Həmid Herisçi
marakaqol@rambler.ru
Yox…yox, mən
ağlamırdım,
köhnə arzularımın arxasınca
su atırdım,
su atırdım…
Xatirələrimdə pioner otağımıza qayıdıb
həm nəbzimi, həm ordakı tozlu təbilimizi
eyni ahənglə
taqqıldadırdım…
Əvvəlcə
şəhərə yağmış ağ-appaq qarın,
sonra Bakıdakı ən kirli divarın
üzərində gəzişən kölgəmlə
hər tin-bucaqda
rastlaşırdım…
Tanımadığımdan
güllələnmiş komissara,
atamın mənə yapdığı qar adamına,
xatirəmdəki bütün köhnə insanlara
oxşadırdım
onu…
həyatın sonuydu bu,
sonu..
İstəyirdim bu kölgənin boynuna sarıyam
öz köhnə pioner qalstukumu!
Ağacların tərbiyəsini pozan küləyin
qarşısında
donurdum…
Yox, mən öz heykəlimi yonurdum,
fransız heykəltaraşı Roden kimi,
lap axırda rəssam Qoqen kimi
öz Taiti adamı,
atamı, anamı
axtarırdım…
Qarşımı kəsən çin divarlarının qalınlığını
bax bu donuq
barmaqlarımla ölçürdüm.
“Tekila” arağının qoxusuyla deyirəm:
bədənimlə ölürdüm,
kəfənimlə çürüyürdüm…
Görürdüm
göydəki tənha ulduzla birgə
bir vaxt övladlarımıza verdiyimiz adları necə
yeni araq növlərinə verirlər indi…
ancaq həmin araqlar bizi həmişə
gəyirdirdi,
diksindirirdi…
dayanıb baxırdıq
qəhbələrin bir-birinə
dodaq boyası ötürməklərinə…
qəfildən geri döndüm,
gözlərimi böyütdüm,
“Sekond hənd” - ikinci əl,
ikinci həyat!
dükanını gördüm
qarşı səkidə…
* * *
Ədabaz bir amerikalının
xəz yaxalı gödəkçəsini
aldım ordan…
Qoxuladım, iy gəlmirdi
qoltuğundan…
Sevindim öz ikinci həyatımdan…
həmin gödəkçənin cibləri sallaq idi…
mən razı,
Allah da razı qalsın amerikalılardan!
bilirəm, gödəkçəmin ilk sahibi
korluq çəkməyib
var-dövlət sarıdan…
Mənə isə bu lap Allahdanıydı,
lap Allahdan…
hə, bir də qoxuladım, iy gəlmirdi
gödəkçəmin qoltuğundan…
* * *
Həmin gün Azadlıq meydanında
Yeni 2008-ci ili qarşılayan
100 minlik kütlə üzərinə
100 min dollarlıq süni qar yağdırdılar…
Hərəyə bir dollarlıq qar payı…
Mənim gödəkçəm də ordan aldı
öz halal payını!!!
Başladı öz ikinci həyatını…
Demokratik təyinatını…
Ertəsi gün, başımıza kül!
şəhərə həqiqi
qar yağdı…
Sinoptiklər həyəcanlandı:
Həyata qayıtdı
1935-ci ilin qarı…
Amerika Mərkəzi Kəşfiyyat idarəsinin
bütün məlumatları,
Ağ Evin bütün hesabatları
bu haqdaydı, bu haqdaydı
həmin gün…
qar yağdırmaq dərmanı sınanırmış
həmin gün, başımıza kül
100 minlik insan kütləsi
üzərində…
Mənim gödəkçəm də
kəfən kimi
tam uyğun idi
cılız bədənimə…
Xoş gəldiz yeni il şənliklərinə!




Bölmə: 









Çılğın adlı istifadəçi, Yanvar 13, 2008 tarixində, saat 15:57 yazıb:
Uy daaaaaaaaaaaa :(((((((
Nə gözəldi…
e110365 adlı istifadəçi, Yanvar 13, 2008 tarixində, saat 20:24 yazıb:
Çox bəyəndim!
Modern_Azerbaycan adlı istifadəçi, Yanvar 13, 2008 tarixində, saat 22:46 yazıb:
Mən bu şeirdə uydaaaaaaaaaalığ bir şey görmədim…
Novarg adlı istifadəçi, Yanvar 14, 2008 tarixində, saat 12:48 yazıb:
Bashqalarinin eserlerini/ideyalarini azaciq deyishdirib oxucuya soxushdurmaqda ustasiniz… Bu “second hand life” ideyasini ekishdirib, ichine:
…dayanıb baxırdıq
qəhbələrin bir-birinə
dodaq boyası ötürməklərinə…
soxushdurub neye nail olmaq isteyirsiz…? Yuxaridaki iki-uch ucuz medhiyyeye…?
“Second hand life” agir movzudur, onu cizmaqara ile “ishlemek” olmaz…