Yan
16
Kollektivi qış günü bayıra atdılar
Kultaz: Şəhriyar adına Mədəniyyət sarayının əsaslı təmirə dayandırılması səbəbi ilə, bu binada məskunlaşan bir çox mədəniyyət ocaqlarının işini çətinə salıb. Müstəqil Azərbaycan teatr sənətinin inkişafında özünəməxsus xidmətləri olan, tamaşaları həmişə maraqla qarşılanan, hadisəyə çevrilən Kamera Teatrı da bu binada yerləşirdi. Davamı…
Yan
16
Dünən Beynəlxalq Mətbuat Mərkəzində 160 saylı orta məktəbin 8-ci sinif şagirdi Yunis Səfərovun “Ağ şahin” silsiləsindən ikinci - “Səltənətin varisi” kitabının təqdimat mərasimi keçirilib. 13 yaşlı yazıçının bu silsilədən birinci kitabı “Zülmət cəngavəri” adlanır. Birinci kitab ötən il çıxıb. Davamı…
Yan
16
Kultaz: Heydər Əliyev Fondunun dəstəyi ilə üç aydır davam edən Muğam müsabiqəsi dünən yekunlaşıb. Müsabiqənin finalına Ehtiram Hüseynov, Abgül Mirzəliyeva, Güllü Muradova, Elməddin İbrahimov, Nasir Ətəpur, Rəvanə Ərəbova qalıblar. Münsiflər birinci yerə iki iştirakçını qalib görüblər. Bunlar Güllü Muradova və Elməddin İbrahimovdur. Birinci yerin qaliblərinə 10 min manat mükafat verilib. Davamı…
Yan
16
Elçin Əlibəyli
AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun aspirantı
Televiziya özünün təşəkkül dönəmində konkret konsepsyia və estetik mahiyyətini müəyyən etmədiyindən kinematoqrafın doğuluşunda ona qarşı olan münasibətlə üzləşməli, yalnızca informasiya vasitəsi kimi xəbərvermə işinə yaradığı barədə mülahizələr irəli sürülməyə başlandı. Getdikcə televiziyanın ictimai vəzifələri müəyyən olundunqca, onun yayımında çeşidli proqramlar özünə yer aldıqca, həmçinin incəsənət nümunələrinin yayımına yer verdikcə televiziya estetik prinsiplərini müəyyən etməyə başladı. Davamı…