Türk yazarının “Yas ayini”
Kultaz: Bu yaxınlarda “Qanun” nəşriyyatında çağdaş türk ədəbiyyatının tanınmış yazıçısı Rəcəb Şükrü Güngörün “Yas ayini” hekayələr kitabı çapdan çıxıb. Hekayələri azərbaycan türkcəsinə Azad Yazarlar Ocağının sədri yazar Rasim Qaraca uyğunlaşdırıb. Rəcəb Şükrü Güngör öz ölkəsində inkişaf etməkdə olan çox fərqli bir nəsr ənənəsinin davamçısıdır. 1971-ci ildə Türkiyənin Qəhrəmanmaraş şəhərində anadan olan yazar Cümhuriyyət Universiteti ədəbiyyat fakültəsinin məzunudur. O, “Toyuqçunun ölümü” hekayəsinə görə “Radio Həyat 2005 Hekayə Ödülü”nü qazanıb. “Yas ayini” yazarın azərbaycan oxucuları ilə ilk görüşüdür.
Qeyd: Kitabın qiyməti 3 manatdır. Arzu edənlər üçün əlaqə telefonu: 055-625-09-25
« Mədəniyyət və Turizm Nazirliyindən növbəti ögeylik | Əsas səhifə | Moskvada xalq yazıçısı Anarın kitabı nəşr olunub »




Bölmə: 








