Azərbaycanda İran filmləri həftəsi keçiriləcək
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 17 Ocak, 2008Bakıda İran filmləri həftəsi keçiriləcək. “Yeni Dalğa” Prodüser Mərkəzinin və İran Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçiriləcək kino həftəsində İranın tanınmış rejissorlarının filmləri nümayiş olunacaq. “Yeni Dalğa” Prodüser Mərkəzinin rəhbəri Rasim Həsənov APA-ya bildirib ki, bu ilin fevralında keçirilməsi nəzərdə tutulan tədbirdə göstəriləcək ekran işlərinin rejissorları da Bakıya gələcək. Bu dəfə Bakıda İranın ən tanınmış filmlərinin nümayişinin nəzərdə tutulduğunu deyən mərkəz rəhbərinin sözlərinə görə, film həftəsində bir müddət əvvəl Azərbaycanın bəzi bölgələrində çəkilişləri aparılmış, İran rejissoru Babək Şirinsifətin quruluş verdiyi Qarabağa həsr olunan film də göstəriləcək. Bu layihə həyata keçirildikdən sonra isə mərkəzin təşəbbüsü ilə İranda Azərbaycan kino həftəsinin keçirilməsi planlaşdırılır. Azərbaycan kino həftəsində “Yeni Dalğa” Prodüser Mərkəzində istehsal olunan filmlər nümayiş olunacaq.





Yüklənir...