Qaynar xəbər portalı

Kitab dünyası


Dünən Beynəlxalq Mətbuat Mərkəzində 160 saylı orta məktəbin 8-ci sinif şagirdi Yunis Səfərovun “Ağ şahin” silsiləsindən ikinci - “Səltənətin varisi” kitabının təqdimat mərasimi keçirilib. 13 yaşlı yazıçının bu silsilədən birinci kitabı “Zülmət cəngavəri” adlanır. Birinci kitab ötən il çıxıb.“Media forum” saytının məlumatına görə, tədbiri açan tanınmış kinorejissor Ayaz Salayev deyib ki, bir qayda olaraq yaşlı nəsil gənc nəsli çətin qəbul edir. Hazırda Azərbaycanda yeni yaradıcı nəslin yetişdiyini vurğulayan A.Salayev bu nəslin özünü çox tez ifadə etməyə başladığına diqqət yönəldib. O qeyd edib ki, bu da yeni dövrün bir özünəməxsusluğudur.
Kitab Klubunun prezidenti Rafiq Məmmədli bildirib ki, Y.Səfərovun 13 yaşı olmasına baxmayaraq kifayət qədər oxunaqlı bir əsər yazıb. R.Məmmədli vurğulayıb ki, Azərbaycanda, nəhayət, macəra janrında əsər yazılması çox sevindirici haldır.
Tədbirdə çıxış edən müəllif “Səltənətin varisi”nin ilk əsərinin davamı olduğunu xatırladıb. Y.Səfərov artıq qələmə almağa başladığı üçüncü əsərinin isə süjet xəttinə görə tamamilə fərqli olacağını söyləyib.
Y.Səfərov “Səltənətin varisi”ni dünyadan vaxtsız köçmüş babasına -ÿprofessor Yunif Baxşəli oğlu Səfərova ithaf edib.
Tədbir iştirakçıları Y.Səfərovun rus dilində yazdığı hər iki əsərinin Azərbaycan dilinə çevrilməsinin də zəruri olduğu vurğulayıblar.
“Səltənətin varisi” kitabı “Qanun” nəşriyyatında nəşr olunub. Kitabın nəşriyyat redaktoru Nəriman Əbdülrəhmanlı, dizayneri Sahib Qəniyevdir. “Səltənətin varisi”nin üz qabığındakı rəsm və tərtibat isə Y.Səfərova məxsusdur.
Hazırda kitab Rusiya və Monqolustanda da nəşrə hazırlanır.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (1 səs, təxmini: 1 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: