Şəfiqə Axundova: “Mən kimin üçün yaşayıram və mənim qayğıma kim qalacaq?”

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 18 Ocak, 2008

Xalq artisti, Prezident təqaüdçüsü, Şərqdə ilk opera yazan qadın Şəfiqə Axundovanın gələn həftə 84 yaşı tamam olur. 1940-cı ildən bu sənətin sirlərini öyərən və 68 il musiqi mədəniyyəti tarixinə xidmət edən bəstəkar dərdini, ürəyində gəzdirdiyi mənəvi əzabları və sarsıntıları notlara köçürərək yadda qalan əsərlər yaradıb. Öncə sənətə gəldiyi illəri xatırlayan Şəfiqə Axundova sənətin sirlərini Üzeyir Hacıbəyovdan öyrənib və onun təşəbbüsü ilə ilk dəfə fəaliyyətə Opera və Balet Tetarında başlayıb: ”Bu işdə mənim bir o qədər də səriştəm yox idi. Elə ona görə də vaxtının az olmasına baxmayaraq Üzeyir Hacıbəyov məni və sənətimi bir dəfə də olsun, diqqətdən kənarda qoymurdu. Hətta mənim ad günümü teatrda heç kimin xatırlamadığı bir vaxtda Üzeyir Hacıbyov bunu yadında saxladı və məni həmin gün təbrik etdi”. Həyatının ağır keçdiyini deyən Şəfiqə xanımın sözlərinə görə, işdən sonra dərdini bir qədər yüngülləşdirmək üçün dəniz kənarına üz tuturdu. Hətta o ərəfələrdə də dahi Üzeyir bəy Şəfiqə xanıma mənəvi dayaq olmuşdu.
“Mənim dünyaya gətirdiyim övladlar qalmırdı, ölürdü. Bundan çox sarsılırdım. Özüm-özümə sual verirdim ki, bəs mən kimin üçün yaşayıram və mənim qayğıma kim qalacaq? – ” deyə gecə-gündüz fikir çəkən Şəfiqə xanım vurğuladı ki, bu sarsıntılar onun yaradıcılığına da təsir göstərirdi. Ona görə də musiqi ilə məşğul olmağa az vaxt tapırdı.
   Bu gün isə dünyanın bir çox ölkələrində musiqiləri səsləndirilən və sevilərək ifa olunan Şəfiqə xanım ona göstərilən qayğıdan da ağızdolusu danışdı: “Mənim yubileyim dövlət səviyyəsində qeyd olunub. Bütün telekanallar və mətbuat işçiləri hər zaman mənimlə maraqlanır və məni işıqlandırır”. Bu gün də xalqın sevgisini öz üzərində hiss edən və ömrünün çox hissəsini musiqi ilə qidalanan Şəfiqə Axundova bu gün səhhətində problemlərin olmasına baxmayaraq, yenə də əsərlər yaradır. Bir gününü də musiqisiz keçirməyən sənətkar hazırda gənc ifaçılarla çalışır. Müğənnilərə təqdim etdiyi mahnıların müqabilində isə pul almadığını söyləyən Şəfiqə Axundova bildirdi ki, bizim vaxtımızda belə üsul yox idi: “Mən yazdığım mahnılara heç vaxt qiymət oxuya bilmərəm. Nə də müğənnidən buna görə pul istəmərəm. Düzdür, bəzi gənc müğənnilər var ki, götürdükləri mahnıya görə, özləri hörmət edir. Gənclərdən fərqli olaraq isə tanınmış müğənnilərin indiyə qədər belə bir addım atmadığını deyən bəstəkar qeyd etdi ki, mahnılarımı hər zaman gözümü yummadan təmənnasız vermişəm”.// Üç Nöqtə

1 səs2 səs3 səs4 səs5 səs (Səs verilməyib)
Loading ... Loading ...

Şərh yazın