdiyin yellənən kreslonda oturub layiqli qocalığını qarşılaya bilərsən. Sən öz həyatının mənasına, məqsədinə çatdın. Davamı…


Həmid Herisçi
marakaqol@rambler.ru
  
   
   Yox…yox, mən
   ağlamırdım,
   köhnə arzularımın arxasınca
    su atırdım,
    su atırdım…
   Xatirələrimdə pioner otağımıza qayıdıb
   həm nəbzimi, həm ordakı tozlu təbilimizi
   eyni ahənglə
    taqqıldadırdım… Davamı…