Xalq artisti koma vəziyyətindədir
Azərbaycanın xalq artisti İslam Rzayevin vəfat etməsi barədə məlumat təkzib olunur. Xanəndənin ailəsindən APA-ya bildirilib ki, onun vəziyyəti ağırdır, koma vəziyyətində Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsindədir.
Ailəsindən muğam ustasının ifaçısının vəziyyətinin bu gün bir az yaxşılaşdığı da söylənilib: “İndi vəziyyəti yaxşıdır, nəfəsi gedib-gəlir. Ölümü barədə dünən yayılan məlumatlar isə əsassızdır”. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, xalq artistinin vəziyyəti ilə onlar da maraqlanırlar: “Bu gün səhər nazirliyin şöbə müdiri Əliqismət Lalayev xəstəxana ilə əlaqə saxlayıb və xəstənin vəziyyəti ilə maraqlanıb”. Xəstəxananın reanimasiya şöbəsindən də APA-ya xəstənin koma vəziyyətində olduğunu, onun bu vəziyyətdən çıxarılması üçün həkimlər tərəfindən lazımi tədbirlər görüldüyü bildirilib.




Bölmə: 








