Qaynar xəbər portalı

tenhaXalq yazıçısı Elçinin tərcüməsində

Mən onu ilk dəfə toylarından bir il, bir ildən bir az keçmiş gördüm. Dəfn mərasimi sona çatdı, hamı dağılışdı və biz evdə tək qaldıq. Mən bilmirdim ki, ona nə deyim, o isə səhərdən bir kəlmə də olsun, ağzını açmamışdı. O, bir ildən bir az artıq idi ki, Finliyə ərə getmişdi və onun hələ iyirmi yaşı tamam olmamışdı. Bütün vücudunda bir qadın məlahəti olsa da, o, hələ uşaq idi.    O, bütün axşamı pəncərənin qarşısındakı kresloda oturub, gecənin düşməsinə tamaşa edirdi. Gecə düşürdü, amma mən işığı yandırmadım və o, da eləcə diməz-söyləməz oturmuşdu. Davamı…


Elçin ƏfəndiyevMüxbirlər, ya oxucular mənə sual verəndə ki, hansı yazıçıları yüksək qiymətləndirirsiz, gəncliyinizdə kim sizə təsir edib, kimi çox mütaliə etmisiniz, mən Amerika nasiri Erskin Kolduellin də adını çəkirəm və çox zaman da görürəm ki, onu tanımırlar, heç adını da eşitməyiblər, ya da xatırlamırlar. Kolduell müasir dünya ədəbiyyatının o böyük yazıçılarından biridir ki, oxucular arasında da, ədəbi ictimaiyyətdə də, hətta tənqid və ədəbiyyatşünaslıqda da özünə layiq olan qiyməti almayıb, halbuki o, XX əsr zəngin Amerika ədəbiyyatının, mənim fikrimcə, aparıcı nümayəndələrindəndir. Davamı…


Elməddin İbrahimovII televiziya muğam müsabiqəsinin qalibi 10 yaşlı Elməddin İbrahimovla müsahibə

- Özün barədə məlumat verərdin…
- Azərbaycanın Gəncə şəhərində anadan olmuşam, əslən gədəbəyliyəm. Üç uşağıq, evin balacası mənəm. Ailədə ilk musiqiçi mənəm.
- Musiqiyə həvəsin haradandır?
- Məni Gəncədə musiqi məktəbinin muğam sinfinə qoydular və orada muğamı öyrənməyə başladım. Gəncədə Sərdar Bağırovun sinfində oxumuşam. Amma müsabiqədəki çıxışlarımı xalq artisti Mənsum İbrahimov hazırlaşdırıb. Bugünkü uğurlarıma görə hər iki müəllimimə borcluyam. Davamı…