“Contempo” solist qrupu Türkiyədəki festivala gedə bilmir
Kultaz: Bakıda fəaliyyət göstərən yerli solist qrupu “Contempo” İstanbulda keçiriləcək 5-ci Akdeniz Çağdaş Müzik Günləri festivalına dəvət alıb. Festival 17-27 yanvar tarixində keçiriləcək. Festival çərçivəsində ansamblın konserti 20 yanvar tarixində, İstanbuldakı “Təpəbaşı konsert salonu”nda nəzərdə tutulub. Solist qrupu həmin tarixin 20 yanvar faciəsinin ildönümü ilə üst-üstə düşməsindən istifadə edərək, təşkilatçılardan konserti faciə qurbanlarının xatirəsinə həsr etmək üçün icazə istəyiblər. Festival rəhbərliyi bununla razılaşsa da, qrup Türkiyəyə getmək üçün maddi vəsaiti hələ də tapmayıb. Dəvətnamənin ünvanlandığı Azərbaycan Respublika Mədəniyyət və Turizm Nazirliyi festivala on gün qalmasına baxmayaraq, susmağa üstünlük verir.
Qeyd edək ki, “Contempo” qrupu festivaldakı konsertin proqramına müasir Azərbaycan bəstəkarlarının - Firəngiz Əlizadənin, Fərəc Qarayevin, Fərhəng Hüseynovun və Elmir Mirzoyevin əsərlərini daxil edib.




Bölmə: 









aishen aliyeva adlı istifadəçi, Yanvar 14, 2008 tarixində, saat 00:54 yazıb:
ogeylik siralamalarinda daha kimler olacaq onu bir Allah bilir…
ancaq buna da teeccublenmedim cunki ekser teklifleri nazirlik oten il deyerlendirmedi…amma hec olmaya yeni ile bele bashlamayaq…hec de yaxshi elamet deyil…Yene de size “Contempo” ugurlar…