İsveçrənin Friburq şəhərində keçiriləcək beynəlxalq kinofestivala Azərbaycan da qatılacaq. Mədəniyyət və Turizm Nazirliyindən “OLAYLAR”a verilən məlumata görə, festivalda ölkəmiz “Dərviş” Prodüsser Mərkəzinin istehsalı olan “Ev” filmi ilə təmsil olunacaq. Qeyd edək ki, “Ev” filminin rejissoru Asif Rüstəmdir. Prodüsser Mərkəzindən bildiriblər ki, festival martda reallaşacaq, qaliblərin adları martın 8-də bəlli olacaq. Dünyanın hər bir ölkəsindən nümayəndələrin iştirak etdiyi bu festivalda qran-pri mükafatının məbləği 30 min frankdır.
« Moskvada xalq yazıçısı Anarın kitabı nəşr olunub | Əsas səhifə | “Şərq çırağı” uşaq televiziya teatrı yaradılır »




Bölmə: 









scorpion adlı istifadəçi, Yanvar 15, 2008 tarixində, saat 02:45 yazıb:
Asifə də Əli İsaya da uğurlar arzulayıram… İnşallah bu festivaldan da əliboş dönməzlər…
pishik adlı istifadəçi, Yanvar 15, 2008 tarixində, saat 18:31 yazıb:
men filme baxmisan. yer tutacagina inaniram. ugurlar…