Qaynar xəbər portalı

Kitab dünyası


MüqaviləLit.az  və Kultaz.com birgə layihələr həyata keçirəcək

Bu gün mədəniyyət sahəsində fəaliyyət göstərən iki aparıcı internet portalı arasında mühüm razılaşma əldə olunub. Belə ki, kultaz.com (Azərbaycan Mədəniyyət Portalı) və lit.az (Azərbaycan Ədəbiyyat Portalı) daimi əməkdaşlıq barəsində müqavilə imzalayıblar.
Müqavilə tərəflərin bir-birinə dəstəyini və bir sıra birgə layihələri həyata keçirməyi nəzərdə tutur.
Tərəflər əldə olunan razılaşmanı Azərbaycan internet məkanında ilk anoloji addım kimi dəyərləndirir və bundan doğan məsuliyyəti yaxşı dərk etdiklərini bildirirlər.
“Məqsədimiz Azərbaycan mədəniyyəti və ədəbiyyatının inkişafına səmimi xidmət etmək, bir sıra iri layihələri birgə həyata keçirməkdir. Yaxın günlərdə artıq ilk belə layihəmizi həyata keçirməyə başlayacağıq. Ümidvarıq ki, bizim birgə layihələrimiz təkcə hər iki portalın oxucularının deyil, Azərbaycanın bütün mədəni-ədəbi ictimaiyyətinin ürəyincə olacaq. “- deyə hər iki portal rəhbərliyinin imzaladığı birgə bəyanatda deyilir.//Kultaz






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (1 səs, təxmini: 5 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Bazar ertesi, Yanvar 21st, 2008 tarixində 00:30 radələrində Ədəbiyyat bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

5 şərh var


  1. Rəbiqə adlı istifadəçi, Yanvar 21, 2008 tarixində, saat 00:58 yazıb:

    Yaxşı xəbərdi. Uğurlar arzulayıram və tezliklə bu birliyin səmərəsini görmək istəyirəm. Təbriklər!!!


  2. scorpion adlı istifadəçi, Yanvar 21, 2008 tarixində, saat 01:56 yazıb:

    Xeyirli, uğurlu olsun!!! Hər iki tərəfdə çalışanlar istedadlı,səviyyəli, xalqımızın ədəbiyyatının və mədəniyyətinin inkişafına, təbliği işinə təmənnasız xidmət göstərən vətənpərvər insanlardır… Ümid eliyirəm ki, bunun bəhrəsini tezliklə görəcəyik!!!


  3. Ryabina adlı istifadəçi, Yanvar 21, 2008 tarixində, saat 07:51 yazıb:

    Əla…!!!


  4. aishen aliyeva adlı istifadəçi, Yanvar 21, 2008 tarixində, saat 13:31 yazıb:

    cox sevindim ve bolluca ugurlar dileyirem. ki layiheleriniz behresini tezlikle hiss edek. her halda her sahede ugurlar.


  5. samir adlı istifadəçi, Yanvar 24, 2008 tarixində, saat 00:43 yazıb:

    İki portal bir araya gelib neler ede biler? Men de bezi teklifler verim- belke ishinize yaramish oldu.

    1. Yazarlarin gorushlerini teshkil etmek- ve teblig etmek;
    2. Yazarlarin huquqlarini mudafie etmek;
    3. Orta mekteblerde insha musabiqeleri- qiraet fstivallari teskil etmek;
    4. Konfranslar, musabiqeler kecirmek;
    5. İki saytda yer alan tercumelerden ibaret diskler buraxmaq ve ya ortaq elektron kitabxana yaratmaq;
    6. Xaricden hnsisa yazicini olkeye devet etmek;
    7. ve s ve s

    ….

    n… Bizim yazarların basqa dillere tercume etmek ve diger olkelerin saytlari ile emekdasliq yaradib- onlari yaymaq

    …. Gorulesi o qeder ishler var ki…

    Size ugurlar

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: